Unudulmuş Röya - II Fəsil

Dronqo zaponkanı nəzərdən keçirib onu qonağa qaytardı.
-Siz təsəvvür edə bilərsinizmi, intihar edən şəxs zaponkasının birini açıb tullayandan sonra özünü asıb? -deyə Liliya gözlənilmədən həyəcanla soruşdu. -Məni bu tapıntı əmin edir ki, həmin otaqda nəsə başqa bir hadisə baş vermişdir.Mən buna tam əminəm.Ola bilsin ki, onlar əlbəyaxa olublar, ya da Armand müqavimət göstərib və elə bu zaman da zaponka pəncərəyə sıçrayıb.Sonra isə pəncərəni bağlayıblar, hərçənd ki, polis heç bir iz tapmayıb.Heç bir iz başa düşürsünüzmü?Bunun özü də çox qəribədir.Əgər Armand pəncərəni açıbsa və otaqda yeganə adam olubsa, onda nə üçün tutacaqda onun barmaq izləri qalmayıb?Bu izləri kim silə bilərdi?Belə çıxır ki, otaqda başqa adam da olub.Kənar adam.
-Bəs əgər zaponka çoxdan qopub düşübsə və o da pəncərəni açmayıbsa? -deyə Dronqo fikrini bildirdi.
-Bu ola bilmədi, -Liliya bu qiymətli yadigarı çantasına qoyaraq etiraz etdi, -Armand hər səhər təmiz köynək geyinirdi və həmin gün də o, məhz bu zaponkanı seçmişdi.
-Bir dayanın, mən sizi o qədər də başa düşmədim.Bu mənzil sizinki olmayıb?İntiharın baş verdiyi evi deyirəm.
-Xeyr.Bu mənzil onun valideynlərininki idi.Nə yaxşı ki, onlar bu günəcən yaşamadılar!Armand mənzili yaxşıca təmir etdirib kirayəyə verməyə hazırlaşırdı.Beş otaqlı, iri, gen-bol mənzil idi.Onun atası şəhərdə tanınmış həkim idi, onun yanına hətta Moskva və Leninqraddan, bağışlayın, indiki Sankt-Peterburqdan da xəstələr gəlirdi.Onlar bu mənzildə ikisi yaşayırdı - Armand atasını erkən itirmişdi.Atasının mənzilini kirayə vermək ərəfəsində isə onun bütün əşyalarını bizim evə gətirdi, oranı Avropa stilində təmir etdirdi və bütün mebeli təzələdi.Bu, bütün Riqada məşhur olan bir malikanədir, aşağıda hətta konsyerj növbə çəkirdi.
-Konsyerj? -deyə Dronqo təəcceb etdi. -Deməli, o, həmin gün ərinizin yanına gələn adamı görə bilərdi.
-Gələn olmayıb, -deyə Liliya bir qədər sərt cavab verdi. -Bu növbətçini beş dəfə istintaq eləyiblər.Mən ona istənilən qədər pul təklif etdim ki, o, Armandın atası evində həmin gün hələ kimin olduğunu da desin.Amma o, məni əmin etdi ki, heç kim olmamışdır.Ərimin əməkdaşı olan qadından başqa bir nəfər belə.Konsyerj onula birlikdə yuxarı qalxmış və onlar uzun müddət qapını döymüşlər.Sonra isə konsyerj ehtiyat açarları gətirərək qapını açmışdır.Ərim açarları fəhlələrdən ötəri ona veribmiş.Təmir bitmək üzrə idi.Təkcə sanitar texnikası ilə bağlı işlər qalıbmış.
-Konsyerj, dediyiniz həmin o növbətçidir?
-Bəli.Nikolay Ryabov.Aşağıda oturan növbətçi.Qapını o açıb və ərimi onlar tapıblar.
-Bəs Ryabovun özünün bu işdə əli ola bilməz ki? -Dronqo maraqlandı. -Axı mənzilin açarları onda olub.O, işi intihar halına salıb sonra qapını bağlayaraq ərizin əməkdaşının gələcəyini gözləyə bilərdi.
