Рейтинг
+10.88

Texnologiya

13 üzv, 89 topik

iPhone'nun gizli imkanı

Proqramçı İvo Leko «iPhone»da gizli imkanlar aşkarlayıb. O, “alma” aparatlarının qeyri-adi imkanlarını "YouTube" videoçarxında nümayiş etdirib. «iPhone 4» və maqnitdən istifadə edən ixtiraçı smartfonun ekranındakı ondan 20 santimetr məsafədə yerləşən maqnitin hərəkətini tam olaraq təkrarlayan kiçik obyekti idarə etməyi öyrənib. Təcrübə sübut edib ki, «Apple» telefonu dördkünc maqnit parçasını təkcə müstəvi üzərində deyil, həm də fəzada idarə edə bilir. Belə ki, «iPhone»nin qoyulduğu stolun üstündəki maqnit azacıq qaldırıldığı zaman telefonun ekranındakı obyekt də rəngini daha solğun rəngə dəyişərək ”qalxıb”. Stola toxunduqda isə «kursor” rəngini qırmızıya dəyişib.

Virtual obyektin kontaktsız idarə texnologiyası „iPhone“də quraşdırılan sensorlar vasitəsilə həyata keçirilib. Bundan sonra maqnit stol səthinə toxunduğu zaman obyekt rəngini dəyişib.


Ardı →

Buz içində 230 ölü dirilməyi gözləyir - "Crynonics"

Bütün dünyadan 230 cansız bədən içi maye azot dolu böyük metal silindirlər içərisində, mənfi 196 dərəcədə tibbin irəliləyib özlərini yenidən dirildəcəyi günü gözləyir. İnsanların bu cür dondurulmasına elmdə «Cryonics» deyilir. Kayzen.az saytı olaraq bu elmi prosesi sizlərə təqdim edirik.

Mənası insanların bilinməyən bir gələcəkdə dirildilmək üçün dondurulmaq olan cryonics termini ilk olaraq 1965-ci ildə istifadə edildi. Ancaq ilk dəfə Neil R. Jones 30-cu illərdə yazdığı bir romanda insanların dondurulmasından söz edirdi. Məşhur fizik Robert CW Ettinger də 1964-cü ildə yayımlanan "Ölümsüzlük Ehtimalı" adlı kitabında insanların gələcək illərdə canlandırılmaq üzrə dondurulması fikrinin ağla batan olduğunu irəli sürürdü. Dünyada dondurulan ilk adam 73 yaşında ağciyər xərçəngindən ölən amerikalı psixoloq James Bedforddı.

James 1967-ci ildən bəri buzlar içində dirildiləcəyi günü gözləyir. Bəziləri hesab edir ki, nano texnologiyanın və tibbin çox irəlilədiyi, hər xəstəliyə çarə tapıla, tək bir hüceyrədən belə bir insanın yenidən yaradıla bildiyi bir dövrdə oyandırılmaq üzrə dondurulmaq ticarətdən başqa bir şey deyildir. Ancaq aparılan bir təcrübə heç də elə demir. Dr. Paul Segalin 1992-ci ildə «Amerika Cryonics Society»nin sponsorluğunda Kaliforniya Universitetinde apardığı məşhur təcrübədən söz edirik. Dr. Segal beagle cinsi sevimli iti Miles'ı dondurub yenidən diriltməyi bacarmışdır və bu təcrübə cryonicsist elm insanları üçün o gündən bəri böyük bir sübut sayılır. Miles qanı çəkildikdən sonra doldurularaq öldürülmüş, 70 dəqiqəlik klinik ölümün ardından qanı təkrar damarlarına enjekte edilərək otaq temperaturuna geri qaytarılmışdır. Üç yarım yaşındakı it həyata geri döndüyündə bütün xarakteristik xüsusiyyətlərini olduğu kimi daşıyırdı, vərdişləri və xasiyyəti dəyişməmişdi. Bu, dondurulan insanların bir gün yenidən canlandırıldığında yaddaşlarının yerində olacağına sübut olaraq göstərilir.


Ardı →

2015-ci ildə “WhatsApp”dan daha bir yenilik

Populyar “WhatsApp” messencerinin yeni versiyasının ekran görüntüləri “Android World” texnologiya bloqunda dərc edilib. İCTnews elektron xəbər xidmətinin məlumatına görə, nəşr “Android” mobil əməliyyat sistemi ilə işləyən smartfonlar üçün “WhatsApp” messencerinin yeni versiyasının interfeysinin ekran görüntülərini dərc edib.

