Рейтинг
+10.88

Texnologiya

13 üzv, 86 topik

Kondisioner haqqda bilmədiklərimiz

İsti yay günlərində insanların ən çox istifadə etdiyi texniki avadanlıqlardan biri də  kondisionlərdir.Çox vaxt insanlar kondisionerləri quraşdırdıqdan sonra ona adi texnika kimi  baxır və yalnız sıradan çıxdığı zaman ona texniki baxış göstərilməsi barədə düşünürlər.
İsti yay günlərində insanların ən çox istifadə etdiyi texniki avadanlıqlardan biri də  kondisionlərdir. Çox vaxt insanlar kondisionerləri quraşdırdıqdan sonra ona adi texnika kimi  baxır və yalnız sıradan çıxdığı zaman ona texniki baxış göstərilməsi barədə düşünürlər.Mütəmaddi qulluq kondisionerin istismar müddətini uzadan amillərdən ən vacibidir.

Davamı →

Doğru ütü seçməyin qaydaları

Yaxşı ütünü seçməzdən öncə,aşağıdaki parametrləri öyrənin.
1.Ütü altlıqı.
Hansı ütü altlıqı seçmək lazımdır buna siz qərar verirsiz. Unutmayın: müxtəlif parçaların ütüləmə keyfiyyəti bundan aslıdır.Ütü altlıqın materialı malların maya dəyərinə təsir göstərir:

  •     Keramika və metalkeramika bahalı ütülər üçün tətbiq edilir. Onlar asanlıqla parça üzərində sürüşür və heçbir müdaxilə etmir.Cızmır,asan təmizlənir.Keramika uzun müddət istiliyi saxlayır;
  •     Paslanmayan polad- materialı möhkəmdir,cızmır, orta isinmə/soyuma sürəti var,parçada asan sürüşür və rahat təmizlənir.Adətən belə ütü altlıqları xüsusi səpmə üsulu və delikləri tamamlayır;

Davamı →

Soyuducu alarkən nələrə diqqət etmək lazımdır

İstifadə ömrünün sonuna gəlmiş bir soyuducunun tamamilə sıradan çıxmasını gözləməkdənsə onu yenisilə əvəz etmək daha ağıllı seçimdir. Çünki yeni bir soyuducu 8-10 yaşlı soyuducudan daha az enerji sərf edir.
Yeni soyuducu alarkən istədiyiniz xüsusiyyətlərə sahib, ehtiyaca uyğun ölçülərdə və mətbəxinizə ən çox yaraşan model araşdırılmalı və bunlarla yanaşı daha az enerji sərf edən soyuducu seçilməlidir.
Unutmayın ki, soyuducu paltaryuyan maşın və ya tozsoran kimi deyil, 7/24 işləyən bir cihazdır. Buna görə də soyuducunun enerji istifadəsində qənaətli olması onu seçərkən önəm verəcəyiniz faktorlardan biri olmalıdır.

Davamı →

Tozsoran alarkən nələrə diqqət etməlisiz

Evdə təmizlik üçün hər gün kifayət qədər vaxt sərf etsək də otaqda mebel, xalça, palaz və digər əşyaların üzərinə qonan tozun öhdəsindən gəlmək o qədər də asan deyildir. Məhz buna qarşı ən gözəl mübarizə metodu tozsoran maşındır. Tozsoran  maşınlar hava nasosunun köməyi ilə çirkləri və tozu sora bilən elektrik cihazıdır. O, adətən döşəmələrin təmizlənməsi üçün tətbiq edilir. Sorma zamanı toz və qırıntı maşındakı xüsusi torbaya yığılır. İndi tozsoran maşın demək olar hər bir evdə mövcuddur. Əgər əvvəllər tozsoran maşınlar məhdud şəkildə idisə, hal-hazırda müasir bazar onun müxtəlif tip və funksiyaları yerinə yetirən növləri ilə zəngindir. Ona görə də istehlakçı tərəfindən tozsoran maşın seçilməsi aktual məsələyə çevrilmişdir.