-Bunu mən də belə hesab edirdim, -deyə qonaq etiraf etdi, amma o, bunu edə bilməzdi.Ryabov keçmiş dəmir yol əməkdaşıdır.O, hələ yetmış doqquzuncu ildə ayağının birini itirib.Şikəstdir.Belə bir adam Armandla bacara bilməzdi.Bu, mümkün olan iş deyil...
-Bəlkə o, açarı kiməsə verib və bu haqda müstəntiqlərə danışmağı "unudub"?
-Yox, -deyə Liliya dərindən köks ötürdü, stəkanı götürüb suyu birnəfəsə başına çəkdi.Stəkanı yerinə qoyaraq sözenə davam etdi: -O, daim öz yerində olmuş və heç yerə getməmişdir.Həmin o binada, Armandın atasının mənzilindən başqa daha səkkiz mənzil var.Səhərlər sakinlərə qəzet, məktub və başqa göndərişlər gətirilir.Ryabov da heç yana getməyib.Onu qonşulardan birinə məktub gətirən poçtalyonla kuryer görüblər.Ən dəhşətlisi isə odur ki, evin yaxınlığında, onun əllicə metrliyində içərisində iki zabit olan polis maşını dayanıbmış.Heç onlar da kənar adam görməmişlər.
-Çox ciddi məsələdir, -deyə Dronqo mızıldandı. -İcazə verin, sizin söhbətinizin qısa xülasəsini edim.Deməli, sizin əriniz o gün səhər zaponkaları taxaraq evdən çıxıb.Şəxsi açarı olan bu adam atasının mənzilinə yollanıb.Ryabov onun evə keçdiyini görübmü?
-Əlbəttə, görüb.Onlar salamlaşıblar.Ərim öz maşınını evin yaxınlığında saxlayıb.Elə buna görə də, əməkdaşı onun bu lənətə gəlmiş mənzildə olmasına əmin olub.
-Əməkdaşı onun mənzilinə niyə gəlibmiş?Bu görüş barədə qabaqcadan danışıblarmış?
-Hə, mənim yanımda danışmışdılar.Qadın onun köməkçisi idi.O, qonşu küçədə yaşayırdı və Armand ondan xahiş eləmişdi ki, bankdan ona hansısa bir məktubu gətirsin.Onun intihar etməsinə mənim heç vaxt inanmamağımın səbəbini başa düşürsünüzmü?Özünü asmaq fikrinə düşən adam köməkçisini yanına çağıra bilməzdi...
-Qadın ona nəsə vacib bir sənəd gətiribmiş?
-Bəli.Mən açıq danışmaq istəyirəm.Bank ərimin firmasının götürmüş olduğu iri məbləğli borcun ödənilməsini tələb edirdi.Onun bu məktubdan xəbəri var idi.Müstəntiq deyirdi ki, Armandın maliyyə problemləri var imiş, amma mən buna inanmıram.Sonra onun müavini bütün problemləri həll edə bildi və hətta dividentlərin bir hissəsini mənə verməyi də bacardı.Bütün bu illər ərzində mən bu pulla yaşamışam.Ya da guya yaşamışam...
-Əriniz ölümündən qabaq məktubda nə yazmışdı?
-Ancaq üç söz: "Çoz əfsuslar olsun".Və nöqtə.Başqa heç bir şey.Yalnız üçcə mənhus söz.Mən heç anlaya bilmirəm ki, o, belə ağlasığmaz bir addımı atmağa neçə qərar verə bilərdi.Heç bu günə kimi də buna inana bilmirəm.
Sükut çökdü.
-Bilirsiniz, mən müstəntiqin dəlilərini indi anlamağa başlayıram, -deyə nəhayət, Dronqonun mülayim səsi eşidildi. -Ərinizin gəldiyi evdə konsyerj olub.Yaxınlıqda poli zabitlərinin olduğu avtomobil dayanıb.Mənzilin qapısı qıfıllı olub.Ərinizin məktubunu tapiblar.Onun bəzi maliyyə çətinlikləri olub, ola bilər ki, cüzi, amma hər halda, olub.Üstəlik, patoloji anatomiya mutəxəssilərinin apardıqları ekspertiza...
