Hörmət edinki hörmət görəsiniz!

Buyurun, əyləşin! “Çox sağ ol, oğlum” və ya “Allah razı olsun, qızım”. Yaxın keçmişdə bu ifadələri tez-tez eşidirdik.İctimai nəqliyyatda daim kiçiklər böyüklərə yer verərdi. Mənzərə isə belə olardı. Böyüklər oturur, kiçiklər isə ayaq üstədir.Son vaxtlar daha çox başqa mənzərəni müşahidə edirəm: Kiçiklər oturur, böyüklər ayaq üstədir.

Heç qulağıma “buyurun, əyləşin”, ”çox sağ ol, oğlum və ya qızım” sözləri də dəymir. Nə baş verir? Niyə gənclərimiz ayaq üstə, ayıq-sayıq yox, yarıyuxulu oturaqlı vəziyyətdədir? Bəzən elə ən böyük problemlər xırda hesab edilib diqqət ayrılmayan məsələlərdən doğur; ciddi xəstəliklər adi soyuqdəymədən, böyük oğurluqlar kiçik yalanlardan, pis vərdişlər əhəmiyyət verilməyən alışqanlıqlardan qaynaqlanır.

Ona görə də qaynağı təmiz saxlamaq gərəkdir. Qaynaq çirklənəndə ondan qaynaqlanan da keyfiyyətsiz olur. Təbii ki, anasını oturan, nənəsini ayaq üstə görən uşaq böyük görəndə ayağa durmağın nə olduğunu bilməyəcək. Böyük üçün ayağa qalxmayan isə böyüklərin böyüyü, anaların anası – Ana Vətən üçün də ayağa qalxmayacaq.

  Sizə səslənirəm ey qızlarımız və oğlanlarımız.!Sizlərdə bir gün yaşlanacaqsınız. Avtobusda bir gün tək ayaqda olan siz olacaqsınız və bir dənə gənc bir qız olacaq,o qızda sizə yer verməyəcək sizin etdiyiniz kimi.Və ya bir gənc oğlan olacaq o da «yatdığını» bəhanə edib sizə yer verməyəcək.Unutmayın həyatda hər şey qarşılıqlı olur.

 

8 şərh

BaRLeLiTa
Bunun dəfələrlə şahidi olmuşam.Hətta öz qulağlarımla eşidmişəm ana balasına deyəndə ki,bala sənnən böyük gəlsə yer verib eləmə,görmüsəm görməməzliyə qoy özünü.Düzdü yer verən gənclərmizdə var amma çox az sayda,onların sayını böyüyə hörmət qoymayan,yer verməyən gənclərin sayını keçir.
asel
təəssüffffff
Ramil
Hamımız tez-tez BaRLeLiTanın dediklərinin şahidi oluruq. Bəzən də görürsən ki, mübahisə edirlər: " Uşaqlar balacadırlar, ayaq üstə dura bilmirlər, onlar oturmalıdır" deyirlər.
Elgiz86
Boyuklere hormet hamimizin borcudur
Zumrud-Aliyeva
Ozumuzden boyuye hormet etmesek sabah bize kim hormet edecek.
kagizgemiler
çox gözəl mövzudur həm də gündəlik həyata bağlıdır.çox sağolun
asel
siz sağ olun. hər kəs sağ olsun. oxuyub dəyərləndirdiyinizə görə