Ananın sağlamlığı və xarici görünüşü

     Analar öz sağlamlıqlarının ciddi şəkildə qayğısına qalmalıdırlar. çox vaxt başı yaşamaq üçün vacib olan vəsaitlərin əldə olunmasına qarışmış, qayğı və çətinliklərin təzyiqi altında qalmış ər və atalar qadının gücünün tükənməsinə yol verirlər. Ailənin ümumi maraqlarına görə ananı bütün izafi işlərdən azad etmək və ALLAHIN ona bəxş etdiyi həyatı, sağlamlığı və qüvvəni qorumaq üçün bütün mümkün vasitələrdən istifadə etmək lazımdır.

       Özünüzü ələ almağı öyrənin. Özünü tamamilə ələ ala bilməsi üçün ana, hər hansı fiziki və əqli pozğunluqdan qorunmaq üçün bütün təhlükəsizlik tədbirlərindən istifadə etməlidir. Onun həyatı sağlamlıq qanunların uyğun gəlməlidir. Qəbul olunan qida ağıl və xarakterə birbaşa təsir göstərdiyi üçün ana qida qəbulunda diqqətli olmalıdır. O, həyəcanlandırıcı deyil, doyurducu qida qəbul etməlidir ki, əsəbləri və xarakteri sakit vəziyyətdə olsun. O zaman o, uşaqlarının müxtəlif meylləri ilə qarşılaşan zaman təmkinini saxlamağı bacaracaq.

      Ana depresiya anlarında öz əsəblərini və düşüncəsini idarə etməyi öyrənmək üçün çox çalışa bilər və çalışmalıdır, əgər özünü öyrətsə, hətta xəstə olanda belə, mehriban, şən və daha artıq səs-küyə davamlı ola bilər. Uşaqların ondakı əzgin ruhu görmələrinə, evi qəbir kimi, ananın otağını isə dünyada ən kədərli yer kimi qəbul etmələrinə yol verməməlidir. Əqlimiz və emosiyalarımız yalnız iradəmiz sayəsində bizə tabe olur. Bir çox hallarda iradə əsəblərin sakitləşdirilməsi üçün ən etibarlı vasitəyə çevrilir. Uşaqlarınızın sizi qaşqabaqlı görməsi üçün şərait yaratmayın. 

      Cazibədar görünməyə çalışın. Bəzi qadınlar və analar çox güman ki, evdə işləyərkən necə göründüklərinin fərq etmədiyini düşünürlər, evdə isə onları yalnız ərləri və uşaqları görürlər. Lakin küçəyə çıxarkın zövqlə geyinməyi bacarırlar. Məgər ərin və uşaqların fikri və məhəbbəti yad adamların və dostların nöqteyi-nəzərindən daha vacib olmalı deyilmi? Ərin və uşaqların fikri qadın üçün bütün digər insanların fikrindən daha vacib olmalıdır.

      Əgər analar evdə səliqəsiz geyməyi özlərinə rəva bilirlərsə, uşaqlarını da özləri kimi pinti öyrədirlər. çox analar belə hesab edirlər ki, evdə hər cür paltarı, hətta çirkli və cırıq olsa da geymək olar. Uşaqlar öz analarının çirkli, əzik paltarlarını həmişə səliqəli geyinən adamların paltarları ilə müqayisə edirlər və ana get-gedə uşaqları arasında hörmətini itirir. 

       Sizə yaraşan paltarlar geyinin. Bu yolla uşaqlarınızın hörmətini daha çox qazanmış olarsınız. Uşaqlarınızın da bu cür geyinməsinə nəzarət edin. Pintiliyə alışmalarına yol verməyin. 

       Bəzək əşyalarının köməyilə deyil, təmiz, yaxşı tikilmiş paltarlar geyinməklə, bacardığınız qədər cazibədar görünməyə çalışın. Bu yolla siz daim uşaqlarınızı səliqəyə və təmizkarlığa alışdırmış olacaqsınız. Uşaqların məhəbbəti və hörməti hər bir ana üçün ən qiymətli hədiyyə olmalıdır. Ananın geyindiyi paltarlar uşaqları təmizkarlığa və səliqə-səhmana öyrətməli və onların düşüncəsində təmizlik təsəvvürü yaratmalıdır. Hətta ən az yaşlı uşaqlarda da ahəngdarlıq hissi, əşyaların uyğunluğu anlamı mövcuddur; əgər onlar hər gün çirkli paltar və yığışdırılmamış otaqlar görürlərsə, onda təmizkarlığa və səliqəyə necə ehtiyac duya bilərlər?

       Səliqə-səhman və təmizlik səmavi qanundur; bu İlahi tələblərə uyğun olmaq üçün səliqəli və cazibədar görünməliyik.

1 şərh

asel
qadın yalnız çoldə deyil, evdə də baxımlı olmalıdır. yoldaşı, uşaqları usun hər zaman səliqəli, gözəl olmalıdır.