Bu görüntülərə əsaslanaraq demək olar ki, səsli danışıq zamanı ekranın mərkəzində abunəçinin avatarı, yuxarı hissədə cari zəngin davametmə müddəti və bu zəngin “WhatsApp” üzərindən edildiyi haqda informasiya qeyd ediləcək. Aşağıdakı düymənin köməyilə zəngi başlatmaq və bitirmək mümkün olacaq.

Messencerdə səsli zəng funksiyasının istifadəyə veriləcəyi tarix isə hələ bəlli deyil. Çox güman ki, 2015-ci ilin əvvəllərində istifadəyə veriləcək bu funksiya ila WhatsApp istifadəçi sayını artırmağı planlaşdırır.


Ardı →

Robot - Kəpənəklər

Almanlar tərəfindən düzəldilmiş və canlı kəpənəklərdən heç də fərqlənməyən mini robotlar yaradılıb nəhayət ki. Nəinki onlar öz canlı oxşarlarından fərqlənmir, hətta davranışlarını da təkrarlaryırlar. Uçuş zamanı «GPS- senor» və «infraqırmızı- kameraların» köməyi ilə maneələrdən qaçına bilərlər. Uçuş zamanı bir-birlərinə belə toxunmurlar.
  Bu kəpənəklər cəmi 32 qramdır. Onu hərəkətə «servmotor» və «mini-batereyalar» gətirir. Qanadlarının hərəkəti 50sm-ə qədər çata bilir, bu robotların uçuşunu izləmək sadəcə həzzdir. Yeri gəlmişkən, 4 dəqiqə uça bilirlər bu kəpənəklər və yenidən batereyaları doldurmaq elə də vaxt almır.






{ Bircə bizim də belə bir nüsxəmizi düzəldən olsaydı :) }
Mənbə: naked-science.ru
Davamı →

Ev şəraitində plastik tullantını necə benzinə çevirmək olar?

Bildiyimiz kimi plastik kütlə nəhəng müəssisələrdə təkrarən neftə çevrilir, lakin Yapon ixtiraçı eyni vəzifəni təhlükəsiz və mükəmməl yerinə yetirə bilən stolüstü cihaz inşa etmişdir.

Blest Machine adlanan bu cihaz Akinori İto tərəfindən ixtira edilmişdir. Akinori bildiri ki, bu cihazı yaratmaq fikri uşaq olarkən oynadığı sahələrin yavaş-yavaş yoxa çıxdığını görüməyi olmuşdur. Xüsusilədə Yaponiya kimi əhalisinin sayı çox, lakin ərazi qıtlığı olan bir ölkədə Akinori plastikin təkrar emal prosesini insanlar üçün daha əl çatan etmək qərarına gəlmişdir.

Cihazı işlətmədən öncə plastik tullantıları maşına daxil edib, qapağını kip şəkildə bağlamaq lazımdır. Daha sonra cihazı işə saldıqda temperatur artaraq plastik maddələrin əriməsinə, maye halına və daha sonra isə qaz halına keçməsinə səbəb olur. Yanmadan yaranan qaz borudan keçərək içi maye dolu konteynerə daxil olur. Burada qaz soyudularaq yenidən neftə çevrilir. Daha sonra alınmış neft parçalanmaq üçün yenidən qızdırlaraq benzin, dizel və kerosinə çevrilir. Bir litr benzin almaq üçün bir kiloqram plastik tullantıya ehtiyac vardır.


Ardı →

Gələcəyin enerji mənbələri

İqlim dəyişikliyi üzrə hökumətlərarası şuranın noyabrda dərc edilmiş son hesabatında parnik effekti yaradan qazların havaya atılmasının kəskin surətdə azaldılması məqsədi ilə təxirəsalınmaz tədbirlər görülməsinin vacibliyi vurğulanıb.

Bədbin proqnozlar fonunda alimlər və Fortune 500 reytinqli nəhəng kompaniyalar bu problemin həlli istiqamətində iş aparırlar. Bu işlərin bəziləri fantastik görünsə də, heç biri əlçatmaz deyil.

