Dünyanın ən təhlükəli Mafiya qurumları

Mafia sözünün kökü "məfyuz" ərəb sözü olub, mənası sığınacaq deməkdir. Sonradan bu söz italyan dilinə daxil olaraq formasını dəyişərək mafiozi - cinayət dəstəsinin - mafiyanın başçısı anlamına gəlmişdir. Müasir dildə mafiya dedikdə mütəşəkkil cinayətkarlıq nəzərdə tutulur. Göründüyü kimi sözün ilkin forması onilliklər ərzində öz mənasın ıitirmiş və tamam başqa məna qazanmışdır. Sadə kəndlilərin etibar etdiyi və problemləri çıxdıqda üz tutduqları sözükeçən  insan anlayışı dəyişərək silah və narkotik alveri vasitəsilə özünə milyonlar qazanmış soyuqqanlı cinayətkar təsviri ilə əvəzlənmişdir. 

mafiya ölməzdir

Londonda dərc olunan "Daily News" nəşriyyatı dünyanın ən təhlükəli 10 mafiyasını ölkələr üzrə təsnifləndirərək aşağıdakı kimi sıralamışdır.

10. Yardie - Yamayka əsilli Britaniya Mafiyası

zənci xuliqanlar

Yardilər 1950-ci illərdə Britaniyaya mühacir etmiş Yamaykalılardır. Onlar tez-tez cinayətkar dəstələr arasında  baş verən qırğınlarda iştirak etmiş və Yardi adıyla tanınmışdılar.Onlar əsasən narkotik alveri və odlu silahdan istifadəyə görə cinayət məsuliyyətinə cəlb olunurlar. Heç vaxt hüquq-mühafizə orqanlarının sıralarına öz adamlarını daxil etməyə cəhd göstərmədiklərindən digər mafiya qruplaşmaları qədər güclü sayılmırlar.



9. Alban Mafiyası

alban mafiyası

Bu mafiya Albaniyada yerləşmiş çoxsaylı cinayətkar dəstələrdən ibarətdir. Onlar həmçinin ABŞ və Avropada da fəaldırlar. Deyilənə görə beynəlxalq səviyyəyə 1980-ci illərdə qalxıblar. Albaniyanın özündə isə mütəşəkkil cinayət qrupları 15-ci əsrdən fəaliyyət göstərir. Alban mafiyası ABŞ və Böyük Britaniyada narkotik və bədən alveri reketini idarə edir.



8. Serb Mafiyası

serb mafiyası

Serb mafiyası Almaniya, ABŞ, İngiltərə və Fransa da daxil olmaqla 10-dan çox ölkədə fəaliyyət göstərir. Onlar narkotik alveri, qaçaqmal, sifarişli qətl, reket və informasiya oğurluğu kimi müxtəlif qanunsuz fəaliyyətlə məşğul olurlar. Serb mafiyasının əsas hissəsini üç böyük qrup təşkil edir: Vozdovac, Surcin, Zemun. Onlar öz növbəsində kiçik dəstələri idarə edirlər. Günümüzdə Serbiyanın özündə 30-40 cinayətkar qrup mövcuddur.



7. Yəhudi Mafiyası

yəhudi mafiyası

Yəhudi mafiyasının fəaliyyətinə narkotik və bədən alveri aiddir. Dövran dəyişdikcə Yəhudi mafiyasının da işləmə tərzi dəyişmiş və onlar təvazökar himayədarlıq fəaliyyətindən, amansız və tərəddüd etmədən qan tökən bir dəstəyə çevrilmişdir. Rus-Yəhudi mafiyası ABŞ siyasi aləminə elə yaxşı daxil olmuşlar ki, Amerika hüquq sistemi son illər onların qarşısını almaqda heç bir irəliləyiş göstərə bilməmişdir.



