Рейтинг
+2.67

Tanınmış aktyorlar və aktrisalar

10 üzv, 87 topik

Dadaş Kazımov

Dadaş Kazımov rus dilini mükəmməl bilməsi  və savadı ilə bütün həmkarlarından seçilirdi...O, filmlərdə daha çox epizodik rollar canlandırıb, daha çox tamaşalarda gördüyümüz aktyor ifa etdiyi bütün rollara həyat verməyi bacarıb.
Söhbət «Axırıncı aşırım» (Komsomolçu), "İstintaq" (çəkməçi), "Şirbalanın məhəbbəti" (Şirbalanın əmisi) və neçə-neçə film və tamaşalarda kiçik amma unudulmaz rollar ifa edən aktyor Dadaş Kazımovdan gedir.
Davamı →

Vyaçeslav Tixonovun bədbəxt həyat hekayəsi

50 il sonrakı etiraf və üzrxahlıq 
2008-ci ilin iyulunda 82 yaşında Nona Mardukova həyata vida etdi. 2009-cu ilin dekabrında 83 yaşında Vyaçeslav Tixonov dünyasını dəyişdi. Bütün SSR-nin qibtə etdiyi cütlük ayrı-ayrı evlərdə uzun müddət xəstə yatıb, ayrılıqda dünyadan köçdülər. Hər ikisi SSR-in xalq artisti, milyonların kumiri. Əslində isə çox faciəvi tale yaşamış kumirlər.

Slavanın uşaqlığı 
Vyaçeslav Tixonov 1928-ci ildə fevralın 8-də Moskva ətrafında “Pavloski posad” kəndində dünyaya gəlib. Adi fəhlə ailəsində böyüyüb. Özü kimi fəhlə ailəsindən çıxmış həmyaşıdları ilə birgə küçədə qaçıb-oynayarmış. Elə ki, müharibə başlayır, başqa uşaqlar kimi o, da birdən-birə böyüyür. Atası Vyaçeslavı zavoda fəhlə işləməyə göndərir. Hərbi zavodda qaynaqçı işləyən Slava hər gün işdən sonra kinoteatra filmlərə baxmağa gedir. Kinoya marağı gün-gündən birə-beş artır.
Davamı →

Danışmadan güldürən Mister Bin

Mr. BeanUşaqların ən sevimli komediyasının baş qəhrəmanı Mister Bini canlandıran Rovan Atkinson 1955-ci il yanvarın 6-da Böyük Britaniyada dünyaya gəlib. O, Erik Atkinson və Ella Mayin dördüncü oğludur.

Atkinson çox gözəl təhsil alıb. O, Newcastle və Oxford Universitetlərinin məzunudur. Şöhrəti ona aktyorluq gətirsə də, Rovan daha əvvəl BBC şirkətinin layihəsi, komediya janrında “The Atkinson People” radio verilişində də baş rolu oynayıb. Rovan Atkinson Mr.Bin rolu ilə yaddaşda qalsa da o, 50-dən çox filmə çəkilib və bir neçə cizgi filminin qəhrəmanını səsləndirib. Aktyor uşaqlıqdan avtomobil həvəskarıdır. O bunu atasının traktorunun sükanı arxasına oturanda anlamışdı. Hətta Rovan həyatının ən xoşbəxt gününün sürücülük vəsiqəsi aldığı gün olduğunu deyir.

Onun avtomobil kolleksiyasına “Aston Martin”, “Honda”, “Audi” və “MC Laren F1” avtomobilləri daxildir. Aktyorun bir o qədər də sevmədiyi avtomobil markası isə “Porche”dir. Avtomobil həvəskarı olduğu üçün Rovan The Car Magazine kimi Britaniya avtojurnalları üçün bəzən reportyorluq edir. 
Davamı →

Məşhurların sevgi tarixçəsi

Mətbuatın nəfəs dərmədən izlədiyi sevgi romanı                

Ancelina Coli və Bred Pitt 2004-cü ilin axırında “Mister və Missis Smit” filminin çəkilişlərindətanışoldular. O zaman Bredd Pitt komediya aktrisası Cenifer Enistonla evli idi. Cütlüyün evlilikdən uşağı yox idi. Coli isə iki dəfə evlənib ayrılmışdı. İki uşağı vardı: daha doğrusu üç yaşlı kambodcalı oğlan Meddoksu və ondan daha balaca efiopiyalı qız Zaharanı övladlığa götürmüşdü 

Aktyorlar sevgi macəralarının filmin çəkilişində başladığını heç vaxt rəsmən təsdiqləməsələr də 2005-ci ilin əvvəllərində paparatsilər tərəfindən çəkilmiş şəkildə onlar artıq çəkiliş meydançasında idilər. Bu şəkil mətbuatda onların arasında nələrinsə baş verməsi haqda şübhələrin yaranmasına əsas verirdi. Pitt və Coli bu barədə inadla susurdular. 2005-ci ilin yanvarında Bredin həyat yoldaşı Cenifer ərindən boşandı. Mətbuat o saat boşanmanın səbəbini Colidə gördü. Publikanın simpatiyası zərərçəkən tərəfə-Einstona idi.


