Kennedilərin Lənəti (Birinci Hissə)

Təyyarə qəzaları, ictimayi yerlərdə sui-qəsdlər, bədbəxt yol hadisələri..... Bu faciələr illər boyu qüdrətli Kennedilər klanının başı üzərində qara bulud kimi durmuş və gənc həyatların sonuna çıxmışdır. ABŞ-ın 35-ci prezidenti Con Fitzgerald Kennedinin kütlə qarşısında qətli bu nəsil nümayəndələrinin ən böyük bədbəxtçiliyi sayılır. Lakin onun Cozef, Robert və Edvard adlı qardaşları da eyni və ya oxşar faciə ilə uzləşiblər. Maraqlısı ondadır ki, onların hamısı hakimiyyətə can atırdı və bu hadisələr bəzilərini məqsəd başında, bəzilərini isə yarı yolda saxladı.


Kasıb irland katoliklərinin ailəsində doğulmuş Cozef Kennedi qiymətli kağızlar bazarında etdiyi riskli gedişlər və kommersant bacarığı sayəsində artıq 40 yaşına kimi kifayət qədər böyük mal-dövlət sahibi olmuşdu. Hollivud aktrisalarıyla vaxt keçirməyi sevən Cozef ailə həyatı barədə də unutmur və həyat yoldaşı ilə birlikdə 9 uşağ sahibi olur. Övladlarına ən yaxşı gələcək arzulayan ata pul - hakimiyyətdir, hakimiyyət - puldur prinsipinə etibar edir və əlindəki kapital və "yuxarıdakı" əlaqələri hesabına ABŞ-ın Böyük Britaniyada səfiri təyin olunur. Ata öz adını verdiyi oğlu Cozef Patrik Kennedini də yüksək mərtəbələrə hazırlaşdırır. Lakin kiçik Cozefin, qarşısına sadə siyasətçi və ya diplomat yox, Amerikanın gələcək prezidenti olmaq tapşırığı qoyulmuşdu.

John, Joseph sr. and jr.

Con Kennedi atası və qardaşı Cozef Kennedilərlə birlikdə

Var-dövlətlə doymayan və hakimiyyət acı olan böyük Cozef səfir işlədiyi dövrdə ABŞ-ın II dünya müharibəsində iştirakına qəti etiraz edir. Lakin "Pearl Harbor" hadisəsindən Amerika müharibəyə qoşulmağa məcbur olur. Bundan sonra kiçik Cozef atası tərəfindən müharibəyə göndərilir. Belə ki, o, hərbi təcrübəni siyasi karyera üçün olduqca vacib məqam sayırdı. Bununla da Kennedi lənətinin əsası qoyulur. 1944-cü ildə kiçik Cozef Kennedinin olduğu hərbi təyyarə uğursuz əməliyyat nəticəsində qəzaya uğrayır və o 29 yaşında həlak olur.

prezident(Con Kennedi) və ədliyyə naziri(Robert)

Kennedi qardaşları: 35-ci ABŞ prezidenti və onun təyin etdiyi Ədliyyə naziri

11 uşaqdan ən böyüyü olan Cozefin ölümündən sonra ata ikinci oğlunu - Con Fitgeraldı möhtərəm vəzifəyə hazırlaşdırır. Buna kimi Con artıq şücaəti ilə seçilmişdi. Yeniyetmə illərindən bel ağrılarından əziyyət çəksə də Con 1941-ci ildə könüllü surətdə orduya yazılır və 1943-cü ildə göstərdiyi qəhrəmanlığa görə medalla təltif olunur. Cavanlığında qeyri-ciddi həyat tərzinə üstünlük verən Con, iki yaş özündən böyük qardaşının vəfatından sonra üzərində daha çox məsuliyyət hiss edir və atasının məqsədinə olduqca ayıq yanaşır. Siyasi karyeraya başlamazdan əvvəl o jurnalist fəaliyyəti ilə məşğul olur və burda da seçilərək "Pulitser" mükafatını qazanır. Qeyd olunmalıdır ki, bu uğura ondan başqa heç bir Amerika prezidenti imza atmayıb. Beləliklə 1960-cı il prezident seçkilərində gənc və xarizmatik Kennedi öz rəqibi Riçard Niksonu olduqca cüzi fərqlə üstələyərək prezident seçilir. Conun uğurunun əsas səbəbi kimi Amerika tarixində ilk dəfə olaraq seçkilərdə tele-debatların tətbiq olunması göstərilirdi. Ağ-qara televiziya ekranlarda olduqca aktiv və energetik Con Kenneddinin qarşısnda özünü itirmiş və rəngi solmuş ortayaşlı Nikson durmuşdu. Bu seçicilərə olduqca çox təsir etdi və böyük Cozef Kennedinin arzusu nəhayət ki həyata keçdi. Conun hakimiyyəti dövründə kiçik qardaşı və ən yaxın dostu Robert ABŞ-ın Ədliyyə naziri təyin olunur və bu Amerikaya işıqlı gələcək vəd edir.

