Məşhurlar haqqında lətifələr

     

      Deyirlər birinci iqtisadçı Kolumb olub. O Amerikanı kəşf etməyə gedəndə hara getdiyini bilmirdi. Ora çatanda harda olduğunu bilmirdi. Bütün bunları isə dövlət vəsaiti hesabına edirdi. 


      Moskvada Fidel Kastro üçün qəbul təşkil edilir. Xruşovla təkbətək qalan Kastro parikin, saqqalın qoparıb deyir:
      — Artıq bacarmıram...

      — Lazımdır Fedya, lazımdır!!!


     Pikasso qonaqları sərgidə gəzdirir.
      — Bu mənim avtoportretimdir. Bu isə arvadımın avtoportretidir.
      — Güman edirik ki, sizin uşaqlarınız yoxdur. 

             *             *               *

     Dahi Pikassodan xəbər alırlar:
      — Sizin əsərlərinizin dahiliyi nədədir?
      — Mən daltonikliyim, çəpgözlüyüm, Parkinson xəstəliyim, müqəddəs Vittanın rəqsi və keflilik sindromum ilə… 

             *          *           *

     Pikassonun studiyasına milyoner xanım gəlir. Kubizm üslubunda çəkilmiş rəsmlə maraqlanıb soruşur:
      — Burda nə təsvir edilib?
      — 200 min dollar – deyə rəssam cavab verir.

      — Mən sizin portretinizi tamamlayıram – deyə Pikasso rəsmini çəkdiyi adama müraciət edir. — İndi isə ona oxşamağa çalışın. 

     Ana, sabah mənim yoxlama işim var!
      — Narahat olma oğlum, indi təkrarlayarıq. Almaniyanı paytaxdı?
      — Berlin.
      — Fransanın paytaxtı?
      — Berlin. Ana, bir qədər çətin suallar ver.
      — Polşanın paytaxtı?
      — Berlin.
      — Adolf, sən necə də ağıllısan.
 

6 şərh

Don_Elnur
Məhşur yox məşhur :)
Deha
Xüsusən axırıncı çox xoşuma gəldi
Ramil
Köçürmədir, redaktə edərkən baxmamışam.
Diamonds
Axırıncını daha çox bəyəndim.
imtogrul
axırıncı doğurdan gülməli idi))
Ramil
Şərhlərə görə hər birinizə təşəkkür edirəm.