Çoban və Alma ağacı

      Qoca çoban sürüsünü otarmaq ücün yaylağa çıxanda təpənin yanındakı alma ağacının altında dincələrdi. Hər gün ağacdan alma payını istəyər, bir az keçmiş ağacdan gözəl bir alma düşərdi. Çoban sədəf dəstəkli biçagı ilə almanı dilimləyib yeyər, sonra da babasından qalan Quranını oxumağa başlayardı. Çoban bu ağacı 20 il əvvəl əkmişdi. O,böyük güyümdəki su ilə dəstəmaz alar, sonra da qalan su ilə agacını sulayardı. Ağacın kökləri bəlkə də bu sulardan güc almış, qısa bir vaxtda bar verməyə başlamışdı. Çoban o vaxtlar gənc idi. Əlini uzadan kimi istədiyi almanı dərirdi. Ancaq aradan illər kecmiş, çobanın beli bükülmüsdü. Ağac isə boy atib ucalmışdı… Çoban onu balası kimi əzizləyərdi. Hər dəfə ağaçı oxşayar, ”Göndər bugünkü qismətimi”, — deyərdi. Ağacdan bir alma düşərdi… Kəndlilər uzaqdan bu mənzərəni görub heyrət edər, qoca çobanın kəramət sahibi olduğunu söyləyərdilər.        Bir gun yenə çoban namazını qılıb, bir az dincələndən sonra almasını istədi. Ancaq budaqlar dolu olsa da alma düşmədi. Çoban bir də dilləndi. Yenə alma düşmədi. Bir də… Çobanın gözləri yaşardı. Göz yaşları ağ saqqalını islada-islada ağacın altından uzaqlaşdı. Ağac ilk dəfə idi ki, onun sözünü “eşıitmirdi”. Yaşlı Çobanın beli həmişəkindən daha çox bükülmüşdü. Ayaqlarında taqət qalmamışdı. Qoyunlarını yığıb kəndə tərəf gedəndə məscidin minarələrindən qalxan əzan səsi sanki onu yuxudan oyatdı. Çoban elə bil təzədən doğulmuşdu. Uşaq kimi sevinirdi… Tez ağacın yanına qaçdi və ona sarılıb ağlaya-ağlaya “Canım-Gözüm, sən bu qoca çobanı bağışla. Axi niyə əvvəlcədən «demədin» ki, bu gun Ramazanın ilk günüdür?”...
 

3 şərh

asel
Gözəl  bir hekayə. Təşəkkürlər
imtogrul
Ramazan vaxtı yazılsaydı lap yerinə düşərdi
Ramil
Şərhlərə görə minnətdarlığımı bildirirəm.