Sevgi hekayəsi

      Qadın hər səhər olduğu kimi o gündə ağ dəyənəyi ilə avtobusa minmişdi.

      Şofer:

      — Soldan üçüncü sıra boşdur xanım, dedi. Qadın 32 yaşında gözəl bir qadın idi və yoldaşı da olduqca yaraşıqlı bir adam idi. Bundan bir neçə ay əvvəl səhv bir diaqnoz nəticəsi reallaşdırılan əməliyyatla gözlərini itirmişdi gənc qadın və əsla görə bilməyəcəkdi. Əri əməliyyatdan sonra ağrılı gerçəyi öyrənincə yıxılmış və öz-özünə bir söz vermişdi. Əsla arvadını tək buraxmayacaq, ona sonuna qədər dəstək olacaq, öz ayaqları üzərində dayanana qədər cəsarət verəcəkdi.

      Günlər keçirdi. Qadın hər keçən gün özünü daha pis hiss edir, çox sevdiyi ərinə yük olduğunu düşünürdü. Onun bu içinə qapalı, pessimist halı ərini çox üzürdü. Bir an əvvəl bir şeylər etməsi lazım idi, arvadı gündən günə öz içinə qapalı dünyasında itirdi. Bütün gün düşündü, necə kömək edə bilərəm gözəllər gözəli yoldaşıma deyə. Birdən ağılına yoldaşının köhnə işi gəldi. Geri dönməsini istəyəcəkdi. Amma bunu ona necə söyləyəcəkdi, çünki artıq çox kövrək və qəmgin idi. Bütün cəsarətini yığaraq axşam arvadına mövzunu açdı.

       Arvadı dəhşətlə gözlərini açdı:

      — Mən bunu necə edərəm mən koram. — deyə qışqırdı.

      Əri ona dəstək olacağını, hər səhər özünün işə buraxacağını və axşamları da iş çıxışında götürəcəyini və ona çox güvəndiyini söylədi. Çünki yoldaşını tanıyırdı və bunu bacara biləcəyini bilirdi. Qadın böyük bir ümidsizliklə qəbul etdi çünki yoldaşını çox sevirdi və onu qırmaq istəmirdi. Hər səhər yoldaşını işinə buraxır və axşamları da götürürdü fədakar ər. Günlər belə irəlilədi, arvadı əvvəlkindən bir az daha yaxşı idi. Lakin əri daha çoxunu istəyirdi, özünə söz vermişdi, sonuna qədər gedəcəkdi. Axşam arvadına:

      — Artıq işə özün gedib gəlməlisən. 

      Qadın çaşmışdı. Bunu əsla edə bilməyəcəyini söylədi. Əri israr edincə onu yenə qıra bilmədi və bütün cəsarətini yığdı. Bunu özü də istəyirdi amma o qədər etibarı yox idi. Səhərlər qadın artıq avtobus dayanacağına özü gedir, avtobusuna minir və avtobusdan enərək işinə gedə bilirdi.Günlər günləri qovdu, heç bir problem yox idi. Yenə bir gün avtobusa minərkən, şofer:

        — Sizi qısqanıram,xanım. 

       Qadın özünə deyilib deyilmədiyini anlaya bilmədən, niyə deyə soruşdu. Şofer:

       -Çünki hər səhər sizin arxanızdan bir gənc adam avtobusa minir və bütün yol boyunca sevgi ilə sizə baxır, avtobusdan endikdən sonra yaşıl işıqda yolun qarşısına keçmənizi gözləyir siz binaya girdikdən sonra arxanızdan öpüş göndərib sizə hər gün sevgiylə əl yelləyir.

 

2 şərh

asel
Belə sevgi var ki??? 
Bunu hardasa oxumuşdum, təkrar etmiş oldum. Təşəkkürlər