-Bəs bu zaponka? -qadın birdən əsəbiliklə soruşdu. -Bütün bu illər ərzində inanılması mümkün olmayan bir işə mən də inanmaq istəmişəm.Amma bütün varlığımla əminəm ki, ərimi öldürüblər.Bütün dəlillərin ziddinə olaraq mən buna tamamilə əminəm.Səhər o köynəyini geyinib zaponkalarını düymələyib.Sonra atasının evinə yollanıb.Və birdən... zaponkalarını biri pəncərə altlığının arxasından çıxdı.Pəncərə isə bağlı idi...İndi mən dəqiq bilirəm ki, bu mənzildə kimsə başqası da olub.O, zaman pəncərəni bağlamış olan kənar bir adam.
Liliya boş stəkana baxdı və Dronqo onun xahişini gözləmədən yenidən stəkanı su ilə doldurdu.Lakin qadın suya əl vurmadı, baxışlarını mühasibinin üzünə zilləyib durmuşdu, sanki onun hökmünü gözləyirdi.
-Siz istəyirsiniz ki, mən hər şeyi yoxlayım? -Dronqo soruşdu. -Amma siz başa düşməlisiniz ki, o vaxtdan artıq çox illər keçib.Bu heç də asan iş deyil...
-Mən hər şeyi başa düşürəm. -Qadın əsəbi halda çantasını əllərində sıxırdı. -Bu barədə danışmaq mənim üçün ağırdır.Amma bu pullar mənə əsla gərək deyil.Belə dediyimə görə məni bağışlayın.Bizim Armandla övıadımız yoxdur.Onun birinci nigahdan olan bir qızı var və mən pulların yarısını ona göndərdim.Qalan məbləği qanorar kimi sizə verməyə hazıram.Mənim sizdən yeganə xahişim odur ki, ərimi qətlə yetirən adamı tapasınız.Görəsən, bu dəhşətli cinayəti kim törədib məni bu dünyada tək qoydu?Nə qədər acı olsa, belə, mən həqiqəti bilmək istəyirəm.Sizdən də xahişim budur ki, mənə kömək edəsiniz...Mənim elə də çox ömrüm qalmayıb, vaxtım da yoxdur, -deyə o, əlavə etdi.
Araya yenidən ağır bir sükut çökdü.Edqar Dronqoya baxmamağa çalışırdı.Deyəsən, qarşıdakı axtarışların nəticəsizliyini o, Liliyadan daha yaxşı dərk edirdi.Armand Kraulinin ölümündən on bir il ötəndən sonra qarşıda onun qatilini tapmaq məsələsi vardı.Bu əməli cəhətdən mümkün deyildi.Liliyanın xahişindən nəzakətlə imtina etmək lazım idi.Dronqo qarşısındakı qadına baxır və düşünürdü.Onun xahişindən imtina etmək zavallının tamam axırına çıxmaq demək idi.O, buraya son ümidlə gəlmişdi.Dronqonun yadına başqa bir qadın düşdü, o da Latviyadan idi, onunla Sevilyadan tanış olmuşdu.Həyatının Sevilyaya qədər və ondan sonra olmaqla iki yerə parçalandığı gənc, gözəl bir qadın.Əgər bu gün o, qonağının xahişini rədd etsə, onda bu bədbəxtin heç bir şansı qalmır.Onun başqa bir ekspert axtarıb tapmaq üçün vaxtl da həmçinin.Sadəcə, ona inanan olmayacaq.Bəlkə də, ola bilsin, pula görə işi boyuna çəkən bir avara tapıldı, amma o da bu yazığın ömrünə lap az qaldığını başa düşüb işi uzada bilər...

Müəllif: Çingiz Abdullayev



Bədii əsər: Unudulmuş Röya

0 şərh