Enerji sahəsinə böyük gələcək vəd edən innovasiyalar isə bunlardır:

 1. Karbon qazının tutularaq ləğv olunması

Bu, energetikanın inkişafına təkan verəcək texnologiya olmasa da, havada zərərli qazın miqdarının azalmasına kömək edə bilər. Texnologiya kömürlə işləyən elektrik stansiyalarında karbon qazının yığılaraq yeraltı anbarlarda saxlanılmasına hesablanıb. Onun Avstraliya və ABŞ-ın elektrik stansiyalarında nümayiş etdirilən sınağı bu texnologiyaya marağı xeyli artırıb.


Ardı →

SİM kartların sonu gəldi

simkart
«Apple SİM»
-in yaxın zamanlarda SİM kart istifadəsinin sonunu gətirəcəyi düşünülür.

Apple keçən həftə təqdim etdiyi tablet modellərində daha əvvəl başqa cihazlarda istifadə etmədiyi bir texnologiyanı tətbiq etməyə başlayıb. «Apple SİM» adı verilən bu yeni proqram vasitəsi ilə istifadəçilər artıq GSM operatorlarından SİM kart almaq məcburiyyətində qalmayacaqlar. Yeni İPad modellərində tətbiq edilən Apple SİM istifadəçilərə istədikləri vaxt, arzuladıqları GSM opreatoruna SİM kart dəyişmədən keçmək imkanı verir.

Apple-ın bu yeni proqramının istifadəyə verilməsi nəticəsində qısa bir zaman ərzində bu günə kimi istifadə etdiyimiz SİM kart dövrünün sona çatacağı iddia edilir.

«Apple SİM» ilə müqavilə bağlayan GSM operatorlarının sayı hal-hazırda olduqca azdır. Çox güman ki, bu proqram yeniliklərə daim açıq olan ölkəmizdə də tezliklə olunacaq. Lakin ABŞ-da sadəcə «T-Mobile», «AT&T» və «Sprint» şirkətləri ilə razılığa gələ bilən «Apple SİM»-in Azərbaycanda nə zaman və hansı GSM operatoru ilə müqavilə bağlayacağını isə gələcək zaman göstərəcək.

 


Ardı →

Kompüter texnikasının yaranma tarixi və inkişaf mərhələləri

Hesabın yaranma tarixi: Hesab rəqəmlərin adlandırılmasından əvvəl yaranmışdır. İnsanlar saymaq üçün eyni tipli əşyalardan istifadə etmişlər: barmaqlar, daşlar, divarda çəkilən xətlər, düyünlər, taxta və ağaclar üzərində çapıqlar və s.

  • İlk hesablayıcı kimi Romada əlin barmaqlarından istifadə etmişlər.
  • Sonradan bu məqsədlə daşlardan istifadə etməyə başlamışlar.
  • B.e.ə. V – IV əsrlərdə ən qədim hesablama vasitəsi – yunanların “abak” adlandırdığı “salamin lövhəsi” yaradılmışdır. Müxtəlif ölkələrdə bu qurğu müxtəlif cür adlandırılırdı. Məsələn, Çində  – suan-pan (VI əsr), Yaponiyada – serobyan (XIV əsr), Rusiyada – şotka (XVI əsr).

Kompüter – informasiyanın avtomatik emal olunması üçün elektron qurğular kompleksidir.

Hazırda beynəlxalq termin kimi işlədilən “kompüter” ingilis sözü olub (“computer”) “hesablayıcı” (maşın dilində) deməkdir. Bu söz dilimizə gəlməzdən əvvəl onun yerinə “rəqəm hesablama maşını” (rusca “цифровая вычислительная машина”), “Elektron Hesablama Maşını — EHM” (rusca “Электронная Вычислительная Машина” — ЭВМ) və ya “hesablama maşını — HM” söz birləşmələrindən istifadə olunurdu.

Kompüter texnikasının yaranma tarixi proqramla idarə olunan ilk universal kompüterin yaradıldığı vaxtdan (1946-cı il) başlanır. Bundan xeyli əvvəl isə hesab əməllərinin yerinə yetirilməsi üçün texniki və elektrotexniki qurğular yaradılmışdır.


