iPhone'nun gizli imkanı

Proqramçı İvo Leko «iPhone»da gizli imkanlar aşkarlayıb. O, “alma” aparatlarının qeyri-adi imkanlarını "YouTube" videoçarxında nümayiş etdirib. «iPhone 4» və maqnitdən istifadə edən ixtiraçı smartfonun ekranındakı ondan 20 santimetr məsafədə yerləşən maqnitin hərəkətini tam olaraq təkrarlayan kiçik obyekti idarə etməyi öyrənib. Təcrübə sübut edib ki, «Apple» telefonu dördkünc maqnit parçasını təkcə müstəvi üzərində deyil, həm də fəzada idarə edə bilir. Belə ki, «iPhone»nin qoyulduğu stolun üstündəki maqnit azacıq qaldırıldığı zaman telefonun ekranındakı obyekt də rəngini daha solğun rəngə dəyişərək ”qalxıb”. Stola toxunduqda isə «kursor” rəngini qırmızıya dəyişib.

Virtual obyektin kontaktsız idarə texnologiyası „iPhone“də quraşdırılan sensorlar vasitəsilə həyata keçirilib. Bundan sonra maqnit stol səthinə toxunduğu zaman obyekt rəngini dəyişib.

Leko hesab edir ki, „iPhone“ sensorlarının qeyri-standart istifadəsi qacet imkanlarını genişləndirə bilər. Məsələn, maqnit əlcəklərdə mətn yığımı üçün virtual klaviaturalar, oyun kontrollerləri və ya jestlərin tanınması üçün sistem yaradıla bilər.

İxtiraçı məktub və şəkil üçün maqnit qələmlərin yaradılmasını da mümkün hesab edir.





Mənbə: www.salamnews.org/az

7 şərh

MURAD_SEYFULLAYEV
Pascalın CopyPaste məqaləsindəki fikirlərini, misal üçün bu topiki yaradanda nəzərə almaq olardı. Necə? Demək belə… Diqqət yetirmişdinizsə Mushvig təzə-təzə gələndə, hələ copypaste havasını almamışdan bir neçə mətni tərcümə edib, topik halında sayta yerləşdirirdi, demək bunu etməyə qadir bir istifadəçidir, çox gözəl.
Əgər bu «topik» (bundan sonra CopyPaste topiklərini, əsl topiklərdən fərqləndirmə şəkli) -dəki videoya baxsanız görərsiniz ki, video gedərkən onunla bərabər İngiliscə məlumatlar da gedir. Əgər Mushvig bu yazıları tərcümə edib, biraz da araşdırmalardan və öz fikirlərindən əlavə etsəydi əməlli başlı bir topik yarada bilərdi və onun bu işi görmək üçün çətinlik çəkə biləcəyinə şübhə edirəm. Əgər bu topik fərqli bir şəkildə Kayzendə, onun bacarıqlı istifadəçisi tərəfində yer alsaydı, bəlkə də elə salamnews öz saytına bu topiki CopyPaste edərdi. Pis olardı ki, hansı saytda topikin aldında Mənbə: www.kayzen.az göstərilsin?   
MURAD_SEYFULLAYEV
Ümid edirəm ki, Mushvig, onun topikinin timsalında yazdıqlarımı düzgün anlamaqla, bunu kütləvi CopyPaste xəstəliyinə tutulmuş saytımızın sağalması üçün yazdığımı və birbaşa olaraq ona hansısa bir iradımın olmadığını anlayacaqdır və bir aktiv istifadəçi olaraq özü də bununla bağlı bəzi işləri görməyə canla-başla yanaşacaqdır. :)
kurdamir
Murad sizə bir 5 
MURAD_SEYFULLAYEV
kurdamir mənim məktəbdəki Kimya müəllimim kimi sorğu-sualsız 5 verməyin. Versəniz də danışdıqlarımı əvvəlcə analiz edib, şərhinizi yazıb, sonra qiymətinizi verin. Özüdə mən asanlıqla yüksək qiymət almağı xoşlamıram, çalışın 3-dən, 4-dən verin. ;):)
MuSHviG
Sizin şərhinizdən elə çixir ki, mən ancaq copy pastla məşğul oluram. Məqalələrimin içində orjinalı da var, başqa saytlardan götürüb üzərində işlədiyim də. Siz yalnız copy pastları oxumuz çox təəssüf ki((. Orjinal məqalələrimi google da axtarsanız görərsiz ki, respublikanın rəsmi qəzeti sayılan Azərbaycan qəzeti başda olmaqla onlarla digər məşhur saytlar mənim məqalələrimdən istifadə edir. Məqalələrimin əksəriyyəti reytinq qazanır. Yəqin ki, bu oxucuları maraqlandıran mövzulara daha çox müraciət etməyimlə bağlıdı. Şərh yazarkən obyektiv olamağa və əziyyətə qiymət verməyə çalışaq…
MURAD_SEYFULLAYEV
Mushvig, heyif ki, siz şərhlərimi diqqətlə oxumamısınız. Sadəcə bu «topik»in timsalında, onu dəyişib özünə məxsus səkildə Kayzenə yerləşdirməyin mümkünlüyünü göstərməyə çalışmışam. Bilmək istəyirsinizsə, əməyinizə qiymət üçün yaxşı topiklərinizi daim müsbət reytinqlə qiymətləndirmişəm və bundan sonra da qiyməyləndirəcəm. Uğurlar sizə.
azadmamedov90
Artıq bu mövzu aşkardır- İPHONE ilə pianino da çalınır -sadəcə olaraq programı endirmək və pianino şəkili çap etməklə onun qarşısına qoyub istifadə etmək olur-)  ama copy paste ilə hələ də topiklərin sayı çoxdur- çatdırıb oxumaq olmur- bir birindın maraqlı olsalar belə.