Söz

Söz.
Söz ki var tarixlər yadigarıdır,
Dünyada əbədi qalasıdır söz.
Sevincdir, fərəhdir düşünsən dərin,
Həm də könüllərin naləsidir söz.
********
Söz ilə silinər könüllər pası,
Söz bir həzin nəğmə, ana laylası.
Söz ata-ananın xeyir-duası,
İnsan övladının balasıdı söz.
********
Göylərə ucalan amanlar, ahlar,
Sözün qüdrətinə baş əyib şahlar.
Sözlə əfv edilir suçlar,günahlar,
Qəlblərin aynası, qalasıdı söz.
**********
Daş-qaşa beləcə gəl salma həvəs,
Sözdən qala ucalt, sözdən gey libas.
Dinlə, qafil olma, sözə qulaq as,
Ən müşkül dərdlərin çarəsidi
********
Naşı gülləsi tək dəyməz hədəfə,
Söz bənzər inciyə, dürrə, sədəfə.
Sözü deməmişdən düşün yüz dəfə,
Ağılsız başların bəlasıdır söz.
********
Kainat əbədi, qışı, baharı....
Ağlı olan pozmaz əhdi, ilqarı.
Aydın söz sərrafı, söz kamandarı,
Nədə ki, saralıb solasıdı söz

Bakı, oktyabr 1966

Aydin Abbasov

0 şərh