Ardı →

Smart Biləklik

Bildiyimiz kimi hal-hazırda informasiya cəmiyyətində yaşayırıq və informasiya texnologiyaları, proqramlar, smart cihazlar artıq gündəlik həyatımızın ayrılmaz hissəsinə çevrilmişdir. Bir çoxlarımız isə ailə üzvüləri və dostlarımızdan daha çox məhz bu texnologiyalarla zaman keçiririk. İnsanların bu cür smart cihazlara, informasiya texnologiyalarına və həmin  cihazlarda tətbiq edilən proqramlara olan tələbatının ödənilməsi üçün dünyanın tanınmış firmaları qızğın rəqabət içindədirlər.

Bu cür smart cihazların son zamanlar yaranan və istifadəçilər arasında tez bir zamanda məşhurlaşan yeni bir növü də smart biləkliklərdir. Bu sahədə Apple, Sony, Samsung kimi tanınmış elektron cihaz istehsalçıları arasında rəqabət daha da artmaqdadır. Hər bir firma yeni inovasiyanı tətbiq edib bazarı tez bir zamanda tutmaq arzusandadır.

   “Apple”nin yeni nəsil smart saatı Fitbit geyilə bilən cihazlar bazarında mübarizəyə qatılmaq ərəfəsində olan zaman gözlənilmədən yeni bir rəqiblə qarşılaşıb. Belə ki, “Cicret” adı verilən inanılmaz bir biləklik layihəsi bazara fantastika filmlərində atılmış kimi gəlir. Bu biləklik sayəsində dəriniz asanlıqla saniyələr ərzində ekrana çevrilir. Cicret biləkliyin köməyi ilə emailərinizi qolunuza projeksiyonla əks etdirərək nəzarət edə bilər, ya da film və video faylları izləyə bilərsiniz. Cihazın istehsalçıları davamlı olaraq yeniliklər edərək cihazı inkişaf etdirir. Bu sayədə Cicret biləkliklər bir tabletin, ya da smart telefonun malik olduğu hər bir texniki funksiyaları icra edə biləcək. Biləklikdə olan kiçik proyektorun köməyi ilə dəriniz üzərində görüntü yaradılarkən, səkkiz uzun mənzilli yaxınlıq sensoru sayəsində hər toxunuş, klik və scrollinq cihaz tərəfindən qəbul ediləcək. Ayrıca biləklik bir USB port və impuls ölçən ilə təmin edəcək. Təbii ki Wi-Fi və Bluetooth dəstəyi də olacaq. Ayrıca bu cihazın iPhone ilə sinxronizasiya edilə biləcəyi deyilsə də, tək başına işləyə biləcək müstəqil bir cihaz olaraq hazırlanır. Tanıtım videosunda görüldüyü kimi qolunuzun bir hərəkətiylə asanlıqla açıla bilir.


Ardı →

Milyonlarla insan eyni şifrəni istifadə edir.

Kanada Ontario Üniversitetində aparılan araşdırma nəticəsində şifrələrin sirri açıldı. 32 milyon insanı əhatə edən bu tətqiqatın nəticələri aşağıdakı kimi olmuşdur. Gizlilik üçün yaradılan şifrələr üzərində araşdırma aparan qurumlardan biri olan Kanada Ontario Üniversiteti tətqiqatçıları 32 milyon şifrəni incələyərək istifadəçilərin seçimlərini sıraladılar. Texnologiya dünyasında piratlıq və şəxsiyyət oğurluğuna qarşı mübarizə üçün vizual hesab şifrələrimizi tez-tez dəyişdirməyimiz istənilir. Bir çoxlarımız üçün daha bir yeni kəliməni yadda saxlamaq çətinləşir. Bir istifadəçinin xatırlamalı olduğu şifrə sayı ortalama 24 ədəddir. İstifadəçilərin yüzdə 43-ü birdən çox hesaba giriş etdiyi üçün eyni şifrəni istifadə edir. İstifadəçilərin yüzdə 34-ü isə xatırlanması asan olan şifrələrə üstünlük verirlər. Yüzdə 66-lıq bir bölüm kompüter tərəfindən təklif edilən qarışıq alqoritimləri seçir. Əslində bu seçdiyimiz şifrələr aşkarlanması asan olan bir quruluşa malikdir.

Piratların sevdiyi şifrələrin yüzdə 17-si ad günləri, yüzdə 10-luq bir bölümü isə soy adlarından ibarətdir. İstifadəçilərin yüzdə 9-u ev heyvanlarının adlarını şifrə olaraq istifadə etməyi seçir.


Ardı →