Sabahım Laçındı

Sabahım Laçındı

***
Məkkəm,Mədinəmdi,Kəbəmdi dostlar,
Ən müqəddəs qibləgahım Laçındı.
Həsrəti qəlbimdə yara bağlamış,
Niskilim,fəryadım,ahım Laçındı.

***

Pricahanım Lalalıyla üzbəüz,
Qalx Qirxqiza min çiçəkdən birin üz.
Laçın girov, nə gecəm var, nə gündüz,
Son ümüdüm,son pənahım Laçındı.

***

Taleyi kür canım görün nə gördü,
Kimsə çəkə bilməz mən çəkən dərdi.
Torpağı almazdı, incidi, zərdi,
Dürr xəzinəm,ən mətahım Laçındı.

***
Yandırın! Külümü verin yellərə,
Qoy dərs olsun yaxın, uzaq ellərə.
Aydının sözləri düşsün dillərə,

Gülər üzüm, Şən sabahım Laçındı.

Aydın Abbasov

 

2 şərh

Kenan_Elxanoglu
İnşallah Azərbaycanın işğal olunmuş torpaqlarını azad edəcəyik.
asel
iNŞALLAH o gün gələcək