Ayıb olmasın!

Xalqımızın milli, mənəvi və mental dəyərlərinin zənginliyini nəzərə alaraq bu günkü yazımı ayıblara həsr etmək qərarına gəldim.

>Hamı razılaşar ki, xalqımızın ən dəyərli dəyərlərindən ən dəyərlisi utancaqlıqdı. İndi bəzi qara qəlbli insanlar deyəcək ki, XXI əsrdə yaşayırıq, nə utancaqlıq. Amma əminəm ki aşağıda yazacağım nümunələr fikrinizi dəyişəcək.

Həmişə böyüklərimiz bizə nəyinsə ayıb olub olmadığını deyir. Bəzi geridə qalmış xalqlardakı kimi nəyin doğru nəyin yalnış olduğunu demirlər.

Məsələn, hamilə qadlna "hamilədir", "uşaq dünyaya gətirəcək" və "doğacaq" kimi ifadələr işlətmək ayıbdır. Ən azından bizə uşaqlıqdan bunu öyrədirlər. Amma hər hansı bir qadının əri ilə olan münasibəti haqda həyətdə oturub tum yeyə-yeyə müzakirələr aparmaq ayıb deyil. Digər bir misal, bir atanın qızının başqa oğlanla söhbət eləməsi ayıbdır, amma həmin atanın öz qızını varlı bir oğlana ərə verməsi ayıb deyil. İndi bəzi qara qəlbli insanlar bunun öz qızını satmaq olduğunu deyəcək. Amma bu belə deyil, ata da öz qızının gələcəyini düşünür. Sonra, toya qədər qızla oğlanın görüşməsi ayıbdır, amma toy gecəsi elliklə yeni həyat quranların yataq otağından xəbər gözləmək ayıb deyil. (Mövzudan uzaqlaşıramsa, xəbər eliyin). Daha sonra, şortikdə gəzmək ayıbdır, amma söyüş söymək yox, atanın yanında siqarət çəkmək ayıbdır, amma atanın pullarıyla barda qızla əylənmək yox. Öz bacının internətdən istifadə etməsi ayıbdır, amma başqasının bacısının istifadə etməsi yox. Və ən nəhayət! Fahişəlik etmək ayıbdır, amma şəriyyət qanunlarına uyğun siğə etmək deyil.
milli mentalitet
Bu cür mental dəyərləri olan xalqın gələcəyi çox parlaqdır. İndi bəzi qara qəlbli, müasirlikdən dəm vuran insalar bunların mənəviyyatsızlıq olduğunu deyəcək amma  biz azərbaycanlı olaraq bu dəyərlərə sahib çıxmalıyıq. Mənfi cəhətlərimiz də yoxdur deyil. Məsələn avtobusda böyüklərə və qadınlara yer vermək. İnanırsız Avropada belə şey yoxdur. Çox şükür ki, artıq bu cəhət də yavaş-yavaş aradan qaldırılır. Gənclərimiz artıq yer vermirlər. Mənə həmişə maraqlı gəlib ki, bu qədər gözəl mental dəyərləri olan cəmiyyətimizdə necə belə mənasız adətlvar. Axı mən niyə başqasına yer verməliyəm? Nəisə, deyəsən yenə mövzudan uzaqlaşdım. 

Unutmayın! Əsas odur ki, insanın ürəyi təmiz olsun. (Mənəviyyatı olmasa da)
 

44 şərh

r9perviz
Yaman kinayəli yazırsız ha :)
Türkəl
Doğrudan da toy gecəsi məsələsini başa düşmürəm. Uşaqlıqda fikirləşirdim, böyüyəndə mənə çatacaq, amma hələ də çatmır. Qəbilə qanunları günümüzə necə gəlib çıxıb.......?
papatürk
Görünür,siz Yaponiya haqqında oxumamısınız. Yaponiya bayrağı:)
Türkəl
Fikirləşmirdim Yaponiya bayrağı zarafatını çox adam başa düşəcək. Yaponiyada da belədir?
Voogar
Xahiş edirəm, bu qədər qara fikirli olmayın, Pərviz. :)
r9perviz
Qara fikirli deyiləm, amma belə kinayəli yazmayın da, ayıbdı axı :)
Voogar
Kinayəli yazmaq məni narahat etmir. Siz onu deyin mənə- mövzudan uzaqlaşmıram ki? :)
r9perviz
Yox, hələ ki mövzu daxilində yazırsız :)
bankir
rejissor Ələkbər Muradovun mentalitet haqda dediyi qəşəng bir söz yadıma düşdü: «Sovet dövründə mentalitet sözü yox idi, amma mentalitet var idi. İndi isə mentalitet sözü var,amma mentalitet yoxdur»
kulturoloq
Çox hörmətli bankir mentalitet sözu Sovet dövrundən əvvəl yaranmışdır.Ola bilər Sovet imperiyasında istifadə edilməyib.Beləki1856-ci ildə ,Amerikan filosofu R.Emerson «mentallıq» anlayışını dəyər və həqiqətlərin ilkin mənbəyi olan ruhun, mənəviyyatın metafizik əhəmiyyəti haqqında təhlillərində tətbiq etməklə, bunu elmə gətirmişdir. Bundan sonra kulturologiyada bu mədəniyyət tipi tədqiqat obyektinə çevrildi
Gunay
duzu main point mene catmadi, :((:))) indi bu ayiblarin hamisinda sence ayibliq yoxdu? :)))
r9perviz
Günay xanım, zəhmət olmasa azəri şriftlərindən istifadə edərək yazın. Birazdan administrasiya bu barədə sizə xəbərdarlıq edə bilər.
Gunay
çox-çox üzr istəyirəm, qaydalarla hələ tanış deyiləm, xəbərdarlığa görə təşəkkürlər.
Tomris
Avtobusda qadınlara yer vermək çox yaxşı adətdir. Avropada bu yoxdursa o demək deyil ki bizdə də olmamalıdır.Avtobusa minən kimi oğlanın duraraq yer verməsindən gözəl nə ola bilər?
Əliyev
Siz qız olduğunuza görə sərf edir bu adət.
gypsyyy

