Ən yaxşı 10 xarici serial

Breaking Bad (2008)

IMDB balı: 9.5
 

Orta məktəbdə kimya müəllimi işləyən 50 yaşlı Walter White ailəsini dolandırmaq üçün dərsdən sonra avtomobil yuma məntəqəsində işləyir. Bir müddət sonra ağciyər xərçənginə tutulduğunu və çox az ömrü qaldığını öyrənir. Bu ərəfədə təsadüfən keçmiş şagirdi Jesse Pinkmanla rastlaşır. Pinkman metamfetamin adlı narkotik maddə bişirib satır. Walter White ailəsinə pul mirası qoymaq üçün Pinkmanla birlikdə narkotik işinə girir… Dürüst və şərəfli biri olan Walter White qısa ömrünə bir az həyəcan qatmağa başlayır, nəticədə həyatı birdən-birə tamamilə dəyişir. 2008-ci ildə başlayıb 2013-cü ildə bitən, 5 mövsüm, 62 bölümdən ibarət olan bu serial 6 Emmi mükafatına layiq görülüb. Dünyanın ən çox izlənilən seriallarından biridir.

Game of Thrones (2011)

IMDB balı: 9.5


Amerika istehsalı olan fentezi və dram janrlı bu serial başladığı vaxtdan etibarən qısa vaxtda böyük maraq yaradıb və tez bir zamanda dünyanın müxtəlif ölkələrində nümayiş olunmağa başlanılıb. Bu serial Corc Martinin fantastik əsəri olan «Buz və Alovun Mahnısı»nın motivləri əsasında çəkilib.

Yayın onilliklərlə, qışın isə ömür boyu davam etdiyi bu məmləkət daxili münaqişələrlə doludur. Kök atdıqları torpaqlar kimi soyuq və sərt olan Starkların qəsri «Qıştəpə”nin şimalında „Yeddi Krallığı“ qoruyan „Surun“ arxasındadır. Kralın şübhəli ölümündən sonra səltənətin başına keçən Eddard Stark cənuba çağırılır. Lakin o, bunun arxasındakılardan xəbərsizdir. Eddard özünü onun Dəmir Taxtına yiyələnmək istəyənlərin dəhşətli hiylələri arasında olduğunu hiss edir. Dostla düşməni, yalanla həqiqəti ayırd etməkdə çətinlik çəkən Eddard bütün bunlarla mübarizə apararaq krallığı qorumalıdır.

Sherlock (2010)

IMDB: 9.3


“Sherlock Holmes” əsərinin müasirləşdirilmiş versiyasıdır. Bu dəfə xəfiyyə Sherlock müasir Londonda cinayətləri çözməyə çalışır. Yanında yenə də Doktor Watson var, ən böyük düşməni isə Moriartydir. Adresi də yenə “Baker Street”dir. Dəyişən yeganə şey mobil telefonlar, mesajlar, elektron məktublar, bloglar. Yəni texnologiya. Amma Sherlock yenə də öz tərzi ilə hərəkət edir.

True Detective (2014)

IMDB: 9.3


Luizana polisinin cinayət şöbəsində işləyən detektivlər Rust Cohle) ve Martin Hart 1995-ci ildə araşdırdıqları bir cinayət hadisəsi ilə yenidən qarşılaşırlar. Cinayət dosyesi fərqli ittihamlarla yenidən açıldıqda köhnə yaralar da üzə çıxır. Kökü 1995-ci ilə gedib çıxan və qeyri-adi rituallara söykənən, suallarla dolu hadisələrin çözüm hekayəsi bu serialın əsas mövzusudur. Bu il başlayan və cəmi bir mövsüm yayımlanan serial bütün dünyada böyük marağa səbəb olub.

House of Cards (2013)

İMDB: 9.1


Francis Underwood iddialı siyasətçidir. O, daha yuxarı vəzifələrə addımlamaq üçün bütün vasitələrə əl atır. Bunu bacaracaq qədər təcrübəsi var. Ağ Ev koridorlarında gəzişən hər kəsi yaxşı tanıyır. Kimi nəylə vuracağını çox gözəl bilir. Prezidentlik kürsüsünə aparan yolda onun qarşısına çıxacaq hər kəsi və hər şeyi məhv etməyə qadirdir. Şeytani xarakterə malik olan bu insana eyni xarakterdə olan həyat yoldaşı Claire də kömək edir. ABŞ prezidenti Barak Obamanın da izlədiyi bu serialın artıq 2 mövsümü efirə gedib. Fevral ayından 3-cü mövsümünün yayımlanacağı gözlənilir.

Dexter (2006)

IMDB: 9.0 


Mayami Metro Polis Departamentində tibbi ekspert işləyən Dexter Morgan həm də silsilə cinayətlər törədən qatildir. O dünyada ədaləti bərqərar etmək üçün öldürür… Uşaqlıqdan polis tərəfindən övladlığa götürülən Dexter Morqan balaca yaşlarından pişikləri öldürməyə meylli olur. Onu polisin arvadı Harry tərbiyə edir. Dexterin qaydaları var: günahsız insanları öldürməmək, heç vaxt ələ keçməmək, qatilin həmişə günahkar olduğuna əmin olmaq… Yayımlandığı gündən bəri böyük qalmaqallara səbəbə olan serial 8 mövsüm efirə gedib, 2013-cü ildə bitib. Aldığı mükafatların isə sayı-hesabı yoxdur.

Mad Men (2007)

IMDB: 8.7


Hadisələr 1960-cı illərin Amerikasında fəaliyyət göstərən reklam şirkətində baş verir. Serial, reklam şirkətinin rəhbəri olan Don Draper və onun həyatındakı insanlardan bəhs edir. Serialın müxtəlif bölümlərində Kennedi, Martin Lüter Kinqin sui-qəsdi, qaralarla ağların bərabərliyi, Vyetnam müharibəsi kimi mövzular da yer alıb.

Prison Break (2005)

IMDB: 8.6 


Michael Scofield prezident qardaşını öldürdüyünə görə edam cəzasına məhkum olunan qardaşı Lincoln Burrowsu həbsxanadan qaçırmaq üçün planlar hazırlayır. Həbsə girmək üçün bank yaran Michael həbsxanada gözləmədiyi hadisələrlə qarşılaşır. Planının baş tutması üçün qardaşı ilə bərabər 7 nəfəri də qaçırmağa məcburdur...

Lost (2004)

IMDB: 8.6


“Oceanic” hava yolu şirkətinin Sidneydən Los-Ancelesə uçan təyyarəsi okeanın üstündən keçərkən maqnit qasırğası nəticəsində böyük bir adaya düşür. Adada düşündüklərindən daha çox qalmalı olan sərnişinlər sağ qalmaq uğrunda çox ciddi mübarizə aparırlar. Meşənin dərinliklərində qarşılarına çıxan müxtəlif uniformalı skeletlər onları müəmma içində saxlayır. 2000-ci illərin fenomeni olan bu serial çoxsaylı mükafatlara layiq görülüb. 

How I Met Your Mother (2005)

IMDB: 8.5


2030-cu ildəyik. Ted Mosby uşaqlarına anaları ilə tanış olmağının uzun hekayəsini danışır və bir anda 2005-ci ilin Amerikasına düşürük. 5 yaxın dostun 20 yaşlarındakı əyləncəli həyatına qonaq oluruq...

kulis.az 

0 şərh