Dünyada ən çox istifadə edilən Veb-Brauzerlər

 Brauzerlər müharibəsi veb-brauzer bazarında hökmranlıq uğrunda gedən mübarizədir. Bu termin 1990-cı illərin ortaları və sonlarında sözügedən sahədə hakim mövqe tutan “Microsoft Internet Explorer” və “Netscape Navigator” kimi iki brauzerin rəqib fəaliyyətini izah etmək üçün işlədilir. 2008-ci il sentyabrın 2-də yeni “Google Chrome” brauzerinin ilk ictimai versiyası işıq üzü görüb. Brauzer növbəti bir il ərzində geniş populyarlıq əldə edərək “Internet Explorer” və “Mozilla Firefox”dan sonra üçüncü yerə çıxıb. 2011-ci ilin sonlarında isə artıq “Google Chrome” “Mozilla Firefox”u arxada qoyaraq populyarlığına görə ikinci yerdə qərarlaşıb. Bu brauzer 2012-ci ilin iyun ayında “Internet Explorer”i belə geridə qoyub və bu yarışda birinci olub. Beləliklə, bu sahədə 2013-cü ilin dekabr göstəricilərinə əsasən, populyarlığına görə “Chrome” liderlik edir (43.9%). Onu “Internet Explorer” (25.3%), “Firefox” (20.1%) və “Safari” izləyir. Liderliyin beşliyini digər internet veb-brauzerləri tamamlayır (6.2%).

Mənbə: www.ru.salamnews.org

 

1 şərh

Shabnam_Ilham
Mən də həmişə chrome-dan istifadə edirəm. Digər hallarda Opera. Əlac kəsiləndə isə Explorerdən istifadə edirəm :D