Hippokrata rəhmət oxuyanlar.

«Həkimlik çox gözəl peşədir. Bununlar həm pul qazanırsan, həm insanları sağaldırsan. Lakin Azərbaycanda həkimlərin əksəriyyəti 1-ciyə o qədər alüdə olub ki, 2-ci yaddan çıxıb. Bəli, bir çoxunuz deyəcək ki, həkimin maaşı azdır ona görə onu qınamaq olmaz. Amma bir dəqiqə… Müəllim rüşvət alır, tələbə qiymət. Nəticə: Heç kəs ölmür. Sahibkar gəlirini gizlərdir, dövlətə vergi vermir. Nəticə: Heç kəs ölmür.  Həkim rüsvət istəyir...bağışlayın, hörmət, xəstədə pul yoxdur. Xəstə ölür. Söhbətimizə heç bir dəxli olmasa da, deyim ki, Azərbaycanda tibbi xidmət pulsuzdu. Hə mövzudan uzaqlaşmayaq.» Çox qara fikirli sözlərdir, elə deyilmi?
İndi adamın üstündə Allahı var — rəsmi statistikaya görə Azərbaycanda xərçəng xəstəliyindən sağalanlar çoxdu. Hətta biz bu sahədə 1-ci yerdəyik. Bəli, bəzi qara qəlbli insanlar fikirləşə bilər ki, həkimlərimiz xəstəyə səhv diaqnoz qoyur, onu əməliyyat eliyir, onu şikəst eliyir sonra da deyir ki, mən xəstəni xərçəngdən sağaltdım. Həqiqətən də Azərbaycanda tibb çox inkişaf edib. O qədət inkişaf edib ki, artıq həkimlər UZİ-nin, KT-nin nəticələrini qəbul etmir. Müasir texnika artıq bizim həkimlərimizlə ayaqlaşmır. Bizim həkimlər o qədər qəlbi təmiz insanlardı ki, hətta öz sahəsi olmayan xəstəlikləri də müalicə etməyə çalışır.

Bir az da gələcəkdə həkim olmaq istəyən gənclərimizdən danışaq. Onların həkim olmaq həvəsi o qədər çoxdur ki, hətta 5 almaq üçün 500 AZN də verməyə hazırdılar. Fikirləşəndə ki bu tələbələr gələcəkdə insanları müalicə etmək üçün nələrdən keçəcək, insanı fərəh hissi bürüyür. Söhbətimizə heç bir dəxli olmasa da deyim ki, 500 AZN oxumaq üçün yox, oxumamaq üçün verilir. Əlbəttə bizim də universitetdə ATU-nun həyəti kimi həyət olsaydı, mən də günümü otun üstündə keçirərdim. Əşi oxumaqla işləmək olmur ki, əsas təcrübədi. İşləyəndə öyrənəcəm də. Birini öldürəcəm, ikisini öldürəcəm, üçüncünü sağaldacam da. Yenə mövzudan uzaqlaşdıq. Amma adamın üstündə Allahı var, tibb tələbələri tələbə olarkən də təcrübə keçməyə meyilləri var. Buna sübut kimi ATU-nun tualetində tapılan iynələri göstərmək olar. İndi bəzi qara qəlbli insanlar bunun narkomaniya əlamətləri olduğunu fikirləşəcək amma bu belə deyil.

Bu günlük bu qədər. Yazdıqca hiss edirəm ki, mövzudan yayınıram. Unutmayın, əsas odur ki, insanın ürəyi təmiz olsun (EKQ bunu təkzib etsə də).

