Рейтинг
+2.67

Tanınmış aktyorlar və aktrisalar

10 üzv, 87 topik

Ramiz Əzizbəylinin həyat hekayəti

Ramiz Hacı Ağa oğlu 20 iyul 1948-ci ildə Bakı şəhərində anadan olub. Ulu babası Əziz bəy çox dövlətli adam olub, gəmiçiliklə məşğul imiş. Abşeronun böyük bir ərazisində meyvə bağları, Bakıda xeyli mülkləri, dəyirmanları olub. Ramiz Əzizbəylinin atası Təzə Pir məscidindəki ruhani məktəbinin əsasını qoyanlardan olub. Bəy nəslinin, böyük var-dövlətin yeganə varisi olan atası Hacıağa ömrünün son illərinə qədər 11 uşaqlı ailəsini Yasin oxumaqla dolandırıb.

Davamı →

Tamaşaçılar tərəfindən söyülən Xalq artisti

Məlik Dadaşov 1924-cü il iyunun 7-də Bakıda doğulub. 1950-ci ildə Azərbaycan Teatr İnstitutunu (indiki Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti) bitirib.
Uşaq yaşlarından musiqiyə gedib, kontrabasda ifa edirmiş. Orta məktəbi bitirdikdən sonra sənədlərini Tibb İnstitutuna verib. Qəbul olunub, amma elə birinci kursdan universiteti yarımçıq qoyub səhnəyə istiqamətlənir.

Davamı →

Atatürkün dostunun qızı ilə evlənən azərbaycanlı aktyor - Muəmmər Qaraca

Haqqında internet vasitəsilə məlumat əldə etdiyimiz şəxs Türkiyə teatr və kinosunun ən məşhur simalarından biri olub.
Muəmmər Qaraca – türkiyəli teatr və kino aktyoru. Türk teatrının unudulmaz tamaşalarından biri olan «Cibali Polis Bölməsi”nin müəllifi və „Muəmmər Qaraca” Teatrının qurucusudur.
Muəmmər Qaraca 1906-cı il noyabrın 8-də İstanbulda anadan olub. Əsl adı Muəmmər Rövşəndir. Aktyorun azərbaycanlı kökənli ailədə doğulduğu deyilir.
Muəmmər Qaracanın qohumluq bağları olmasa da, başqa bir Azərbaycan əsilli həmkarı Məhmət Qaraca ilə yaxın dostluq münasibətləri saxlayıb. Məhmət Qaraca məşhur rokçu Cem Qaracanın atasıdır.

Davamı →

Kinomuzun Humayı hardadır?

Səməd Vurğunun “Komsomol poeması” əsasında çəkilmiş “Yeddi oğul istərəm” filmində Gəray bəyin qızı Humayı canlandıran aktrisa Zemfira İsmayılova daha çox bu obrazla tanınıb və sevilib.
Aktrisanın kinoya ilk gəlişi “Dəli Kür” filmi ilə olub. Zemfira İsmayılova bu filmdə “Pakizə” rolunu canlandırıb. Sonralar “Sevil”də Gülüş, “Ən vacib müsahibə”də neftçi, “Gilas ağacı”nda Sadıqın anası, “Həyat, sən kiminsən?”də Məleykə, “Bizim küçənin oğlanları”nda Gülyaz, “İşgüzar səfər”da Roza kimi müxtəlif səpkili rolları ifa edib.

Davamı →

Evindəki kitabları satmaqla dolanan Xalq artisti

Fatma Qədir qızı Qədri 1907-ci il aprelin 14-də Odessada doğulub. Ondan əvvəl ailədə artıq doqquz qız övladı böyüyürdü. Fatma oğula həsrət bu ailənin 10-cu qız övladı olur. Valideynləri onun adını Artıq qoydular.
Fatmanın ailəsi çörəkpulu ardınca Cənubi Azərbaycanın Sərab şəhərindən bu şəhərə gəlmişdilər. Atası Qədir kişi şəkər zavodunda fəhlə işləyirdi. 13 uşaqlı ailəni dolandırmaq isə gün-gündən çətinləşir, bir qarın yemək məşəqqətə çevrilir.

