Ən Şokedici Musiqiçi Ölümləri

Musiqiçilər ətraflarına ən çox pərəstişkar yığan sənət sahiblərindən biridirlər. Onların yaratdığı əsərlər dinləyiciləri sevindirdiyi halda, onların qəfil ölümü fanatlara əsl şok yaşadır. Aşağıdakı siyahıda fikrimcə ən şokedici olan 15 musiqiçi ölümünü göstərməyə çalışmışam.

15. Eazy-E (1963-1995) - Narkobaron.




Keçmiş narkotik alverçisi və "Ruthless Records" səs yazma studiyasının təsisçisi olan Eric Wright həm də Eazy-E ləğəbi altında öz mətnlərini yazmayan reper və ən təhlükli musiqi qrupu NWA-in üzvü kimi tanınırdı. O QİÇS-dən öləndə heç kəs təəccüblənmədi. 5 qadınla 6 uşağa ata olan Eazy üçün bu məntiqi sonluq idi.



14. Jim Morrison (1943-1971) - Diqqətli olun, qapılar bağlanır.



Amerikalı musiqiçi, The Doors qrupunun vokalisti. Paris şəhərində naməlum səbəbdən qəfil vəfat etmişdir. Fransa qanunlarına əsasən, ölünün qohumlarının xahişi olmadan otopsiya keçirilmədiyindən ölümü hələ də sirr olaraq qalır.



13. Dimebag Darrell (1966-2004) - Səhnədə ölüm.



Keçmiş fanatı tərəfindən öldürülərkən Dimebag əlində qitara tutub öz hitlərini canlı konsertdə ifa edirdi. Qatil pərəstişkar isə təkidlə Dimebag'in onun şerlərini oğurlayıb öz mahnılarında mətn əvəzi istifadə etdiyini iddia edirdi. Tibbdə buna paranoya deyilir.



12. Proof (1972-2006) - Karma zarafat deyil.



Detroitli reper və D12 qrupunun yaradıcısı. Ölümündən iki əvvəl dostu Eminemin "Like Toy Soldiers" klipində odlu silahla "qətlə yetirilir". Bir il sonra çıxdığı albomunda isə bütün mahnıları ölmüş musiqiçilərin isimləri ilə adlandırmaq istəyir, lakin son anda fikrini dəyişərək yalnız albomdakı son mahnının adını Kurt Cobain qoyur, mahnının sonunda isə atəş səsi gəlir, və Proof "həyatla vidalaşdır". 40 OZ mahnısında "I'm in the club to beef, you gotta murder me there" deyen Proof 2006-cı ildə klubda mübahisə etdiyi və nəticədə öldürdüyü adamın qardaşı tərəfindən qətlə yetirilir. Proof bu günə kimi qatili məlum olan yeganə ölmüş reper sayılır.





11. Hillel Slovak (1962-1988) - Ağ ölüm.




İsrail əsilli Amerikalı qitaraçı və Red Hot Chili Peppers qrupunun əsasını qoyanlardan biri. Qrupla iki albom buraxdıqdan sonra Slovakın narkotiklərə qarşı mübarizəsi bir fayda vermir və heroin onun axırına çıxır. Onun ölümündən sonra qrupun digər üzvləri heroini tərgitmək barədə qəti qərara gəlirlər.



10. Bob Marley (1945-1981) - No cancer, no cry.



Yamaykalı musiqiçi və Rastafari hərəkatının üzvü. Reqqi musiqisinin tanınmasında əvəzsis rolu olmuş Bob Marley, "I shot the sheriff", "Bad Boys", "No Woman, No Cry", "One Love" və s. hitlərin müəllifi olmuşdur. 36 yaşında beyin xərçəngindən vəfat edən reqqi ustası ölüm ayağında olarkən böyük oğlu Ziggy'nin qulağına son sözlərini pıçıldayır: "Pulla həyat almaq olmur".





9. Jam Master Jay (1965-2002) - Video oyunlar həyat üçün təhlükəlidir.



Hip-hop musiqisinin Beatles-ı sayılan Run-DMC qrupunun di-ceyi Jam Master Jay, 2002-ci ildə "playstation" oynadığı vaxt arxadan tapanca atəşi ilə qətlə yetrilib. Şahidlərin dediyinə görə qatil onun tanıdığı adam olub, lakin onun kimliyi indiyənə kimi müəyyən olunmayıb. Şayiələrə görə JMJ reper 50 Cent'ə himayədarlıq etdiyinə görə cəzalandırılmışdır. Qeyd edim ki, 50 Cent "Ghetto Guran" mahnısında cinayət dünyası haqda dediyi bəzi açıqlamalara görə qanqsterlərin hiddətinə və 9 gülləsinə tuş gəlmişdi. Müəllimindən fərqli olaraq enlikürək reper bu günə kimi yaşayır. 



