Qara Qutu-Black Box

Təyyarə qəzalarında təyyarə parça-parça olsa, dənizin dibinə getsə də, dərhal pilot kabinəsindəki son danışıqları yazan qara qutular axtarılır. Əksəriyyətlə qorxunc qəza xarabalığı arasından sağlam tapılan bu qutular sayəsində qəzanın səbəbləri araşdırılır. Qara qutunun ilk prototipi David Varren tərəfindən yaradılmışdır. Bu ixtiranın əsas yaranış səbəbi isə Davidin atasını 1934-cü ildə baş vermiş Bass Strait təyyarə qəzasında itirməsi olmuşdur.

Qara qutu bu qədər möhkəmdirsə, niyə təyyarənin bütün hissələri bu materiallardan hazırlanmır? Təyyarənin havada rahat uça bilməsi, uzaq məsafələrə az yanacaqla gedə bilməsi mümkün olduqca yüngül materialdan hazırlanması ilə əlaqədardır. Bu materiallar daha çox aluminium və plastikdir.

Kabinədəki səsləri və uçuş məlumatlarını yazan hər iki qutu da paslanmayan poladdan düzəldilir. En və uzunluqları təqribən 25 santimetr, dərinliyi 12-13 santimetrdir. Qutuların kənar qalınlıqları 6-7 mm-dir. Qutular bundan başqa istiyə və yanğına dözümlü olmaqla birlikdə plastiklə əhatə olunmuş və maye köpüklə də təchiz edilmişdir.

Qutular o qədər möhkəmdir ki, dənizə düşmüş bir təyyarənin qutuları 7 il sonra çıxarılıb və yenə də dinlənilmişdir. Əvvəllər qutular qanadların birləşmə nöqtəsinə yaxın bir yerə yerləşdirilirdi. Bu bölgə təyyarənin ən ağır qismi olduğuna görə düşmə anında ağır hissələr qutuların üstünə düşərək zərər verə bilirdi. Sonralar isə bu qutular təyyarənin quyruq qisminə qoyulmağa başlandı. Əlbəttə, bu təyyarənin quyruq qismindəki oturacaqların daha etibarlı olduğu demək deyil, ancaq bu yer qutuların təyyarənin xarabalığından uzağa düşməsini təmin etməkdədir. Təyyarə qəzalarının səbəbləri müxtəlifdir. Havada bir formada fırlanaraq yerə düşən təyyarələrdə sərnişinlərin sağ qalma ehtimalı yoxdur. Bu səbəblə də təyyarənin hazırlandığı material bu baxımdan vacib deyil. Təyyarə yerə bütün halda çırpılsa da, düşən bir liftdə olduğu kimi yolçular toqquşmanın şiddətindən həyatlarını itirərlər.

Təyyarənin içinə maye köpük doldurmaq elektronik alətləri qoruya bilər, ancaq insanların yalnız ölüm səbəblərini dəyişər. Təyyarənin materialını qaraqutu materialından düzəltmək, parçalanmaq və yanğın təhlükələrinin qarşısını alar, ancaq təəssüf ki, bu materialdan düzəldilmiş təyyarə də uça bilməz. Qaraqutuların rəngləri qara deyil, narıncıdır. Bu rəngin seçilməsinin səbəbi xarabalıq içindən daha rahat tapılması üçündür. 

 

 

0 şərh