6. Meksika Mafiyası.

Meksika mafiyası

Meksika mafiyası Amerika türmələrində olduqca güclü quldur dəstəsi sayılır. Onların əsası 1950-cu illərin  sonunda, dəmir barmaqlıqlar arxasında olan Meksikalıların, digər məhbus və türmə keçikçilərindən mühafizə edilməsi məqsədi ilə qoyulub. ABŞ üzrə üzvlərinin sayı 30.000 nəfəri keçən bu cinayətkar qrup qorxutmaqla pul alma və narkotik trafiki ilə məşğul olurlar. Meksikalı quldurlar spesifik tatuajlarına görə tanınırlar. Onların bədənlərini milli simvollar, alovlu dairələr və kəsişən bıçaqlar kimi rəsmlər bəzəyir. Deyilənə görə türmələrdə 150 qətl əmri vermək səlahiyyəti olan və bu əmrləri yerinə yetirə biləcək 2000 Meksikalı məhbus cəza çəkir. Türmədə digər zümrədən olan məhbuslardan qorunma üçün onlara "vergi" ödəməyənlər, elə onların özü tərəfindən tez bir zamanda öldürülür.



5. Yakudza - Yapon Mafiyası

Yakudza-yapon mafiyası

Əsası 17-ci əsrdə qoyulmuş Yakudzanın fəaliyyət dairəsinə ölkəyə Avropa və Amerikadan senzurasız pornoqrafiya importu,  bədən alveri, reket və qanunsuz immiqrasiyanın təşkili aiddir. Çeçələ barmağının yoxluğu mafiya üzvü olmağın işarəsi sayılır. Dəstə üzvləri başçıdan üzr istəmək məqsədi ilə bu qurbana yol verirlər. Yakudzanın yuxarı ranqında duran üzvlərinin bir çoxunun bədəni tamamilə tatuaj ilə örtülmüşdür. Hazırda cinayətkar qrupun 2.500 ailəni təmsil edən 110.000 fəal üzvü vardır.



4. Triada - Çin Mafiyası.

çin mafiyası çoxsaylıdır

Triadalar, böyük hissəsi Çin, Malaysiya, Honq-Konq, Tayvan və Sinqapurda yerləşən çoxsaylı quldur qurumlarından ibarətdir. Həmçinin Nyu York, Los Anceles, Sietl, Vankuver və San Fransiskoda müəyyən qədər fəal olan  mütəşəkkil dəstələr daha çox oğurluq, sifarişli qətl, narkotik alveri və piratçılıq fəaliyyəti ilə məşğul olurlar. Triadanın əsası 18-ci əsrdə qoyulub və o vaxt Tian Di Hui adı ilə tanınırdı. Son zamanlar saxta Çin valyutası hazırlamaqla məşğul olan Mafiya üzvlərinin sayı 50.000 nəfərə çatır.



3. Kolumbiya Narkotik Kartelləri

Kolumbiyada narkobiznes inkişaf edib

ABŞ da daxil olmaqla çoxsaylı ölkərdə yuva qurmuş Kolumbiya kartelləri əsasən narkotik trafikinin idarəedilməsi məqsədi ilə yaradılmışdır. Kartelin siyasi, hərbi və hüquqi məsələlər ilə məşğul olan müxtəlif təşkilatları vardır. Ən böyük dəstələr Kali, Medellin və Norte del Valle kartelləri sayılır. Bir neçə il bundan qabaq ortalığa Amerika ilə Kolumbiya arasında bu kartellərin ekstradisiyası barədə müqavilə çıxdı. Lakin Kartel başçıları məhartlə gizlənərək əlaltılarına bu müqavilənin tərəfdarlarını cəzalandırmağı tapşırdılar. Müqavilə heç vaxt qüvvəyə minmədi. Kartellərin aktivinə həmçinin insan oğurluğu və terorizm də daxildir.



2. Siciliya və Amerika Koza Nostrası.

Siciliya mafiyası (italyan mafiyası)

Koza Nostra digər cinayət qurumlarına nisbətən gənc qrupdur. Başlanğıcını XIX-cu əsrin ikinci yarısında götürüb. Lakin buna baxmayaraq təşkilatın iri cinayətlərin həyata keçirilməsi və cəzasız qalması kimi bacarığı vardır. Reket, narkotik və silah alveri, qanunsuz biznesdə vasitəçilik və s. Koza Nostranın fəaliyyət dairəsinə aid olan işlərdəndir. İtalo-Amerikanların "biznesinin" belə uğurlu olmasının səbəblərindən biri, mafiyanın cəmi 3500-4000 həqiqi üzvü olmasıdır. Xırda işləri yerinə yetirən digər adamlar isə həqiqi üzvlər sayılmır və onların üzvliyi müvəqqəti xarakter daşıyır. Bundan başqa Koza Nostranı qapalı mühitə çevirən Omerta - sükut kodu mövcuddur. Koza Nostranın həqiqi üzvü olmaq və ailədə hörmətli yerə sahib olmaq istəyən hər bir kəs istisnasız təmiz İtalyan olmalıdır. Burada qan qarışıqlığı müsbət qarşılanmır. Ailəyə daxil olmazdan əvvəl potensial "üzv" öz dəyərini sübut etmək üçün tapşırıqla kimisə öldürməlidir və yalnız bundan sonra xüsusi mərasimdə onun sadiqliyi təsdiqlənir.



