365 gün?

       Yuli Sezar təqvimdəki qarışıqlıqları həll etməsi üçün Misirli astronomiya alimi Sosigenesi yanına çağırtdırır. O vaxtlar 1 ilin 365 gün 6 saat davam etdiyi bilinirdi.
       Sosigenes də qarışıqlığı belə həll edir: 
       Hər il 365 gün davam edəcək. Hər ildən 6 saat artacaq. Artan saatlar  4 ildə bir təqvimə əlavə olunacaq və o il 365 + 24 SAAT = 366 gün olacaq. 366 gün 12 bərabər hissəyə bölünmədiyi üçün 6 ay 30 gün, digər 6 ay 31 gün davam edəcək. Yaxşı 365 gün çəkən illərdə aylara görə bölgü necə olacaq? 
       Sezar əmr verir: 
       365 gün çəkən illərdə ən son aydan 1 gün azaldılsın!
       O vaxtlar yeni il mart ayından başlayırdı, yəni fevral ilin son ayı idi. Beləcə fevral ayı, 4 ildə bir 30 gün, digər illərdə 29 gün olur. Sezar bununla da kifayətlənməyib aylardan birinə öz adını verir: JULIUS, yəni JULY. 
       Sonradan imperator olan Augustus, Sezardan dala qalmayıb və sonrakı aya öz adını verir: AUGUSTUS, yəni Avqust.
       Ancaq Julius Sezar ayı 31 gün ikən, Augustusun ayı 30 gün olar? 
      O da əmr verir:       İlin son ayından 1 gün daha azaldılsın, mənim ayım da 31 gün olsun!
      Yazıq Fevral 1 gün azaldılır və Avqusta əlavə olunur. O gündən bəri Fevral ayı, 4 ildə bir 29 gün, digər illərdə 28 gün olur. Sezar ayı İyul və Augustusun ayı Avqust da ardıcıllıqla 31 gün davam edir.
            nice.az

3 şərh

member
   İlk öncə yazıya görə təşəkkürlər. Yazı maraqlı idi amma Fevralın 28, 29 olmasının səbəbi bu deyil. Deməli bildiyimiz kimi il, Yerin Günəş ətrafında tam dövrünə sərf olunan zamana deyilir. Bu zaman Yer Martdan başlayaraq Avqust da daxil olmaqla Günəşin yarısından, Sentyabrdan başlayaraq Fevral da daxil olmaqla Günəşin ikinci yarısından keçir. Yəni Günəşi  tam dövr edir. Mart Avqust ayları arasındakı məsafəni 184 günə, Sentyabr və Fevral ayları arasındakı məsafəni isə 181 gün 6 saata keçir. Buna görə də arxa arxaya İyul və Avqust ayları 31 gün, Fevral isə 28 gündür. Sizində qeyd etdiyiniz kimi 6 saatlar toplanır və bir gün olur.Təqvim Mart ayından başladığından o bir gün son ayın yəni Fevralın üzərinə gəlir və dörd ildən bir 29 gün olur. Məlumat tam olaraq yadımda qalmayıb. Əgər hardasa səhfim varsa deməyinizi xahiş edirəm.
velili_hemide
Maraqlı topikdir. Heç Augustusun ayı 30 gün olar? :)) Yazı üçün sağ olun
Ramil
Şərhlərə görə təşəkkür edirəm.