Kennedinin qətli

Con Fitgerald Kennedi ölümündən saniyələr qabaq

Con anti-Kastro siyasətinə qarşı çıxır, vətəndaş qeyri-bərabərliyinin əleyhinə olan "pozitiv irqçilik" (affirmative action) qanununu qəbul edir, "Sülh korpusunun" yaradılmasına əmr veriri və soyuq müharibənin buzlarını qıraraq SSRİ ilə iş birliyinə - birgə kosmik proqramın reallaşdırılmasına can atırdı, Robert isə uğurla mütəşəkkil cinayətə qarşı mübarizə aparırdı. Onlar artıq atalarının arzularını deyil, öz məqsədlərini doğruldurdular. Lakin göstərdikləri bu fəaliyyət onlara rəğbətlə yanaşı çoxsaylı düşmən də qazandırırdı. Həm də Con keçmiş adətlərinin qarşısında zəiflik göztərirdi. Prezidentliyi dövründə onu 4 dəfə yatağa salmış onurğa ağrıları və....... qadınlara qarşı olan böyük ehtiras hissi.

Kennedilər və Merilin Monro

Robert Kennedi, Merilin Monro və arxasını çevirmiş prezident Kennedi, 2010-cu ilin may ayında üzə çıxmış bu şəkil Monro ilə prezidentin birlikdə “çəkdirdiyi” yeganə şəkil sayılır günlərimizə kimi Mərkəzi Kəşfiyyat İdarəsinin (CİA) cəhdləri sayəsində gizli qalmışdı.

Amerikanın ən gənc prezidentinin siyasi kursu nəinki onun rəqiblərini, hətta vitse-prezident Lindon Consonu və digər administrasiya üzvlərini də çaş-baş salmışdı. Kennedinin son anda CİA tərəfindən maliyyələşdirilmiş anti-Kastro fəallarının Kubaya daxil olmasına etiraz edir və ondan xəbərsiz həyata keçirilən "Donuz sahili hücümu" (Bay of pigs invasion) əməliyyatını ortada kəsir. Bununla da CİA itkilərə yol verir. Con Fitzgerald Kennedinin prezidentlik müddəti 1965-ci ilə kimi nəzərdə tutulmuşdu. Lakin hər şey 1963-cü il dayandı. Noyabr. Dallas

Bu qətl bu günə kimi sirr qalır. Qətlə görə tutulan yeganə adam kommunist Li Harvi Osvald oldu və cinayəti araşdıran "Uorren komitəsinin" gəldiyi qənaətə görə o tək fəaliyyət göstərirdi. Qətldən iki gün sonra Osvald özü sui-qəsd qurbanı olur. Bunu isə Con Rubişteyn edir. Hərəkətinə "mən yəhudilərin qorxaq olmadığını sübut etdim" kimi səbəblər gətirən və daha çox Rubi ləqəbi ilə tanınan gecə klubu sahibi sonralar etdiyi hərəkəti başqa sözlərlə izah edirdi. Onun mafiya ilə əlaqəsi olduğu sübut olunmuşdu və iddia edilirdi ki, Osvaldı əvvəlcədən tanıyırdı. Ölümünə kimi Con Rubi həqiqəti paytaxt Vaşinqtonda, münsiflərin məhkəməsində deyəcəyinə söz verirdi. Lakin bu cür məhkəməni onun üçün heç kəs təşkil etmədi və o türmədə xərçəng xəstəliyindən öldü. 70-ci illərdə Amerika Milli Elmlər Akademiyasının (NAS - National Academy of Science) gəldiyi qənaətə görə Kennedinin qətlində azı iki nəfər iştirak etmişdi. Bütün bunlara baxmayaraq bu günə kimi Osvald iştirakı təsdiq olunmuş yeganə qatil hesab olunur. CİA, FBİ, anti-kastro qüvvələri, mafiya... müxtəlif tədqiqatçılar və tarixçilər illərlə cinayətdə bu qüvvələrin ayr-ayrılıqda və birlikdə iştirak etdiyini qeyd etsələr də ötən əsrin ən böyük cinayətlərindən biri XXİ yüzillikdə də sirr olaraq qalır.

Rubi Osvaldı öldürür

Rubi telekameralar qarşısında Osvalda atəş açır və ikincinin ölümünü bütün Amerika görür

Birinci hissənin sonu

*Mətnin yazılmasında copy-paste prinsipindən istifadə olunmamışdır.

*Müəllifin icazəsi olmadan mətndən istifadə etmək qadağandır.

 

1 şərh