Maraq dairəsi (şeir)

Mən xoşbəxt olardım uça bilsəydim!
Mən xoşbəxt olardım-xəyallarımı
Gecəyə döndərib uça bilsəydim.
Mən xoşbəxt olardım-bu qollarımı
Bi gün qanaq kimi aça bilsəydim.

Quşlar var dənizin üstüylə uçur,
Quşlar var ölkədən ölkəyə yolu.
Quşlar var soyuqda, istidə uçur,
Quşlar var...
Göy üzü quşlarla dolu.
Razıyam,-mən olardım
Ömrü bircə yaz
Bir kövrək kəpənək olsaydım barı.
Bir təbəssüm kimi çəkiləndə yaz
Töksəm də yarpaqtək o qanadları-
Mən xoşbəxt olardım uça bilsəydim
 

0 şərh