Ardı →

Ayşvariya Ray

Hindistanlı aktrisa Ayşvariya Ray hamının ürəyində taxt quran gözəllərdəndir. Azərbaycanda belə bir çox maşınları, avtobusları bəzəyən fotoları əldən ələ keçərək evlərdə yerini tapıb. O, “Bollivud”un ilk aktrisasıdır ki, Hollivudda da təqdir qazanmışdı. Pakistanın Baş Naziri Yusuf Reza Gilani belə, avtobioqrafik romanında qeyd etmişdi ki, altı il həbsdə olarkən Ayşvariya ilə nəfəs alıb.

Hindistanlı Krişnaray və Vrinda Rayın gözəl qızları 1 noyabr 1973-cü ildə dünyaya gəlib. Bu sevimli cütlük bir-birinə pərəstiş edirdi. Övladları da bu sevgidə üzürdü. Oğlanları Aditya və qızları Ayşvariya xoşbəxt ailədə böyüdülər. Ayşvariyanın atası hərbçi olduğu üçün ailə tez-tez müxtəlif yerlərə köçməli olurdu. Son dəfə onlar qızlarının 3 yaşı olanda Mumbaya köçdülər və həmişəlik orada qaldılar. Aktrisa uşaqlığı barədə həmişə xoş danışıb. Yadına salır ki, uşaq olarkən yaşıdlarından qaçırmış, adətən böyüklərlə otururmuş. Valideynləri isə qızlarının arzuları ilə oturub-dururdular. Onlar Avropa ruhunu sevirdilər və övladlarını da bu ruhda böyüdürdülər.


Ardı →

Çarlz Çaplin

“Gülüşlərim – kədərimi örtməyə çalışan,  gecə-gündüz işləyən fəhlələrdir”. Ç.Çaplin
Yumru şlyapa, böyük ölçülü ayaqqabılar və şalvar, dar pencək, köhnə jilet, əzik köynək və qalstuklu, əlində əsası olan balaca adam arxasını tamaşaçıya çevirərək ördək yerişi ilə yeni macəralara doğru gedir. Tamaşaçı da bir az kədərlənərək, bir az da gülümsəyərək onun arxasınca baxır, yeni sərgüzəştlərlə geri dönməyini gözləyir. “Çarli” obrazı  28 fevral 1914-cü ildə Çarlz Spenser Çaplin tərəfindən yaradılıb. Çarliyə qədər də bir çox komik obrazlar mövcud idi. Adi camaatın sevimlisinə çevrilən isə  “balaca Çarli” oldu. Çünki digər komik obrazlardan fərqli olaraq, Çarli aşağı zümrədən çıxan biri idi. Onun yumorunda satira və yumor, ironiya və mərhəmət, qayğıkeşlik və qəddarlıq öz əksini tapırdı. Əslində, bu obraz Çarlzın elə özü idi.
Davamı →

Alen Delon

Alen Fabyen Marsel Moris Delon 1935-ci il 8 noyabrda Paris yaxınlığında o qədər də böyük olmayan bir şəhərcikdə – Soda anadan olub. Amma çox çəkmədi ki, balaca oğlan valideynlərinə görə taleyin sərt üzü ilə qarşılaşmalı oldu. 5 yaşı tamam olar-olmaz valideynləri ayrıldılar,  Alen Delon isə pansiona verildi. Pansiondan sonra daha çətin dövrlər başladı. 16 yaşı olanda sallaqxanada qəssab işlədi. Hər hansı yeniyetmə üçün ağır sayıla biləcək bu işdə təxminən bir il çalışdı. Amma, yalnız bununla kifayətlənmədi. O, boş vaxtlarında idmanla – velosport və boksla məşğul oldu. Tez-tez filmlərə baxmaq üçün kinoteatrlara getməyə başladı. 17 yaşına çatanda Alen Delon Hind-Çinə müharibəyə yola düşdü. Və burada gördükləri, yaşadıqları bu yeniyetmənin həyatında dərin izlər buraxdı. O, orduda da özünü sərbəst apardığına görə, rütbəsini üç dəfə endirib, amma sonradan bərpa ediblər.


Ardı →