Nəzəriyyə ilə Praktikanın vəhdəti

İlk öncə Nəzəriyyənin mahiyyəti haqqında açıqlama verək.Nəzəriyyə-insan tərəfindən yaradılan( yazılan,söylənilən) və praktikaya ( ictimai həyata) tətbiq edilməsi vacib olan fərziyyələrdir.Bütün elmlərdə-(ictimai-humanitar, texniki, fəlsəfi həttda dində də nəzəriyyə çox gözəl şərh edilir.Nəzəriyyə təcrübə üçündur.Nəzəriyyə olmasa təbii ki, praktika da olmaz, praktika ilə nəzəriyyə arasında qarşılıqlı əlaqə vardır. Nəzəriyyədən praktika yaranır, praktikadan yeni nəzəri müddalar yaranır.Bir sözlə nəzəriyyə praktika üçün yaranıb və onsuz təsəvvur etmək olmaz. Praktika olmasa  nəzəriyyə öz mahiyyət etibarı ilə əhəmiyyətini itirir.

Məs:Əgər biz tətbiqi sosiologiyada sosioloji tədqiqatlar proqramından danışırıqsa, onun necə qurulması aparılmasından geniş səpkidə nəzəri fikirləri oxuyuruqsa və onun əməli olaraq  ictimai həyata tətbiq etmiriksə onda, bizim oxuduqlarımız nəzəriyyə olaraq qalır.Çalışmaq lazımdır ki, nəzəriyyəni praktikaya çevirək.

Bu məsələni din sahəsində də aid edə bilərik.Din də müxtəlif görüləsi vacib, müstəhəb    (bəyənilməyən əməllərdən çəkinmək)  əməlləri biz əməli olaraq həyatda reallaşdırmasaq , onda o, öz praktik əhəmiyyətini itirir.

Məs:Dindən çox gözəl , bəlağətili , nüfüzedici bir şəkildə danışan şəxs deyir: filan işi belə etmək lazımdır, digər əməl günahdır və s.Amma onun öz əməlləri tamam dediklərinin əksi olur.Deməyim odur ki, Dindən danışmaqdan "Gözəl natiq" olmaq çox asandır, amma əməli-saleh (dediklərinə əməl etmək) olmaq bir qədər çətindir.   Ona görə praktikanın çox böyük əhəmiyyəti vardır.Əgər biz söylənilən fərziyyələri real  həyata özumuz tərfindən tətbiq edilmirsə söylədiklərimiz , oxuduqlarımız bizim üçün quru bir nəzəriyyə olaraq qalacaqdır!!!

Müəllif: Rzayev Camal

0 şərh