8. Marvin Gaye (1939-1984) - Axı dünyada nə baş verir?



"Father, father.... What's goin on?". Məhşur hitin müəllifi, şöhrət və narkotiklərin səbəb olduğu stressdən dincəlmək üçün valideynləri ilə yaşamağa başlayır. Lakin hər şey onun fikirləşdiyinin əksinə olur. Bir səhər yuxudan atası və anasının mübahisə səslərinə oyanan soul ifaçısı anasını müdafiə edərək, atasına kobud sözlər deyir. Buna dözməyən ata Marvinin özünün ona hədiyyə etdiyi tüfənglə oğlunu öldürür. What the fu*k is really going on?





7. Freddie Mercury (1946-1991) - Şou davam edir.




Queen qrupunun vokalisti və inanılmaz səsə malik olan Fərrux Bulsara musiqi dünyasında daha çox Freddie Mercury adı ilə tanınırdı. Zənzibarda doğulmuş istedadlı musiqiçi gənc yaşlarından homoseksual olduğunu etiraf etmiş və Glum Rock-un ən görkəmli nümayəndələrindən biri sayılmışdır. Ölümündən altı həftə əvvəl "The Show Must Go On" mahnısını öz ölümünə ithaf etmiş və fanatları ilə layiqlə şəkildə vidalaşmışdı. Onun ölümü QİÇS-in təhlükəsinə dair insanlar arasında ehtiyatlılığı bir qədər də artırmışdı.





6. Notorious B.I.G. (1972-1997) - Ölməyə hazır.




Hip-hop təhlükəli musiqidir və reperlər tez-tez hücuma məruz qalırlar. Belə hücumların qurbanlarından biri də Notorious B.I.G. və ya Biggie Smalls ləqəbləri ilə tanınmış Chritopher Wallace'dır. 1997-ci ildə Kaliforniya ştatında qətlə yetrilmiş Nyu-Yorkun rep kralının ölümündə şübhəli tərəflər kimi LAPD-nin (Los Angeles Polis Departeamenti) üzvləri, quldur dəstələri və sənətdə rəqibi olan və ondan 7 ay əvvəl ölmüş Tupac Shakur'un adamları göstərilir. Ölümündən əvvəl "Ready to Die" ölümündən sonra isə "Life after Death" albomlarına müəlliflik etmişdir.



5. Michael Jackson (1958-2009) - Pop Kralı.



Pop əfsanəsinin ölümü barədə xırdalıqlardan hamınız xəbərdarsınız. İllərlə yada düşməyən ulduz XXI əsrdə televiziya ekranlarını hitləri ilə yox, daha çox qalmaqallı məhkəmə prosedurları barədə xəbərlərlə bəzəyirdi. Borclarından xilas olmaq və daha çox pul qazanmaq məqsədi ilə ölümünü saxtalaşdırdığı haqda şayiləri isə bəlkə elə sizin aranızda dəstəkləyənlər də tapıldı. Bir onu bilirəm ki, Jackson ölümündən sonra həyatında olduğundan ikiqat çox fanat ordusu yığdı.

Qəbrin nurla dolsun Maykl !



4. Elvis Presley (1935-1977) - Onu geri qaytarın!



Qara musiqinin oğurlanmasında ittham edilən Rok-n-Roll kralının qəfil ölümünu bəzi çılğın fanatlar onun özünün yadplanetlilər tərəfindən oğurlanması ilə izah edirlər. 42 yaşında ürək çatışmamazlığından vəfat edən Elvis ən çox albom satmış musiqiçidir.



