Türkiyənin bütün tarixi bir yazıda

E.ə. 2600 -1900-cu illər (qədim tunc dövrü) -Mərkəzi Cənub-şərqi Anadoluda qedim Xettlərin padşahlığı. 
E.ə. 1900-1300-cü illər -Böyük Xettlər padşahlığı, Misirlə müharibə (Suriyanın işğalı), Patriarx Avram Uradan Xana gedir və Mesopotomiyanın şimal-şərqində dayanır.
E.ə.1250-ci il -Troya Müharibəsi.
E.ə. 1200-600-cü illər -Yunan adalarından frigiyalıların və “Dəniz Xalqları”nın basqını, Midas və Krez çarlığı, sikkələrin kəşfi, Urartu dövləti, İoniyada Şəhərlər ittifaqı
E.ə. 550-ci il -İran şahı Kirin Anadoluya hücumu.
E.ə. 334-cü il -Makedoniyalı İsgəndər İran ordusunu məğlub edir və Kiçik Asiyanı işğal edir.
E.ə. 250-ci il -Perqam dövləti.
E.ə. 129-cu il -Kiçik Asiya Roma İmperiyasının əyalətinə çevrilir.
47-57-ci illər -Apostol Pavelin Anadoluya səfəri.
330-cu il -Böyük Konstantin Roma İmperiyasının paytaxtını Bizansa köçürür və adını dəyişdirib Konstantinopol edir.
527-565ci illər -I Yustinianın dövründə Bizans İmperiyası özünün ən yüksək çiçəklənmə dövrünə çatır və dünyada ən böyük Xristian kilsəsi olan Müqəddəs Sofiya (Ayasofya) kilsəsi tikilir.
1037-1109-cu illər - Səlcuq türklərinin dövləti.
1000-1200-cü illər -Xaç Yürüşləri .

1071-1243-cü illər -Konya və Kayseridə Səlcuq türklərinin sultanlığının paytaxtı. Monqolların darmadağın edilməsi.

 

1288-ci il -Osmanlı İmperiyasının yaranması.
1453-cü il -Sultan II Mehmet Fatehin Konstantinopolu fəthi və onu Osmanlı İmperiyasının paytaxtına çevirməsi.
1514-1517-ci illər -Sultan Selim I Qroznı İran ordusunu məğlub edir, imperiyanın sərhədlərini Misirə qədər genişləndirir, Müqəddəs Məkkə və Mədinə şəhərlərini işğal edir və faktiki olaraq bütün Müsəlmanların başçısına çevrilir.
1520-1566-ci illər -Sultan I Süleyman Qanuninin hakimiyyəti, Avropada o, Böyük Süleyman, Türkiyədə isə Qanuni adlandırılır. İmperiyanın ən yüksək çiçəklənmə dövrü: türk sultan Afrikanın şimalının böyük hissəsini, Şərqi Avropanı (1529-cu ildə Sultanın ordusu Vyanaya çatdı) və bütün Orta Şərqi nəzarət edirdi.
1683-cü il -Türk ordusu böyük vəzir Qara Mustafanın başçılığı altında Vyana yaxınlığında birləşmiş Avstriya və Polyak orduları tərəfindən məğlub olur.
1735-1739-cu illər -Qara dənizə çıxış və Kırım tatarlarının basqınlarının qarşısını almaq üçün rus-türk müharibəsi (Avstriya ilə bir ittifaqda). Rus qoşunu Minixin komandanlığı altında Azov, Açaqov, Xotin,Yassını tutur və iki dəfə Krımı alır. Müharibə 1739-cu ildə Belqrad sülhünün imzalanması ilə başa çatır.
1768-1774-cü illər -Rusiyanın öz qoşunlarını Polşadan çəkməsinə etiraz etməsi nəticəsində Türkiyə müharibəyə başlayır. Türk qoşunlarının Larqa və Kaqula yaxınlığında darmadağın olunması, türk donanmasının Çeşmə döyüşündə məğlub olması və Krımın tutulması türk hökümətini 1774-ci ildə Kiçik Qaynarca sülhünü bağlamağa məcbur etdi.
1787-1791-ci illər -Türkiyə bütünlükdə Kırımı və digər əraziləri geri qaytarmaq üçün rus-türk müharibəsinə başlayır. Rus qoşunları Suvorovun komandanlığı altında qələbə (Kinburun, Fokşan Rımnık, İsmail), rus donanması Uşakovun komandanlığı altında qələbəsi. 1791-ci ildə müharibə Yassıçəmən sülhü ilə qurtardı.
1806-1812-ci illər -Rus-türk müharibəsi, Türkiyə bütünlükdə şimali Qara dəniz ətrafında və Qafqazda keçmiş hökmranlığını bərpa etmək üçün müharibəyə başlayır. Rus qoşunlarının qələbəsi və Kutuzovun diplomatik məharəti 1812-ci ildə Buxarest sülhünün imzalanması ilə nəticələnir.
1828-1829-cu illər -Rus-türk müharibəsi Avropa dövlətlərinin Türkiyəni parçalamaq siyasətinin bir hissəsi kimi. Rus qoşunları Qafqazda Qarı (Каре) şəhərləri və Erzurumu tutur, Rusiya türk qoşunlarını Bolqarıstanda məğlub edir və Konstantinopola yaxınlaşır. Müharibə 1829-cu ildə Edirne (Andrianopol) sülhü ilə başa çatır.
1877-1878-ci illər -Rus-türk müharibəsi, Rusiya Balkan yarmadasında öz nüfuzunu artırmaq üçün Türkiyə ilə müharibəyə başlayır. 1877-ci ildə Şipkə üzərində döyüş zamanı rus qoşunları mühasirəyə alınır və əsir alınaraq Karsa aparılır.
1878-ci il -Rus qoşunlarının Balkan sıradağları ilə qış keçidi, Şipkə üzərində qələbə-Şeynov Filipolya, Edirnenin tutulması. 1878-ci ildə müharibə San-Stefan sülhü ilə başa çatdı və 1878-ci ildə Berlin Konqresində müzakirə olunan qərarla müharibə Balkan yarımadasında yaşayan xalqlara müstəqillik verilməsilə nəticələndi.

