Filosofların dedikləri

        Filosof Diogendən soruşurlar:
      — Səncə, nəyə görə insanlar əlillərə və dilənçilərə sədəqə verirlər, lakin imkansız filosoflara və müdrik adamlara yardım əlini uzatmırlar.
      Filosof cavab verir:
      — Çünki onlar bilirlər ki, istənilən an əlil və ya dilənçi ola bilərlər, lakin heç vaxt filosof ola bilməyəcəklər.

 

Filosofların dedikləri

      Aristoteldən soruşurlar:
      — Nəyə görə paxıllar həmişə dilxor gəzirlər?
      — Ona görə ki, onlar yalnız öz uğursuzluqlarından deyil, başqalarının uğurundan da əzab çəkirlər.

 

Filosofların dedikləri

 

      Bir dəfə qədim yunan filosofu Pifaqor gözəl geyimli bir gəncin söyüş söydüyünü görür. Filosof ona yaxınlaşıb deyir:

      — Cavan oğlan, ya geyindiyin kimi danış, ya da danışdığın kimi geyin.

 

Filosofların dedikləri

 

      Fransız mütəfəkkiri Fransua de Laroşfuko öz maraqlı və dərin mənalı kəlamları ilə yadda qalıb. Bu kəlamlardan birində deyilir: “Xeyirxah bir işi ürəkdən tərifləmək həmin işdə müəyyən dərəcədə iştirak etməyə bərabərdir”.

Filosofların dedikləri

 

       Aristippi bir nəfər təhqir edir. Aristipp cavab vermədən gedir. Söyüş söyən onun arxasınca qaçıb
        — Niyə cavab vermədin? Deyir:
      Aristipp isə cavabında deyir:
      — Sənin vəzifən söyüş söyməkdirsə, mənim susmaq hüququm var.

 

Filosofların dedikləri

 

       Bir məclisdə bir gənc Mehmet Akifi alçaltmaq istəyir:
        — Bagışlayın, siz baytarsız?
      Mehmet Akif sakitliyini pozmadan:
      — Bəli. Bir yeriniz agrıyır?

 

Filosofların dedikləri

 

      Komediyaçı Eddie Cortar-a:
      — Xəstələnincə nə etmək lazımdır? – deyə soruşulduğunda:
      — Mütləq həkimə gedin demiş. Çünki həkimin yaşamağı lazımdır. Verdiyi dərmanı da alın, çünki dərman satanların da yaşaması lazımdır. Lakin dərmanları əsla içməyə çalışmayın, çünki sizin də yaşamağınız lazımdır..

 

Filosofların dedikləri

      Sultan Alpaslan 27 min əsgəri ilə Bizans torpaqlarına yaxınlaşarkən kəşfə göndərdiyi əsgərlərindən biri təlaşlı bir halda gələrək.
      — 300 minlik əsgər bizə yaxınlaşır.
     Sultan Alpaslan sakit bir halda demiş:
      — Bizdə onlara yaxınlaşırıq.

       maraqdairemiz.wordpress.com

0 şərh