Buz içində 230 ölü dirilməyi gözləyir - "Crynonics"

Bütün dünyadan 230 cansız bədən içi maye azot dolu böyük metal silindirlər içərisində, mənfi 196 dərəcədə tibbin irəliləyib özlərini yenidən dirildəcəyi günü gözləyir. İnsanların bu cür dondurulmasına elmdə «Cryonics» deyilir. Kayzen.az saytı olaraq bu elmi prosesi sizlərə təqdim edirik.

Mənası insanların bilinməyən bir gələcəkdə dirildilmək üçün dondurulmaq olan cryonics termini ilk olaraq 1965-ci ildə istifadə edildi. Ancaq ilk dəfə Neil R. Jones 30-cu illərdə yazdığı bir romanda insanların dondurulmasından söz edirdi. Məşhur fizik Robert CW Ettinger də 1964-cü ildə yayımlanan "Ölümsüzlük Ehtimalı" adlı kitabında insanların gələcək illərdə canlandırılmaq üzrə dondurulması fikrinin ağla batan olduğunu irəli sürürdü. Dünyada dondurulan ilk adam 73 yaşında ağciyər xərçəngindən ölən amerikalı psixoloq James Bedforddı.

James 1967-ci ildən bəri buzlar içində dirildiləcəyi günü gözləyir. Bəziləri hesab edir ki, nano texnologiyanın və tibbin çox irəlilədiyi, hər xəstəliyə çarə tapıla, tək bir hüceyrədən belə bir insanın yenidən yaradıla bildiyi bir dövrdə oyandırılmaq üzrə dondurulmaq ticarətdən başqa bir şey deyildir. Ancaq aparılan bir təcrübə heç də elə demir. Dr. Paul Segalin 1992-ci ildə «Amerika Cryonics Society»nin sponsorluğunda Kaliforniya Universitetinde apardığı məşhur təcrübədən söz edirik. Dr. Segal beagle cinsi sevimli iti Miles'ı dondurub yenidən diriltməyi bacarmışdır və bu təcrübə cryonicsist elm insanları üçün o gündən bəri böyük bir sübut sayılır. Miles qanı çəkildikdən sonra doldurularaq öldürülmüş, 70 dəqiqəlik klinik ölümün ardından qanı təkrar damarlarına enjekte edilərək otaq temperaturuna geri qaytarılmışdır. Üç yarım yaşındakı it həyata geri döndüyündə bütün xarakteristik xüsusiyyətlərini olduğu kimi daşıyırdı, vərdişləri və xasiyyəti dəyişməmişdi. Bu, dondurulan insanların bir gün yenidən canlandırıldığında yaddaşlarının yerində olacağına sübut olaraq göstərilir.

Cryonics, yəni insanların Mel Gibsonun «Forever Young» filmindəki kimi irəlidə canlandırılmaq üzrə dondurulması cəsədi buzların içinə yatırmaqla olmur. Çünki insan bədəni tədbir alınmadan dondurulursa buz kristalları hüceyrələrin ətrafını sarır və su itkisinə səbəb olur. Çəkilən hüceyrə pərdəsi yırtılır və hüceyrə parçalanır. Buna maneə olmaq üçün qliserin kimi donmayan kimyəvi maddələr istifadə edilir.

Ölü bədən əvvəl buz qəliblərdə soyudulur və döş qəfəsi açılaraq bədəndəki qan damarlardan çəkilir. Yerinə mənfi 50 dərəcədə qliserin yeridilir. Bədənə yayılan bu məhlul bədən istiliyinin mənfi 50 dərəcəyə düşməsini təmin edir. Hüceyrə ətrafındakı yağların soyuducuda qalmış bir neçə günlük yağlar kimi buruşmaması üçün də xəstə içi maye azot dolu böyük metal silindirler içərisində mənfi 196 dərəcədə qorunur.

Ən böyük cryonics şirkəti ABŞ-da «Alcorn Life Extension Foundation»dir. Onu «Amerika Cryonics Society», «Cryonics Institute» və «Trans Time» təqib edir. Bu şirkətlərdə dondurulmuş olaraq bir gün dirilməyi gözləyən 230 xəstə vardır. Öldüyündə dondurulma üzrə müqaviləyə imza atmış insan sayı isə 900 ətrafındadır. Bütün bədəni dondurmanın xərci 150 min, yalnız başı dondurmanın xərci isə 80 min dollardır. Ödəmədə güzəştlər də təmin edilir. İlk əvvəl həyat sığortası etdirirsiniz. Sigortanızın xərclərini ölənə qədər nizamlı olaraq ödəyirsiniz. Ölümünüzdən sonra qalacaq olan toplu pul yaxınlarınıza ödənmir, bir miqdarına dondurulma xərcləri qarşılanır. Geri qalanı isə faiziylə birlikdə yenidən həyata qayıtdığınız günə qədər sizin adınıza yığılır.

Hazırladı: MushviG.H\Bütün hüquqlar qorunur. Saytda yerləşdirilmiş məlumatdan istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması zəruridir. 

 

4 şərh

kurdamir
Çox maraqlı və super Məqalədir.Amma bir məsələ mənə qaranlıq qaldı ki,Ölü necə dirilməsini gözləyə bilər? ;)
MuSHviG
Əslində ölü adlandırılmalarının səbəbi dondurulan zaman orqanlarının fəaliyyətini dayandırmasıdır.
MuSHviG
Təbiətdə qış fəslində donan və yayda donu açılan meşə qurbağaları mövcuddur. Həqiqətən də möcüzəlidi. İnsanlar isə bunu yeni-yeni öyrənir.
Gülnar
Abre los ojos filmi yadıma düşdü.