Azərbaycan alimlərindən yeni təklif

      Danışıq, internet, musiqi üçün istifadə etdiyimiz bu telefonlar artıq həkim funksiyasını da yerinə yetirəcək. Bu layihənin tətbiqi ilə bir çox insan öz xəstəlikləri haqqında ilkin

xəbərdarlığı elə öz telefonlarından alacaq.

      Anspress xəbər verir ki, mobil telefon vasitəsi ilə özlərinin ürək döyüntüsü, nəfəs yollarının küyünə qulaq asan insanlar ürək-damar xəstəlikləri və qrip kimi xəstəliklərdən

bu xəstəliyə yoluxmaq üzrəykən xəbər tuta biləcəklər.

      Təcrübə sınaqlarından uğurla keçən bu layihənin mobil telefonlara tətbiqi üçün dünyanın tanınmış mobil telefon istehsalçılarından təkliflər gözlənilir.

       Əgər mobil telefon istehsalçıları bu layihəni telefonlara tətbiq etsələr, Azərbaycan alimlərinin kəşfindən hər kəs yararlanacaq. Bu kəşf isə Azərbaycan İnformasiya

Texnologiyalarının inkişafında irəliyə doğru ən önəmli addımlardan biri kimi tarixə düşəcək.

Mənbə: populyar.az

loading...

11 şərh

Ferbara
Yaxşı təklif haqda köhnə xəbər. Səbirsizliklə bu proqramı gözləyənlər var. :)
pascal
Daha bu telefonla nələr edəcəklər, Alla bilir. Bir gün desələr ki, avtomobili də əvəz edəcək...heç təəccüblənmərəm. 
hard
pascal,xahiş edirəm,adların yazılışına fikir ver.Alla yox Allah.
pascal
Cənab hard, xahişinizi nəzərə alaram. :)
Mən də nəyin necə yazıldığını çox gözəl bilirəm,  sadəcə bir hərfi yazmadan şərh əlimdən çıxıb. 
Diqqətinizi şərh yazılarından başqa, postlarda da görmək istərdim. Hərflərə bu qədər diqqət göstərən biri indi gör kayzendə nələr edər. Gəlişinizə sevindim. Təşəkkür. :)
pascal
Mənim də bir xahişim var, mümkünsə, cümlə yazarkən, sözlər arasında durğu işarələrindən sonra məsafə qoyun. :)
pascal
Bir də, tanımadığınız birinə müraciət edərkən sən yox, siz deyin, zəhmət olmasa. :)
hard

Üzr istəyirəm, yadımdan çıxdı.Mən də təbrikininiz üçün təşəkkür edirəm, çox sağ olun. :)

hard
Bir də, əgər sıradan bir sözün yazılışında adi səhvə yol verilsəydi, mən bunu nəzərə almazdım.Ancaq «Allah» sözünün belə yazılmasına görə mən bu şərhi yazdım.Səhv başa düşüləcəyini fikirləşmədim, sadəcə dostcasına…
Gülnar
Düşüncəyə bax da..Allah sözündə qrammatik səhvə yol vermək adi sözdə səhv etməkdən nə ilə fərqlənir? Cənnətə düşmək ehtimalınız azalır?
pascal
Hard, son iki şərhinizdən sonra mən də elə bunu dostcasına qəbul edirəm. :)
Yazlarımı araşdırsaydınız, görərdiniz ki, Allah kəlməsindən çox yerdə istifadə etmişəm. Əgər hər yazıda Allah yox, Alla görsəydiniz, onda ilk şərhinizi qərəzsiz qəbul edərdim. Baxın siz də «təbrikininiz» yazmısınız. Görürsünüz? Demək hər kəs hərf səhvi edə bilir. Şərhlərin bir pis tərəfi odur ki, yazdıqdan sonra düzəliş edə bilmirsən. 
Amma, bundan sonra mühakimə etməmişdən öncə, lütfən, o istifadəçi haqqında araşdırma aparın, sonra ittiham edin. :)
Siz də bu şərhimi dostcasına qəbul edin, zəhmət olmasa. :)
seyidova
Topik qaldı qıraqda :)))