Рейтинг
+2.67

Tanınmış aktyorlar və aktrisalar

10 üzv, 87 topik

Dəli Kürün Rus Əhmədinin müəmmalı ölümü

Eldar Həsən oğlu Əliyev 1936-cı ildə anadan olub. Atası əməkdar müəllim Həsən Əliyev Şəki teatrının yaradıcılarından biri idi. Uzun müddət Gənc Tamaşaçılar Teatrında, «Azdrama»da, kinostudiyada, İncəsənət İnstitutunda işləyib. Görkəmli aktyor Yusif Vəliyevlə qohumluq əlaqələri olub. Ona görə onun oğlanlarının hər ikisi incəsənət sahəsinə meyl edirlər. Amma o, oğlu Eldarın səhnəyə həvəsli olmasını o qədər də təqdir etmir.

Davamı →

Obrazlarını yaşayan sənətkar

Elə sənətkarlar var ki, fərdi istedadları sayəsində yaddaşlarda əbədi iz salır, unudulmurlar. Əmək fəaliyyətinin çox hissəsini teatra həsr edən, yaradıcılıq metodu səmimilik, təbiilik olan, Azərbaycan kinosunda 20-dən artıq filmdə yaşarı rolları ilə hafizələrdə qalan Yusif Yulduzun (1905–1979) sənət sevgisi, bilgisi də uğuruna zəmin yaradıb. Kinoda tipik surətlər yaradan, lakin potensialı tam açılmayan, dərin sənət bilgisi arxa planda qalan aktyorun anadan olmasının 116-cı ildönümündə yaradıcılıq mündəricəsini izləyəcək, xarakterik kino obrazlarını yada salacağıq.  

Davamı →

Müdrik ana obrazlarını yaradan sevilən xanım - Ətayə Əliyeva

Azərbaycanın Xalq artisti Fuad Poladov:
“Ətayə xanım o aktrisalardandır ki, onun haqqında təkcə sənətkar kimi danışmaq düzgün olmazdı. O, həm də çox mehriban bir insan idi. Qastrol səfərlərində olanda mən bu qadında özümə qarşı bir doğmalıq hiss edirdim. Yalnız bir həmkar kimi yox, bir ana kimi. Onun gözlərində elə bir məhəbbət, elə bir ünsiyyət, elə bir istilik var idi ki, bu, yaratdığı obrazlara da keçirdi. Belə bir xanım, belə bir gözəl insan nə vaxtsa Azərbaycan teatrına gələcəksə, o teatr özünü xoşbəxt saya bilər”.

Davamı →

Kinomuzun Cahandar ağası haqda maraqlı faktlar

Ələddin Aslan oğlu Abbasov 5 may 1922-ci ildə Gəncədə doğulub. Ailədə dörd qardaş, iki bacı olublar. Evin kiçiyi Ələddin Abbasov olub.
Yeniyetmə vaxtlarından sənətə olan həvəsi onu 15 yaşında Gəncə Dövlət Dram Teatrının nəzdindəki aktyor studiyasına gətirir. İkillik teatr təhsili almaqla yanaşı, repertuardakı tamaşalarda kütləvi səhnələrdə çıxış edib. 1939-cu ildən peşəkar aktyor kimi həyatını bütünlüklə bu teatrla bağlayıb.
Aktyorun özünün dediyinə görə, sənətə gəlməyi o qədər də asan olmayıb. Həkim, müəllim və başqa peşələrə yiyələnən bacı-qardaşları içərisində aktyorluq sənətinə yiyələnən yalnız o olur. Teatr adı gələndə əsəbiləşən Aslan bəy ağlına belə gətirməyib ki, oğlu da nə vaxtsa səhnəyə çıxıb aktyorluq edəcək. Oğlunu səhnədən, qeyri-ciddi hesab etdiyi sənətdən ayıra bilməyən ata elə köhnə kişilərə xas tərzdə xeyir-dua verib deyir “Aktyor olursan ol, amma qapı ağzında nizə tutanından olma, yaxşısından ol!”

Davamı →

Oğlu şəhid olan Əməkdar artist - Firuz Xudaverdiyev

Firuz İslam oğlu Xudaverdiyev 9 iyul 1939-cu ildə Bakının Qobu kəndində neftçi ailəsində göz açıb. Atası İslam kişi zəhmətsevər Azərbaycan neftçilərindən olub.
İslam kişi öz övladlarını da neftçi, mühəndis kimi görmək istəyib. Ancaq Firuz neftçi deyil, aktyor olmaq istəyir. Lakin, onun ilk cəhdi uğursuz olur. Aktyor təhsili almaq üçün instituta qəbul ola bilməsə də, ruhdan düşmür. Elə atasının da arzusunu gözündə qoymur, bir neçə il neftçi işləyir.