13 şərh

Leyla
Cəmiyyətdən narazı olanların siyahısına biri də əlavə olundu=) +1
r9perviz

Vuqar cəmiyyətdən yox, həkimlərdən narazıdı :)

Əliyev
hər il ABŞ-da tibbi səhvlərə görə 98 min insan ölür. Ekspertlərin hesablamalarına görə, dünyada 1 milyon 400 mindən artıq insan stasionarda qazanılmış infeksiyadan əziyyət çəkir.  Böyük Britaniya Milli Agentliyinin dərc edilmiş məruzəsinə müvafiq olaraq 2005-ci ildə Britaniya həkim və tibb heyətinin buraxdığı səhvlər nəticəsində 526 min 599 xəstə zərər çəkib. Rusiya Tibb Assosiasiyasının Sankt-Peterburq şöbəsinin məlumatlarına görə, müalicə nöqsanları səbəbi ilə xəstələr tərəfindən tibb müəssisələrinə qarşı məhkəmə iddialarının sayı 1997-ci ildən 2001-ci ilədək iki dəfə artıb. 
Bu faktları oxuyandan sonra şükür edin.
Türkəl
Valideyni həkimlərin səhvi ucbatından vəfat etmiş adam üçün bu faktların milyonu da şükür etməyə əsas verməyəcək.
Öz adımdan danışıram.
r9perviz
Doğru sözə nə deyəsən…
Voogar
Başqa ölkələrdəki negativ faktlar bizə pozitiv heçnə vermir.
papatürk
Həkimlərə böyük hörmətim var.Amma pis halları da qeyd etmək lazımdır. Bir həkim xəstəni başqa həkimin üzərinə əlavə analizlər üçün göndərir,o da digər həkimin üzərinə və beləcə zəncirvarı struktur  yaranır.Nəticədə qaraciyərində problemi olan xəstə bütün həkimləri gəzir. Külli miqdarda pulu gedir.Pul bir yana qalsın. Bütün həkimlər müxtəlif reseptlər təyin edir ki hamısının qəbulu orqanizmə ziyan verir.Xəstinin pulu da gedir,canı da.
nərgiz
hətta kişiləri ginekoloq yanına göndərməyə çalışan həkim haqqında da eşitmişəm.
r9perviz
Bir nəfər həkimə gedir, həkim ona resept yazır, həkimdən çıxandan sonra gedir aptekə, dərman alır, evə gələn kimi də bütün dərmanları zibil qabına atır. Həyat yoldaşı ondan niyə belə etdiyini soruşanda cava verir ki: Həkimə getdim ki, həkim yaşasın, dərmanları aldım ki, aptekçi yaşasın, dərmanları atıram ki, mən yaşayım…
nərgiz
Başqa sahələrdə olduğu üçün həkimlər də öz aralarında mafiya qurublar. «Xəstəgöndərmə zənciri» bu mafiyanın əsas hissəsidir.Amma vicdanlı həkimlər də az deyil.
Rovsen
«Xəstəgöndərmə zənciri» maraqlı sözdür.
Aynur
Orta əsr Suriya təbiblərindən olan Əbdulfərəc öz xəstəsi ilə belə bir söhbət etmişdir: «Bax bu otaqda 3 şəxs var — sən, mən, bir də xəstəlik. Əgər biz səninlə birləşsək, sən mənim tərəfimdə dursan, xəstəliyi məğlub edəcəyik. Buna mənim şübhəm yoxdur. Ancaq sən xəstəliyin tərəfinə keçsən, onda mənim vəziyyətim çətin olar!»
İndi siz orta əsr həkimi ilə müasir həkimlərin çoxunu müqayisə edin.Müasir həkimlərin çoxu xəstəliklə bir yerdədir.
Türkəl
Vüqarın bu sözləri yazmağının səbəbi var idi. Həkimlərimizin "əməyi" sayəsində ağır və nadir xəstəlikdən əziyyət çəkən Vüqarın ürəyinə virus düşüb və onun müalicə şansını azaldıb. Hazırda İranda müalicədən keçir. Əməliyyat və müalicə prosesi çoxmərhələli və qiymətlidir. Bu barədə Kayzenin facebook səhifəsində məlumat ala billərsiniz.