3. Tupac Shakur (1971-1996) - Qara Məsih.



2pac'ın Las Veqasda naməlum şəxslər tərəfindən güllələnməsi xəbərini eşidəndə bəziləri ona görə heç narahat olmadı, çünki reper əvvəllər də oxşar hadisələrin iştirakçısı olmuş və həmişə situasiyadan salamat çıxmışdı. Amma bu dəfə belə olmadı və 6 gün komada yatdıqdan sonra o aldığı güllə yaralarından keçindi. Digər ulduzlar kimi onun da əslində ölmədiyi və medianın diqqətindən qaçmaq və tez bir yolla varlanmaq məqsədi ilə ölümünü saxtalaşdırdığını iddia edənlər var. Başqalarından fərqli olaraq Tupac üçün bunu deməyə əsas daha çoxdur, belə ki, onun ölümü ətrafında olan sirlər barmaqla sayılası deyil. Ölümündən əvvəl bir neçə mahnısında tezliklə öləcəyi haqqında xəbərdarlıq edən 2pac'ın, ölümündən sonra 10 alboma yetəcək qədər musiqi materialı üzə çıxmışdı. 25 yaşında ölən Tupac ömrünün bir ilini türmədə keçirmişdi.





2. John Lennon (1940-1980) - Sülh elçisi.




Amerikalıları sevməmək üçün daha bir səbəb. The Beatles'dan ayrılan Lennon həyat yoldaşı Yoko Ono ilə birlikdə ABŞ-a köçməyi qərarı alır. Musiqisini bütün dünyada sülhə həsr edən sənətkar Nyu York şəhərində 72nd Avenue və Central Park'ın kəsişməsində öz fanatı tərəfindən qətlə yetirilir. İngilis rokerə arxadan 5 dəfə atəş açan Mark David Chapman, məhz bunun üçün Havayi adalarından Nyu Yorka təşrif buyurmuşdu. İndiyə kimi türmədə olan Chapman tutularkən "Çovdar tarlasında beysbol oynayan (The Catcher in the Rye)" əsərinin 27-ci fəslində Lennonu öldürmək haqqında gizli mesajlar oxuduğunu iddia edirdi. İllər keçdikdən sonra isə o məhşur "I was nobody who wanted to be somebody" etirafını etdi. Onun qətl motivləri indiyə kimi mübahisəli qalır. "Chapman'i türmədən buraxmayan, azadlıqda onu təhlükə gözəyir" - Yoko Ono.



1. Kurt Cobain (1967-1994) - İntihar Kralı.




Roka qulaq asan adamın yanında intihar sözü işlədən kimi onun yadına birinci Kurtun adı düşür. Nirvana qrupunun solisti həyat yoldaşı Courtney Love və narkotiklərlə yaşadığı uğursuzluğdan sonra yalnız bir çıxış yolu görür, şəxsi malikanəsində tüfəngi çənəsinin altına sıxır və BANG! "Come as You are" mahnısında dediyi "And I swear that I don't have a gun" indi grundge ustasınn yaradıcılığına başqa bəzək verir. 

Kurt Cobain'in ölümündən əvvəl yazdığı vida məktubu:



Qəribə təsadüf nəticəsində Cobain'in ölümünün on birinci il dönümündə populyarlarlığına görə Nirvana qrupundan sonra ikinci olan digər grunge qrupunun (Alice in Chains) vokalisti Layne Staley eyni tərzdə öz həyatına qəsd edir.



Sizi daha çox hansı musiqiçinin ölümü heyfsləndirib? Siyahıya kimisə əlavə etmək istəyərdiniz?


*Mətnin yazılmasında copy-paste prinsipindən istifadə olunmamışdır.


*Müəllifin icazəsi olmadan mətni istifadə etmək qadağandır.

20 şərh

papatürk
Bu postda olan ən yaxşı The Show Must Go On musiqisini Freddi Merküri yox,Brayan Mey yazıb.
Yeri gəlmişkən,Tupam Şakur ilk heykəli qoyulmuş reperdir.
Türkəl
Tamamilə doğrudur, «The Show Must Go On» musiqisini yaşayan ən yaxşı qitaristlərdən olan Brian May yazmışdır. Amma mən heç yerdə musiqinin Mercury tərəfindən yazıldığını göstərməmişəm.
Tupac'ın ilkləri çoxdur. O həm də türmədə ola-ola albomu («Me against the world») billboard çartında birinci yerə çıxmış ilk və yeganə adamdı.
burla xatun
Bunların hamsı narkomandır,cinayətkardır.Aralarında düz-əməlli adam yoxdur.Ceksonu çıxmaq şərtilə.
Türkəl
Tamamilə doğrudur, elə cənab Cekson da daxil olmaqnan onların hamısı narkotik maddələr istifadəçisi olub. Amma yalnız bir neçəsi cinayətkar olub.
Əliyev
Elvis Presli ölməyib.
Türkəl
Bağ evində gizlədirsən kişini? Yazığın gələn ay 75 yaşı tamam olacaq, bəsdir onu zirzəmində saxladın!!!
ilham
Aralarında bir dənə də olsun qadın yoxdur.
Türkəl
Selena'nı yaza bilərdim, amma heç nir mahnısını eşitməmişəm. Yalnız soyuqqanlılıqla öldürüldüyünə görə tanıyıram onu. Eyni şey Mia Zapataya da aiddir.
Yeganə diqqətsizliyim deyərdim ki, Aaliyah'a qarşı olub. Təyyarə qəzası. Allah rəhmət eləsin.
Westsider
Həə, Aaliyah yaddan çıxdı..