Davamı →

Həsənağa Turabovun həyat faciəsi

Həsənağa Səttar oğlu Turabov 24 mart 1938-ci ildə Bakı şəhərində anadan olub. 31 saylı orta məktəbdə təhsil alıb. Evləri dram teatrının yanında yerləşdiyi üçün Həsən uşaqlıqdan teatrla maraqlanıb. Atasının etirazlarına baxmayaraq o, orta məktəbi bitirdikdən sonra Azərbaycan İncəsənət İnstitutuna daxil olub və 1960-cı ildə aktyorluq ixtisası üzrə ali təhsilini başa vurub. Elə həmin ildən Adil İsgəndərovun köməyi ilə Azərbaycan Dram Teatrında aktyor kimi fəaliyyətə başlayıb və ömrünün sonuna qədər bu teatrda çalışıb.

Davamı →

Bəxtiyar filminin Gülbacısı - Sona Hacıyeva

Sona Salman qızı Hacıyeva 25 iyun 1907-ci ildə Şəkidə ziyalı ailəsində dünyaya göz açıb. Anası Əzizə Məmmədovanın aktrisa olması, gözəl qarmon ifa etməsi, babası Əbdülbağı Zülalovun xanəndəliyi onda musiqiyə maraq oyadır.
Sonanın bir yaşı olanda atası vəfat edir. O, və qardaşı babası Əbdübağı Zülalovun himayəsində qalır. Onlar 1916-cı ildə anası ilə Tiflis şəhərinə köçürlər. Sonra Tiflisdən Türkmənistanın Aşqabad şəhərinə, 1919-cu ildə isə oradan Bakıya gəlirlər. Əvvəl anası, sonra isə Sona şəhərdəki Əli Bayramov klubunda fəaliyyət göstərən dram dərnəyinə üzv olurlar.

Davamı →

Arşın mal alanın talesiz Soltan bəyi

Ağadadaş Qurban oğlu Qurbanov 1911-ci il mart ayının 8-i Bakının Saray qəsəbəsində kasıb ailədə dünyaya gəlib. Valideynlərini erkən itirdiyi üçün bacısı ilə birgə babasının himayəsində yaşamağa başlayır. Ancaq bir neçə il sonra onları da itirdiyindən şikəst əmisinin yanında qalmalı olurlar. O, 9 yaşından qonşulara su daşımaqla ailənin qayğılarını yüngülləşdirməyə çalışır. Ağır həyat yaşasa da, hələ məktəb yaşlarından teatra, incəsənətə böyük maraq göstərən Ağadadaş Qurbanov istedadlı uşaqları başına yığıb dram dərnəyi yaratmağa çalışır, rejissorluğu da özü edir.

Davamı →

Əhli-kef

Tariximizin, mədəniyyətimizin hər qarışında bir istedad var.
Fazil gözünü dünyaya 1931-ci ildə Bakıda açdı. İdris kişinin evində. Sentyabr ayının ilk günü idi. Dərslər yenicə başlamışdı. Fazilsə bütün bunlardan xəbərsiz-xəbərsiz qayğısız böyüyürdü. Amma yeddi yaşını, məktəbə gedəcəyi günü gözləməyə səbri çatmadı. Ağlı kəsər-kəsməz yazmağa başladı. 1935-ci ildə çəkilmiş fotoşəkli əlimə keçib. Arxasında Fazil latın qrafikasıyla öz adını, soyadını yazıb...Uşaqlığının dörd ilini müharibə ilə qoşa addımladı. Fazil rəssam olmaq qərarına gəlmişdi. Əli qələm-karandaş tutandan şəkil çəkirdi. Ona görə də orta məktəbi bitirən kimi sənədlərini Ə.Əzimzadə adına Rəssamlıq Məktəbinə verdi. Qəbul oldu, təhsil aldı, «Azərnəşr»də tərtibatçı-rəssam kimi işlədi də. Amma özü demişkən, axıracan rəssam olmağa fürsət yoxmuş… .

Davamı →

Gəlinini iş yoldaşına qısqanan Qoçu Əsgər

Möhsün Sənani 1900-cü ildə Tiflisin "Şeytanbazar" məhəlləsində ruhani ailəsində anadan olub. Onun 5 yaşı olanda valideynləri dünyasını dəyişib. O, nənəsinin himayəsində qalıb. 1906-cı ildə nənəsi onu mədrəsəyə qoyur. Nənəsinin məqsədi nəvəsini mollalığa hazırlamaq və gələcəkdə onu atası kimi mərsiyəxan eləmək idi. Lakin səkkiz yaşı olanda nənəsi vəfat edir, xalası molla Zinyət onu öz himayəsinə götürür.
Molla Zinyət Azərbaycanın Xalq artisti Əli Qurbanovun anası olub. O, Sənaninin oxuması ilə şəxsən məşğul olur. Ancaq Zinyət xanımın kasıb olur. Kiçik yaşlı Möhsün özünün və bacısının xalasına bir yük olduğundan xəcalət çəkir, Şeytanbazarda gürcü dostunun atasının «Vano dayı» adlı tramvay parkında fəhlə işinə düzəlir.

Davamı →