1853-1856-ci illər -Krım müharibəsi, Türkiyə ilə bir ittifaqda olan Fransa və İngiltərə Rusiyaya qarşı çıxış edirlər.

 

1876-1909-cu illər -Sonuncu sultan II Əbdülhəmidin hakimiyyəti. O Kayzer Almaniyasının köməkliyi ilə imperiyanın hakimiyyətini saxlamaq üçün cəhdlər göstərir.
1908-ci il -Gənctürklər inqilabından sonra sultan hakimiyyətdən uzaqlaşır.
1911-1913-ci illər –Trablus (Tripoli) üzərinə yürüş, Balkan müharibəsi.
1914-1919-cu illər -Türkiyə ilk dəfə olaraq I dünya müharibəsində Almaniya tərəfindən çıxış edir.
1920-1922-ci illər -Mustafa Kamalın başçılığı altında müstəqillik uğrunda mübarizə.
1923-1924-cü illər -Türkiyə Cümhuriyyətinin elan olunması. Paytaxt Ankaraya köçürülür. Anayasa (Əsas qanun) qəbul olunur.
1925-1935-ci illər -Mustafa Kamal (Atatürk ) bütünlükdə türk cəmiyyətində köklü islahatlar həyata keçirir. Çox arvadlılıq, ənənəvi geyimlərin geyinilməsi (fəs -Osmanlı imperiyasının nişanəsi) qadağan olunur. Avropa hüquq sisteminə keçid, mütləq ailə nikahının bağlanması, Qreqorian kalendarı, bazar gününün istirahət günü elan olunması tətbiq olunur. Din hökumətdən ayrılır, Ərəb əlifbası ləğv olunaraq Latın əlifbası tətbiq olunur. Qadınlara seçmək hüququ verilir. Bütün vətəndaşlar soyadı daşımağa başlayır və ən asası Mustafa Kamala parlament Atatürk (Türklərin atası) soyadını verir.

1938-ci il -Atatürkün ölümü. Hakimiyyət Atatürkün silahdaşı olan və II dünya müharibəsində Türkiyəni birtərəf elan etmiş İsmət İnönüyə keçir. Yeganə qərar verən siyasi partiya Cümhuriyyət Xalq Partiyası (Atatürkün partiyası) olur.

 

1946-1950-ci illər -Demokratik institutların yaradılması. Müxalif Demokrat Partiya seçkilərdə qalib gəlir.
1950-1960-cı illər -Demokrat Partiyasının hakimiyyəti.
1960-cı il -Ordu siyasi səhnəyə çıxır və Demokrat Partiyanın bir çox üzvlərini “Anayasa”nın pozulması maddəsi ilə məhkəməyə verir. Partiya sədri ve baş nazir Adnan Menderes edam edilir. Təzə seçkilər keçirilir.
1971-ci il - Ali hərbi zabitlərin hökümətə xəbərdarlıq etməsi.
1980-ci il -Parlament böhranı: Parlamentin iki əsas partiyasının barışmazlığı və razılığa gələ bilməməsi nəticəsində bir neçə ay cümhurbaşkanı seçilmir. İl ərzində inflyasiya 130 %-ə çatır, cinayətkarlıq və terrorizm çoxalır. Yenidən ordu müdaxilə edir və vətəndaşların hüquqlarını məhdudlaşdırmağa başlayır. Belə olan şəraitdə gələcəkdə parlamentdə yenidən baş verəcək çıxılmaz vəziyyətin qarşısını almaq üçün anayasa yenidən yazılır. Referendum nəticəsində nəzarətdə olan hakimiyyətdə anayasa qəbul olunur və hərbi hakimiyyətin rəhbəri Kənan Evren hərbi komitəni buraxır.
1983-1993-cü illər -Yeni anayasaya uyğun seçkilər keçirilir və Ana Vətən Partiyası qalib gəlir. Yeni baş nazir Turqut Özal dövründə iqtisadiyyatın liberallaşmasına başlanılır və bütün 80-ci illər boyu davam edir. Sonra Turqut Özal qətlə yetirilir.
Həmçinin bax:
Türkiyə haqqında qısa məlumat
 

0 şərh