Liseyn Periş Kruks isə mənim qulaq asdığım yeganə reperdir.
Türkəl
Uşaqlıqdan onu heç kəs belə çağırmır. Anası Afeni, Doktor Mutulu Şakura ərə getdikdən sonra, İslamı qəbul edir, soyadını dəyişir və oğlunun adını da dəyişib Tupak Amaru qoyur.
Westsider
Mən Məhəmməd Əliyə də Kassius Kley deyərdim. Amma o xahiş edib ki, onu belə çağırmasınlar.
Türkəl
Mayk Tayson isə, əksinə, deyir məni Məlik Əbdül Əziz çağırmayın. Mən bu adı heç vaxt qəbul etməmişəm.
Bəs bilirsən, Əli kimin təsiri ilə İslamı qəbul edib?
Westsider
Yox, bilmirəm, amma öyrənmək maraqlı olardı:)

Hər halda Əli bu adı xristian adı olduğuna görə ypx, qul adı olduğuna görə xoşlamırdı. Hal-hazırda isə rasizmin səviyyəsi ABŞ-da sıfıra yaxınlaşır.
Türkəl
Tamamilə düzdür, məhz öz soyadından imtina etmiş Malcolm X (Əl Həcc Məlik Əl-Şahbazz) ona da müsəlman olaraq adını dəyişməyi məsləhət görmüşdü. Tupak da Malclm X-in böyük pərəstişkarı olmuşdur. ölümünə az qalmış yazdığı «Blasphemy» mahnısında «Should we cry if the Pope die? my request: yes, if they cried when we buried Malcolm X» Bununla Tupak sanki özünü müsəlmanlara aid edir.
İrqçilik ABŞ-da hələ da mövcuddur, və uzun müddət mövcud olacaq.
Westsider
+1. İnan mənə, irqçiliyə rast gəlməmişəm. Amma bəlkə mənim ştatımda elədir)

Nə isə, biz offtop edirik..)
mehbeliyeva
Kurt Cobain-rok tarixinin əvəzolunmaz əfsanəsidir.İstər qrupun öz yaradıcılıq məhsulu olan mahnılar,istərsə də cover etdikləri ifalarla əfsanə olacaq bir qrup və bir şəxsiyyət.Allah sənə rəhmət eləsin Kurt!!!
WinRar
Tupak Şakurun ölümündə günahkar bilinən şəxslərdən biri də NOTARİUS B.I.G olub. Onu da sonradan Tupak Şakur kimi güllələyib öldürüblər.
Türkəl
Notorious BIG (Biggie) rəsmən heç vaxt şübhəli sayılmayıb. Bəzi araşdırmaçılar onun prodüseri və dostu P. Diddy-nin (o vaxtlar Puff Daddy) qətldə sifarişçi qismində iştirakını olduğunu iddia edirlər. Lakin bu nəzəriyyələr heç vaxt sübut olunmayıb. Biggie-nin ölümü haqqında yuxarıda qeyd olunub. Hər iki qətl sirr olaraq qalır.
WinRar
Mən rəsmi cinayət sənədini nəzərdə tutmuram. Elə məqamlar var ki, rəsmi sənədlərdə əks olunmur. Notariuous BIG barədə çəkilmiş və real hadisələrə əsaslanan gözəl bir film var. Orada belə qənaətə gəlmək olar.
Medikamentoz
Sadəcə onlara pərəstişkarlıq edənlərin psixiatrik analizdən keçmələri məsləhətdir,nə qədər ki,sonunuz Emy Winehouse kimi olmayıb,demədi deməyin.