1. Rus Mafiyası.

rus mafiyası

rus kriminal aləmi

Rus Mafiyası Sovet dövrü yaranmışdır və bugün bütün dünyaya ağalığ edir. Üzvlərinin sayı 100.000-500.000 təxmin edilən Rus mafiyası gəlirlərinin böyük hissəsini İsrail, Macarıstan, İspaniya, Böyük Britaniya, ABŞ və Rusiya kimi ölkələrdən əldə edir. Bəziləri yəhudi və alman köklərindən istifadə edərək İsrail, Amerika və Almaniyaya geniş axın etmişdirlər. Fəaliyyətlərinə narkotik və silah alveri, qaçaqmal, pornoqrafiya, internet fırıldaqları və s. daxildir. Əsas qanunlarından biri - hakimiyyətlə birgə işləməmək və ya qanunla əlbir olmamaqdır. Tutulan istənilən quldur, artıq-əskik danışarsa, bölməni tərk etdikdən bir neçə saat sonra ölü olaraq tapılır. Bütün dünya onların vandalism, sifarişli qətl, insan orqanı alveri və terrorsim kimi dəhşətli cinayətlərindən qorxur.

*Mətnin yazılmasında copy-paste prinsipindən istifadə olunmamışdır.

*Postun hazırlanmasında www.crystalkiss.com saytındakı məqalədən istifadə olunmuşdur. Məqalə müəllif tərəfindən tərcümə olunmuşdur və bütün tərcümə hüquqları müəllifə məxsusdur.

*Müəllifin icazəsi olmadan mətni istifadə etmək qadağandır.

14 şərh

Leyla
Mafiya sözü başqa cür yaranıb. Əvvəllər fransız ordusu Siciliyanı tez-tez qarət edirmiş.Sonra siciliyalılar onlara qarşı mübarizə aparır,hərbi dəstələr yaradır. Onlar özlərinə «Morete alla Francia, Italia anela» cümləsini şüar götürürlər. Cümlənin baş hərflərini birləşdirəndə isə mafia alınır.
Türkəl
Sizin yazdığınız variant sadəcə olaraq şəhər əfsanəsidir. Bu versiya çoxdandan tarxiçilər tərəfindən rədd edilmişdir. Mafiya cinayətkar qurumdur, partizan hərakatı yox.
Türkəl

In this antique garden, Michael Corleone learned about the roots from which his father grew. That the word “Mafia” had originally meant place of refuge. Then it became the name for the secret organization...


Mario Puzo — The Godfather (Xaç Atası), 1969

Əliyev
Rus mafiyası deyilən şey yoxdur.Rusiyanın özündə gürcülər,azərbaycanlılar,ermənilər,dağıstanlılar ağalıq edir.Slavyan qruplaşmaları var.Amma onlar hamının tanıdığı kimi güclü deyil.Onların gücü qəddarlıqda və kobud olmalarındadır. İtalyan mafiyası qadına qarşı hörmətsizlik etməz. Çünki onlarda namus var.Amma ruslar hər cür alçaqlıq edə bilərlər.
Türkəl

Rus Mafiyası həm Rusiyada (Bratva), həm də ölkənin xaricində (Russian Mafia) mövcuddur. Sizin sadaldığınız qruplaşmalar Rusların icazəsi ilə fəaliyyət göstərirlər və öz növbələrində onlara lazımi «hörmət» göstərirlər. Məqalədə yazıldığı kimi, Rus mafiyası beynəlxalq səviyyədə fəaliyyət göstərir. ABŞ-ın Nyu York ştatında geniş yayılmışdır. Əsasən də Brighton Beach ştatında. Məqalədəki sıralama şərti ola bilər, belə ki bu dəqiq hesablamaların nəticəsi deyil və istisna edilmir ki, Rus mafiyası burada təsvir edildiyindən nisbətən zəifdir. Amma o mövcuddur və dünyada ən qəddar mütəşəkkil cinayət dəstələrindən biridir.


