Unudulmuş Röya - Müqəddimə 2

Nəhayət, o, cavab verdi.Və dostu, həm də şəriki olan Edqar Veydermanisin tanış səsini eşitdi:

- Salam, Dronqo.

- Axşamın xeyir.Mənim qayıtdığımı haradan bildin? Sən, Cilə zəng etmişdin?

- Yox.Mən, sadəcə, sənin sürücünə zəng etdim və nə vaxt qayıdacağını öyrəndim.Sən heç əvvəldən sükan arxasında özün oturmağı xoşlamırdın axı.Lenya Krujkov isə sənin üçün STP (tərc.-sürücü-təlimatçı pultu) zalı sifariş etmişdir.

- Mən bunu bilməliydim, - deyə Dronqo narazılıqla qeyd etdi, - deyəsən, mən peşəmi itirməyə başlayıram.Əgər belə getsə, mən sürücümə də, Lenyaya da tapşırmalı olacağam ki, mənim qayıtmağımın vaxtını heç kimə deməsinlər.

- Heç kimə deməzlər, - Edqar incimədi. - Məndən başqa.Onlar bu fikirdədirlər ki, mən sənin hərdən etibar edə biləcəyin yeganə adamam.

- İnciməli bir şey yoxdur.Mən bunu ümumiyyətlə, gələcək üçün deyirəm.

- Mən isə ancaq sən haqda danışıram.

- Bilirəm.Bir şey olmayıb ki?

- Mən bu gün səni narahat eləməzdim, - Edqar dedi, - amma bu son günləri sənə zəng etməyimi məndən xahiş ediblər.Daha dəqiq desək, iki həftədir.Ancaq mən sənə İtaliyada olduğun vaxt zəng etmək istəmirdim.Sən onların yanına elə az-az gedib çıxırsan ki.

- Mənə zəng etməyini səndən kim xahiş edib ki?

- Anam...

- Onda bu ciddi məsələdir, - deyə Dronqo dərindən ah çəkib dəstəyi o biri əlinə aldı. - Sizdə bir çətinlik var?

- Yox.Şükür Allaha, hər şey qaydasındadır.Mənim xalam iki həftə bundan qabaq Riqadan bizə gəlmişdi.Ər tərəfdən qohumu olan bir qadını da özü ilə gətirmişdi.Özün bilirsən, biz sentimental adam deyilik, amma onların başına gələn bir əhvalat bizi ailəlikcə sarsıtdı...

- Mənimlə görüşmək istəyən həmin o qadındır?

- Hə.Çox istəyir ki, səninlə görüşsün.Artıq iki həftədir ki, qayıdıb gəlmək üçün mənim zəngimi gözləyir.

- O, Moskvada deyil ki?

- Yox.Riqaya qayıtdı.Amma onu vizası vardır.Əgər icazə versən, ona elə indi zəng edərəm və o, sabah gündüz burda olar.

Veydermanis bir anlığa duruxdu, sanki deyəcəyi sözü götür-qoy edirdi.Nəhayət, dilləndi:

- Onun demək olar ki, vaxtı qalmayıb.Məni başa düşürsənmi?

- O qədər də yox.Nə mənada deyirsən?

- O, xəstədir.Ağır xəstədir və ona təcili olaraq səninlə görüşmək lazımdır.O, bütün varlığı ilə inanır ki, təkcə sən ona kömək edə bilərsən.

- Edqar, nə olub belə? - deyə Dronqo heyrətlə soruşdu.

- Həkimləri qənaətinə görə, onun uzağı iki - üç ay ömrü qalıb.Bu da bədənin gücündən asılıdır.Buna görə də, onun üçün hər gün vacibdir.Amma mən belə bir xahişlə sənə İtaliyaya zəng edə bilmədim.

Dronqo dostunun nəzakətliliyini və onun təmkinini dəyərləndirdi.

- Yaxşı, - deyə razılaşdı, - sabah tanışını  səninlə birlikdə gözləyirəm.Bu qədər gözləməyə ehtiyac yox idi, gərək mənə zəng edib hər şeyi danışaydın.

Edqar susdu.O, artıq sözləri ümumiyyətlə, xoşlamırdı.Onun bu sükutu çox vaxt hər cür danışıqdan daha mənalı olurdu.

- Sağ ol, - deyə o, nəhayət, dilləndi və Dronqo dəstəyi yerinə qoydu.

O, qonaq otağına keçib televizoru qoşdu.Bir dəqiqə sonta xəbərlər başlamalı idi.Dronqo divanda əyləşərək başını arxaya söykədi."Hər şey telefon zəngi ilə başlanır", deyə o, növbəti dəfə düşündü...

Ardı var

Müəllif: Çingiz Abdullayev

Bədii əsər: Unudulmuş Röya

 

4 şərh

fidan
Arzt.hissələri çox kiçik qoyursan,bir az böyüt.
Hansı brauzerdə yazırsan bunları? Boş abzaslar bir az çoxdur. Artıq əsəri oxumağa başladıq.Tez onların hamısını yerləşdir.
Arzt
Yaxşı.Operada yazıram.Hansı məsləhətdi?
2ral
Arzt,Unudulmuş Röya bu bloqa üzv olun və əsərin hissələrini bu bloqda nəşr edin.
O ki,qaldı brauzerə, burada sonuncu hissədə qeyd edilib.
Arzt
Dediklərini etdim.Nəticə xoşa gələndi.