İnsanlıq ölürmü?

      Bir bazar axşamı, divanda əyləşib, mavi ekranda nəinki Azərbaycan xalqının, hətta az qala dünya əhalisinin yaxşı tanıdığı Xoşqədəm xanım Hidayətqızının təqdimatında efirə gedən «Səni Axtarıram» telelahiyəsinə baxırdım.

 

      Düzdü, hər dəfə bu veriliş efirə gedərkən, bizlər bir-birindən daha tükürpədici hadisələrin və ayrılıqların şahidi oluruq. Çoxsaylı tamaşaçı auditoriyasına malik olan bu verilişin daimi izləyicisi olmağıma baxmayaraq, həmin axşam daha da dəhşətə gəldim və baş verən hadisə məni bu kiçik məqaləni yazmağa vadar etdi:

      Demək, Rəfiqə adlı ağbirçək bir ananın iki oğlu və bir qızı var. Oğlunun biri həbsdə, qızı isə vəfat etmişdir. Ananın yeganə ümidi olan oğlu Mahir isə bir rus qızı ilə ailə qurub və iki övladı var. Ananın bunlardan xəbəri var, amma Mahirin harada olduğu bilinmir. Ana ümidsizliklər içində oğlunu  tapmaq üçün «Səni Axtarıram»a-müraciət edib.

      Xoşqədəm xanımın axtarışlarından məlum olur ki, Mahir ailəsinin yanında da yoxdur. Həyat yoldaşı və uşaqları deyir ki, o, tez-tez alkoqol və narkotik qəbul edir, evə gələndə uşaqları və yoldaşını təhqir edir, bir sözlə evdə heç bir insanla yola getməzmiş. Sonda evdən getmiş, yad bir məkanda vəfat edərək, kimsəsizlər qəbirstanlığında dəfn edilmişdir. (ALLAH rəhmət eləsin!)

      Dəhşət deyilmi, bu? Axı niyə kimsəsizlər qəbirstanlığında, onun anası, ailəsi, uşaqları, yoxdurmu?  Ağbirçək bir ananın və bu həyatda ona sığınan, ondan sevgi gözləyən bir qadının, eyni zamanda iki övladının gözünü yolda qoyan bir kəsin taleyi bundan yaxşı olarmı? 

      Bu yerdə dahi ədibimiz Hüseyn Cavidin təkrarolunmaz bir deyimi — "şeytanamı uymuş bəşəriyyət?"- yadıma düşdü. Axı insanlar nə üçün belə edirlər? Həqiqətənmi, ali varlıq olan insan oğlu, şeytana uyub? Bu ədalətsizliklər, bu haqsızlıqlar, bu məsuliyyətsizliklər bizi hara aparır? Ata balanı, bala ananı, qardaş bacını, nəvə nənəni öldürür və ya tərk edir. Əzizlərimizi itirməyə bizi vadar edən nədir və ya bu haqqı bizə verən kimdir? Bütün bunlara kim son qoymalıdır? 

      Deyirlər ki, hər bir varlığın yaradılışı olduğu kimi sonu da olmalıdır. Deməli, Yer kürəsində yaranan «insanlıq» ölürmü?


      Müəlliflik hüquqları qorunur.

Ramil Rzayev.        25 yanvar 2013-cü il.

  

     

      

13 şərh

asel
ürək ağrısıynan izlədim o ananı. Allah səbr versin. yaxşı ki, nəvələri var. onlarla təsəlli tapar
mehbeliyeva
İnsanlıq həm ölür,həm də öldürür-insanların ümidlərini,digərlərindən gözlədiyi sevgini,hörməti,hətta insanların yaşam sevincini öldürür insanlıq özünün ölməsilə........İnsan övladı şeytana mı uyub?Mən burda şeytanlıq nəsə görmürəm..Əsl şeytan və şeytanlıq insanın özündə sevərək formalaşdırdığı eqoizm,başqalarının fikirlərinə hörmət etməməsi,bir səhv etdikdə bunun bizi sevən insanlara necə təsir göstərəcəyini görməmək,özünü başqasının yerinə qoymaq istəməməsidir...Biz özümüz öz şeytanlarımızı yaradırıq,formalaşdırırq...sonra isə Lənət şeytana deyib üstümüzdən atırıq etdiklərimizi..Kaş ki,insan özünə hər şeyi dərk edən bir insan gözü ilə baxa bilsə,kənardan özünü,etdiklərini,onun nəticələrini başqa bir-ancaq dərk edən birisi kimi görə bilsə…
pascal
Bu tip verilişlərə (ağlamalınski) baxmıram. Yanlış anlaşılmasın, insanların dərdinə biganəlikdən yox, məni cəlb etmədiyi üçün. O qədər bundan da ağır dərdi olna insanlar var ki, bəlkə bu ana o dərdliləri eşitsə, onlar üçün ağlayar. Allahın təqdiridir, nə etmək olar…
Ramil
Paskal, düzgün fikirləşmirsiniz. Dərdin ağırı yüngülü olmur. Dərd elə dərddir. Söhbət təkcə Rəfiqə anadan və onun oğlundan yox, ümumiyyətlə, əzizlərini gözü yaşlı atıb gedən insanlardan gedir.
pascal
Mübahisə etməyəcəyəm. Siz bildiyinizdə qalın. mən də öz fikirlərimdə.
Ramil
Sözsüz! Şərhə görə təşəkkürlər.
_BUMERANQ_
Dərd dərdi əridir, udur,
Dərd dərdin dibinə çökür.
Dərd dərdin əlindən tutur,
Dərd dərdin ipini çəkir.

Nə uzundu dərdin ipi.
Dolanır dörd bir tərəfi
Dünyanın dərdli tərəfi,
Dərdsiz tərəfini çəkir.
                    (R.Rövşən) 
Ramil
Məqaləyə qüvvət.+ Çox sağ olun.
Ramil
Hamınıza minnətdaram.
Elgiz86
Gözəl mövzuya toxunmusuz. +++
Ilham-Baki
Bu verlişə mən də izlədim, amma insanlar düz etmirlər. Əzizlərini itirmək nə deməkdir? Sağ olun.
Zumrud-Aliyeva
Meqalede Xoshqedem haqqinda da yazsaydin yaxshi olardi