Cosa Nostra - Bizim İşimiz. 5 Ailə (Birinci hissə)

Dünyanın ən güclü mafiya ailələrindən biri olan İtalo-Amerikan mafiyasının əsasını təşkil edən "Koza Nostra" Siciliyada yaranmış, 1930-cı illərdən Nyu-Yorkda iri mütəşəkkil cinayət qrupunun başında durmuşdur. Məhz bu dövrdən Koza Nostra 5 ailənin nəzarəti altında fəaliyyət göstərməyə başlayır:  Bonanno, Cenoveze, Kolombo, Qambino və Luçeze. Nyu-York şəhərinin ərazisi bu ailələr tərəfindən razılıq əsasında bölüşdürülmüşdü. Bunun təşəbbüskarı dövrünün ən tanınmış cinayətkarlarından biri - daha çox Laki (Lucky - ingilis dilində bəxti gətirən)  ləqəbi ilə tanınan Çarls Luçiano olur. Cenoveze cinayət ailəsinin ilk rəsmi başçısı olan Luçiano Amerikada mütəşəkkil cinayətin atası sayılır. 5 ailəni "Komissiya" adlanan və bu ailənin üzvlərindən ibarət olan təşkilat birləşdirir. Komissiya Koza Nostrada adət-ənənələrin gözlənilməsi və daxili qanunlara riayyət olunmasına nəzarət edir. Yarandığı dövrdən Komissiyanı Luçiano özü idarə edirdi. Məhz Komissiyanın səyləri nəticəsində "5 ailənin" mövcudluğu qanun qüvvələrinə 1959-cu ilədək sirr olaraq qalırdı.



Bonanno Cinayət Ailəsi (Bonanno Crime Family).
İlk başçısı - Cozef Bonnano. Hazırki başçısı - Vinsent Asaro. Məhşur üzvlərindən biri - "Nicky Mouth" kimi tanınmış (ingilis dilindən - ağız Niki) Nikolas  Santora. Böyük Şöhrət ona Donni Brasko və Kazino filmlərində təsvir olunmasından sonra gəlmişdir. İndiyə kimi sağ-salamat olsa da, hər iki filmdə vəhşicəsinə "öldürülmüşdür". 70-ci illərdə özünü Donni Brasko kimi təqdim edən FTB (FBI) agenti olan Cosef Pistone ailəyə daxil olur və onun bütün sirlərindən xəbərdar olur. Bunun üstü açıldıqdan sonra Komissiya Bonanno ailəsini üzvlükdən çıxarmaq qərarına gəlir. Lakin sonradan ailə gücünü bərpa etməyə başladı. Yeni əsrdə Cozef Massino ailəyə əvvəlki hörmətini qaytararaq, Komissiyanın rəğbətini və üzvlüyünü qazandı. Lakin hadisələr heç kəsin gözləmədiyi tərzdə cərəyan etdi və 2004-cü ildə məlum oldu ki, Massino özü FTB informantıdır. Komissiya qapılarını həmişəlik Bonnano ailəsinin üzünə bağladı. Tarixində Cozef adlı şəxslərin mühüm rol oynadığı ailə indi çətin günlərini yaşayır.


Cenoveze Cinayət Ailəsi (Genovese Crime Family)


İlkin dövrlərdə şəxsən Laki Luçianonun rəhbərliyi altında yaradılan ailə nəinki Nyu-Yorkda, həmçinin ətraf şəhərlərdə də öz qanunsuz fəaliyyətini həyata keçirirdi. Ailə Vito Cenoveznin şərəfinə belə adlandırılmışdır. O 5 ailə qurulmamışdan əvvəl dəstənin başçısı olmuşdur. Luçiano isə cinayət aləmində əsasən "quru qanunun" hesabına yuxarı pillələrə çatmışdı. Akoqola olan qadağadan istifadə edən Laki spitli içkilərin qaçaqmalı və qanunsuz satışı ilə məşğul olmuş sonradan Vito və Frank Kostello ilə tanış olmuşdur. 1935-ci ildə Luçiano həbs olunur, lakin biznesi dəmir barmaqlıqlar arxasından da idarə edir. II Dünya Müharibəsində dövlət Nyu-Yorkdakı təxribatların qarşısını almaq üçün Laki Luçianodan kömək istəyir. Kiçik kömək göstərən Mafiya başçısı 1946-cı ildə İtaliyaya deportasiya olunur. Və Kastello onu əvəz edir. 1959-cu ildə Genovesi ailəsinin aşağı ranq üzvü paranoyadan əziyyət çəkən Cozef Vallaki türmədə digər məhbusu öldürür və sonra da məhkəmədə çıxış edir və 5 ailənin mövcudluğunu açıqlayır. Və bununla Nyu-York Mafiyasına böyük zərbə dəyir. 80-cı illərdə ailə əvvəlki gücünü bərpa edir. Oddfather (ing. dilindən - qəribə ata, godfather - xaç atası sözünə bənzətmə) ləqəbli Vinsent Qiqante rəhbərliyi əlinə keçirir. Satqınlardan qorxan Qiqante hətta ən yaxın adamları ilə belə oğullarının vasitəsilə əlaqə saxlayır, heç vaxt üz-üzə görüşmürdü. Onun daha bir hiyləgərliyi, FTB-nin nəzərini üstündən götürmək üçün özünü ruhi xəstə yerinə qoyması idi. Qiqante 1992-ci ildə öz səylərinə baxmayaraq həbs edildi. Hazırda ailəyə "Aslan Denni" (Danny the Lion) ləqəbli Daniel Leo başçılıq edir.


*Mətnin yazılmasında copy-paste prinsipindən istifadə olunmamışdır.

*Müəllifin icazəsi olmadan mətndən istifadə etmək qadağandır.
 

1 şərh

papatürk
Digər klanlar haqqında yazını da gözləyirik.