İtalyan mafiyası haqda dediklərinizlə tamamilə razıyam. Belə ki, Koza Nostranın 10 əsas müddəasından 7-cisi məhz qadınlara hörmətlə yanaşılmasını tələb edir.

Türkəl

......Əsasən də Brighton Beachşəhərində.....


texniki qüsura görə üzr istəyirəm


P.S. Bəs sizcə ən güclü mafiya hansı qruplaşma sayılmalıdır?

FrencaseS
Yaponcikin qruplasmasi
2ral
Ən güclü mafiyalar siyahısında irland mafiyasını da qeyd etmək olardı.
rus mafiyası,daha geniş mənada isə keçmiş sovet kriminal aləmi haqqında təsəvvür üçün Oğru aləmi oxumaq məsləhətdir. Rus mafiyasının ənənələri çox güclüdür.Əgər Yaponiyada Yakudza üzvləri ilə adi yaponlar arasında fərq gözə çarpmırsa,rus kriminal aləminin üzvləri tamam başqa cür həyat keçirir,onların həyat tərzi tamam başqadır.Maraqlıdır ki,əhalinin hər min nəfərində düşən təşkilatlanmış cinayətkarlıq səviyysəinə görə Yaponiya liderdir.Lakin Yaponiyada cinayət halları digər ölkələrə nisbətən az baş verir.Çünki polis özü plansız,təşkilatlanmamış cinayətkarlıqdansa bir iri,təşkilatlanmış cinayətkar sistemin olmasını üstün tutur.
Magicboy
Birinci şəkil bəh-bəhidir a… Hansı kinodandır o???
Türkəl

Heç özüm fikir verməmişdim. Divarda irland viskisinin lövhəsi asıldığını və sağ tərəfdə oturan adamın John Turturro olduğunu nəzərə alaraq belə nəticəyə gəlirəm ki, bu «Miller's Crossing» (Millerin kəsişməsi) filmidir. Baxmamışam. Necə kino olduğunu deyə bilmərəm.


Mafia mövzusunda ən yaxşı kinolar:


Xaç Atası (Godfather, the) — birinci hissə şedevr sayılır, ikinci hissə də yaxşı filmdir, 3 orta.


Yaxşı oğlanlar (Goodfellas)


İkiqat yerdəyişmə (İnternal Affairs) — Çin filmi, Triadadan bəhs edir. Yalnız birinci hissəsinə baxmaq məsləhətdir.


Dönüklər (Departed, the) — İkiqat yerdəyişmənin Amerika versiyası, İrland Mafiyası haqda. Orginal versiyanı üstələyir


Bir dəfə Amerikada (Once upon a Time in America)


Çapıqlı sifət (Scarface) — 1929-cu ildə çəkilən original versiyası da yaxşıdı, amma onu tapmaq çətindir. Ona görə də 1983-cü il versiyasını məsləhət görürəm


Karlitonun yolu (Carlito's Way)


Donni Brasko (Donnie Brasco)


Kazino (Casino)


Kokain (Blow)


Ölümə aparan yol (Road to Perdition)


Eksport qadağası (Eastern Promises)


Kotton Klubu (Club Cotton)


Toxunulmazlar (Untouchables, the)


Təhlükəli küçələr (Mean Streets)


Çox seriyalı  televiziya filmlərindən isə Amerikanların «The Sopranos», rusların «Briqada» və İtalyanların «Sprut» (La Piovra) filmlərini məsləhət görərdim

Ballack
Bu janrda çəkilmiş ən möhtəşəm kinolardan 1i olan Rio küçə mafialarınnan bəhs edən Cidade De Deus (Allahın Şəhəri) filmini və yuxarida qeyd olunmuş Alban mafiası haqqında olan 2009cu ilin "Əsir" (Taken) filmlərinidə unutmaq olmaz məncə…
Arzt
Məlumat xoşuma gəldi.
Məncə onlar içərisində Rus-Yəhudi mafiyasına batan olmaz.Hamısı bizim uşaqlardı ;-)
aseu-boy
Maraqli melumat idi,mene ele gelir kicyahudi mafyasi digerlerinden daha tehlukelidir
tenqo
Yaxşı çalışmadır. Məlumatlar qısa və dəyərlidir.