Əshabi Kəhf

      

      «Əshabi-Kəhf»lə bağlı uzun illərdən bəri müxtəlif istiqamətli kitablar, məqalələr yazılmış, filmlər çəkilmişdir. Qeyd edim ki, qaynaqlarda daha çox Türkiyədəki yeddi yatmış və onlarla bağlı rəvayətlərdən bəhs edilmişdir. Azsaylı müəlliflər istisna olmaqla, Naxçıvandakı «Əshabi-Kəhf» və onunla bağlı hadisələr lazımınca araşdırılmamışdır. Çap olunan materiallar isə daha çox rəvayəti, dini və mifik mətnləri əhatə edir.

      Azərbaycanın ümummilli lideri Heydər Əliyev hələ Sovet hakimiyyəti illərində xalqımızın dininə, inanclarına hörmət bəsləmiş və müqəddəs yerlərə qayğı göstərmişdir. Bu qayğı, müstəqillik dövrümüzdə də davam etmişdir. Onun 1998-cu ildə «Əshabi-Kəhf»in abadlaşdırılması və bərpa edilməsi barədə göstəriş verməsi, xalqımızın dininə və tarixinə göstərilən qayğının bariz nümunəsidir. Bu gün «Əshabi-Kəhf» tarixi abidəsi və ziyarətgahı yenidən qurulmuş, burada məscid tikilmiş, yol çəkilmiş, zəvvarlar üçün hər cür şərait yaradılmışdır.«Əshabi-Kəhf» tarixinə, «Qurani-Kərim»də adı çəkilən ziyarətgahın Naxçıvana aid olmasına yönəldilmişdir. Aparılmış hərtərəfli araşdırmalardan aşağıdakı nəticəyə gəlmək olar:



       1. «Əshabi-Kəhf»lə bağlı rəvayət Naxçıvanda formalaşmaqla, əvvəlcə türk xalqları, sonra digər xalqlar arasında yayılmışdır.

       2. «Qurani Kərim”də adı çəkilən «Əshabi-Kəhf» bütün əlamətləri ilə Naxçıvandakı «Əshabi-Kəhf»lə uyğun gəlir.

       3. Mağara qədim ata ocağı, yaşayış məskəni kimi «Əshabi-Kəhf» hadisəsindən əvvəl mövcud olmaqla müqəddəs hesab olunmuşdur.

       4. Buradakı inanclar heç bir dinə deyil, qədim türklərin inanclar sisteminə, təbiət kultuna aiddir.

       5. «Əshabi-Kəhf» fiziki təmizlik, ruhu paklıq halında olan qulun Tanrıya yönəldiyi Ali məqamdır.

       6. «Əshabi-Kəhf» Azərbaycan türkünün qədim ata yurdu, Naxçıvanda min illər boyu tapındığı mağaranın daşlarına hopmuş mənəvi, tarixi kimlik vəsiqəsidir.

       İnanırıq ki, «Əshabi-Kəhf»lə bağlı mövzulara dönə-dönə qayıdılacaq, Ulu Rəbbinə yaxınlaşdıran, çoxları üçün tövbə qapısı sayılan bu Ali Məqama zəvvarlarla bərabər, hələ çox araşdırıcılar gələcəkdir.

      «Əshabi-Kəhf»i tədqiq məqsədi ilə gələnlər! Zahiri təmizlənmə ilə bərabər, mənəvi təmizliyi qoruyun! Unutmayın! Allah hər şeyi olduğu kimi biləndir.

 

0 şərh