Davamı →

Hansı tozsoran almaq daha yaxşıdır?

Tozsoran seçimində hansı göstəriciləri nəzərə almaq lazımdır?
Tozsoran seçməzdən əvvəl, onu necə və hansı şəraitdə işlətməyi planlaşdırdığınıza, hansı məqsədlə əldə etdiyinizə qərar verməlisiniz. Aşağıdakı qeyidlər vacibdir:
  •  təmizləmə tezliyi — cihazın lazımi gücü buna bağlıdır (toz və tör-töküntünün gündəlik təmizlənməsi üçün aşağı gücə malik bir model kifayətdir);
  •  təmizləmə növü — quru və ya yaş, əksər qurğular yalnız quru təmizlik üçün nəzərdə tutulmuşdur, yuyan tozsoranlar universaldır;

Davamı →

Ucuz qiymətə keyfiyyətli kondisionerə sahib olmaq üçün

Müasir dünyada kondisionerlər evimizin, iş yerlərimizin, maşınımızın ayrılmaz elektrik cihazına çevirilib. Xüsusəndə yay aylarının gəlməsi ilə biz kondisionerə olan təlabatı daha çox hiss edirik. Hər nə qədər pəncərə açsaqda ventilyator qoşsaqda kömək etmir.
Yeganə və ağıllı çıxış yolu kondisioner almaqdır. Şəhərimizdə kondisioner satışı ilə məşğul olan çoxlu elektronika mağazaları və internet mağazaları var ki, bunlarında hər birində fərqli qiymətə və özəlliklərə malik kondisionerlər satılır. Bes bizə uyğun kondisioneri necə seçək? Bu günki məqaləmizdə bu suala ətraflı cavab verməyə çalışacayıq.

Davamı →

İnverter split kondisioner sistemi nədir?

Hər bir split sistem kimi, bu tip iqlim avadanlığı da çöl və iç bloklardan ibarətdir. Çöl bölmədə bir kompressor, freon sistem filteri, freonu sərinləвən  kondensator,  ventilyator və idarəetmə platası mövcüddur.
Hər bir split sistem kimi, bu tip iqlim avadanlığı da çöl və iç bloklardan ibarətdir. Çöl bölmədə kompressor, freon sistem filteri, freonu sərinlədən  kondensator, ventilyator və idarəetmə platası mövcüddur. İç hissədə havanı soyudan buxarlandırıcı, ventilyator, üfüqi və şaquli pərdələr, filter və kondensat altlıqı var.

Davamı →

Keçmişdən bu günə qədər televizor

17 dekabr 1996-cı ildə BMT Baş Assambleyası 21 noyabr  tarixini Dünya Televiziya Günü elan edib.
Hal-hazırda televiziya ilə əhatə olunmayan heç  bir dövlət yoxdur. Televiziya ən nüfuzlu elektron kütləvi informasiya vasitəsidir.  Sehirli güzgü, nağıl və afsanələrin  sübut etdiyi kimi Bəşəriyyət uzun illər məsafələr arasında  təsvirin ötürülməsinin xəyalını qururdu, üzərindən heç 1000 illik də keçməmiş bu xəyal reallaşdı.

Davamı →

Televizorun kəşfi

Televizorun eyni vaxtda paralel olaraq bir neçə ölkədə aparılan axtarışlar nəticəsində  ərsəyə gələn bir ixtiradır. Ancaq  ingilis  alimi Con Loqie Bairdin bu sahjədə gördüyü iş daha əhəmiyyətli sayılır. Belə ki, sonradan dünyanı dəyişən cihaza “televiser”  adını da məhz Baird verib.
1898-ci ildə anadan olan Baird lap uşaq yaşlarında evlərinin arxasında neftlə işləyən generator quraşdırır və Şotlandiyanın Helesburq şəhərində gecə işığı yanan ilk evə sahib olur. 12 yaşında olarkən isə evdə balaca bir “telefon stansiyası”  yaradaraq dostlarıyla telefonla danışa bilirdi.

Davamı →