Davamı →

Eks-nazir qızının “hə”sini almaq üçün 15 il elçi gedən Lütfəli Abdullayev

O, sanki bu dünyaya insanları güldürmək üçün gəlmişdi. Hər səhnəyə çıxışı auditoriya üçün əsl bayrama çevrilirdi. Yüksək sənətkarlıqla yaratdığı obrazın xarakterini tamaşaçıya bütövlükdə çatdırırdı. Aktyorun mimika və jestlərdən məharətlə istifadəsi isə təkrarolunmaz bir sənətkarlıq nümunəsi idi.
L.Abdullayev 1914-cü il martın 22-də Şəkidə dünyaya göz açıb. Azərbaycan Dövlət Konservatoriyasında təhsil aldığı müddətdə artıq sözsüz və epizodik rollarda, tezliklə isə “Arşın mal alan” operettasında Vəli rolunda oynayıb. 1938-ci ildə Musiqili Teatrı yarananda L.Abdullayev truppaya qəbul edilib.

Davamı →

Məşədi İbadı meymuna oxşadan intelligent - Mustafa Mərdanov

Rubrikamızda vaxtilə Azərbaycanda məşhur olmuş adlı-sanlı simalar barəsində arxivlərimizdə toz basmış materiallara işıq salınacaq. Tariximizdə iz qoymuş bu şəxslər bəlkə də yaşlı nəslin yadından çıxmayıb, amma orta və gənc nəsil onlar haqqında ya çox az bilir, ya da məlumatlı deyil.
Bu səbəbdən də arxivlərdə qorunan materialların dərc olunması kimlər üçünsə gərəkli sayıla bilər.

Davamı →

Bir epoxanın simvolu

 «Valentin Qaft sovet kino və teatrının epoxası idi. 12 dekabrda epoxanın simvollarından biri getdi. Təəssüf ki, belə insanlar əbədi yaşamır, xəstəlik onları da haqlayır, adi ölümdən yaxa qurtara bilmirlər”- deyə Rusiya mətbuatı RSFSR-nin xalq artistinin ölümü haqqında yazır. Aktyorun ölümünü „xalq itkisi” adlandırılar. 86 yaşlı aktyor insultdan dünyasını dəyişib. Rusiya prezidenti Vladimir Putin aktyorun ölümü ilə bağlı kədərini ifadə edib: “Rusiya teatr və kino sənəti böyük bir sənətkarını itirdi. Həyatdan böyük artist, parlaq, istedadlı aktyor getdi”.

Davamı →

Eldəniz Zeynalov haqda maraqlı faktlar

1936-cı il dekabrın 31-dən 1937-ci ilin yanvarın 1-nə keçən gecə Bakının Yuxarı Dağlı küçəsində hərbiçi Məmmədlə Zeynəbin ailəsində doğulub. Adını ailənin qonşuluğunda yaşayan şair Səməd Vurğun qoyub: “Aybənizimiz, Gülbənizimiz var, qoy onun da adı Eldəniz olsun”.
Eldəniz Zeynalov dayısının sənətini seçir. Dayısı Azərbaycanın tanınmış aktyoru Həsənağa Salayevdir. Tez-tez dayısı ilə onun çalışdığı Akademik teatra gedər, saatlarla məşqə tamaşa edirmiş. Bəzi uşaq rollarında səhnəyə də çıxıb. Dayısı ilə birgə tamaşaçı qarşısına çıxıb baş əydikləri anları sonradan Eldəniz Zeynalov həyatının ən şirin xatirəsi kimi zarafatla xatırlayır:

Davamı →

Hamlet Qurbanovun faciəvi həyatı

Hamlet Qurbanov 13 oktyabr 1938-ci ildə aktyor Ağadadaş Qurbanov və Opera müğənnisi Gülxar Həsənovanın ailəsində anadan olub.
Hamletin bir yaşı olanda onun valideynləri ayrılır. Anası Gülxar xanım ərini xəyanətdə ittiham edərək bir yaşlı oğlunu götürüb evdən çıxır. Həmin məqamda Hamletin atası evdə yatılı olur.
Hamlet Qurbanov 1961-ci ildə Azərbaycan Dövlət İncəsənət İnstitutunu rejissor Mehdi Məmmədovun kursunu bitirir. Ali məktəbi bitirəndən sonra Azərbaycan Milli Dram Teatrında işə başlayır. Mehdi Məmmədovun quruluşunda Cəlil Məmmədquluzadənin «Dəli yığıncağı» pyesi əsasında hazırlanan doktor Lalbyüz rolu ona çox böyük müvəffəqiyyət gətirir

Davamı →