Amma mən düşünürəm ki, bir qız gələndə oğlanın ayağa durmaması (və yaxud da bizdən yaşca böyük kəslər mindikdə) o oğlan haqqında dərhal mənfi rəy yaratmalı deyil. O insan elə yorğun ola bilər ki ayaq üstə getməyə halı olmaz, məndə bu hallar çox olub, işdən arğın yorğun qayıdıram, məndə bu avtobusa pul verirəm bu yolu gedirəm və mən bu 40- 45 dəqiqəlik yolu oturmaq istəyirəm. Həmin insan tələsmirsə növbəti marşrutu gözləyə bilər. O hallarda ola bilər ki nə qədər də yorğun olsam nənəm babam yaşımda birisi gəldikdə dururam.


Belə hallarda dərhal: gör, nə qədər mədəniyyətsizdir, ailə tərbiyəsi görməyib filan kimi sözlər işlətmək lazım deyil.

Türkəl
Müəllif əslində bunu vurğulayır, yaxşı adətlər var, lakin onlar da "ölmək" üzrədir…
Leveller
Siz bütün başa düdüyünüz fikirləri 1-1 180 dərəcə fırladın, onda başa düşəssininiz.
Ferbara
Düzü mən elə də xoşlamıram oğlanların qızlara səbəbli, səbəbsiz yer verməsini.
Bella
fikirlərinizlə razıyam. ancaq hər halda zina etməkdənsə şəriyət baxımından siğə halaldır.
r9perviz
islamda siğə deyiləm bir şey yoxdu.
Voogar
Bu dua oxuya-oxuya spirtli içki içmək kimi bir şeydir.
Bella
Yaxşı islamda yoxdursa nəyə əsaslanaraq siğə edilir?
r9perviz

Mənə də elə burası maraqlıdı.

Bilici

islamda yoxdu


hər bir insanda olduğu kimi müsəlmanda da nəfis var


həmin nəfsin istəyi islama calanır


kimin xoşuna gələr ki anasını, bacısını siğə etsinlər

Bella
bilirsiz bu məsələdə cox mübahisələrlə qarşılaşmışam. bunun üçünde araşdırmışam. H.Muhəmməd(s)-ın dövrundə mövcud olub. Lakin Xəlifə Əbu Bəkir öz dövründə qadağan etmişdir.
Türkəl
Məndə olan məlumata görə buna müharibə dövrü əsgərlərin homoseksual cinsi əlqəyə girməsinin qarşısını almaq üçün icazə verilmişdir. Bu vəziyyətdən çıxış yolu kimi qəbul olunub. Sonra yenidən qadağan olunub.
Sufi
Əvvəla Əbu Bəkrin dövründə yox,Ömərin dövründə. İkincisi də siğə müasir formada pulla intim xidmətdən istifadədir(möhrə deyirlər səhv etmirəmsə).Bu da fahişəliklə çox oxşardır.
Bella
bəli özünüzdö dediyiniz kimi müasir formada
Voogar

Əgər bir insanı öldürürsünüzsə, fərqi var onu balta ilə yoxsa dərman ilə öldürürsüz?! Fahişəlik və siğə də bunun kimi.

Rovsen
Fərq odur ki balta ilə öldürəndə cinayət sayılır.
Fahişəlik və siğə eyni şey olsaydı adları eyni olardı.Mən bu sahədə ekspert deyiləm. Amma əgər peyğəmbər zamanında olubsa deməli onda fayda olub.
Voogar
İnsan öldürmək istənilən halda cinayətdir.
Silen_ce
Bir insanı öldürmək bütün bəşəri öldürmək kimidir
nərgiz
toya qədər qızla oğlanın görüşməsi ayıbdır, amma toy gecəsi elliklə yeni həyat quranların yataq otağından xəbər gözləmək ayıb deyil. (Mövzudan uzaqlaşıramsa, xəbər eliyin)
Uzaqlaşmısan,saxla:)
CRIXUS
duzgun yazi deyil mence...barda gizla eylenmek..bu cur yanawmag lazim deyil...o geder global problemler var ki..onlar duzelsin..bunlar da bow weylerdi.coxu...azerbaycanda…
2ral
Hər şeyə dözərdim,yazını translitlə yazmağınıza da.Amma ölkənin adını kiçik hərflərlə yazmağınıza yox. -1
CRIXUS
olkeni kicik herflerle yazmag sohbetine gedib cixsag,,,belke de men sizden gat-gat cox vetenperverem...belke de yox..cox guman ki...translit o bu...bele weyler evezine daha maragli rey yazmag olardi…
Yucin
Biz şərqlə qərbin arasında qalmışıq bilmirik neynəyək. Ne onnanıq nede bundan. Hələ tam seçim edə bilmemişik bu vaxta qədər.
Vusal88
qərb+şərq=qərq. Yəqin biz qərqdəyik.
BaKiNeC

Salamun eleykum.men bu saytda cox olmuwam.daim izlemiwem.amma istifadeci kimi qeydiyyatdan kecmemiwem.Amma yazilan bezi yazilar ve fikirler  meni bugun  qeydiyyatdan kecmeye vadar etdi.duzdu yazilan butun fikirlere hormetle yanawiram.Bu yaziyasa werhim beledi ``Unutmayın! Əsas odur ki, insanın ürəyi təmiz olsun. (Mənəviyyatı olmasa da) `` Eger bir insanin meneviyyati yoxdursa onun ureyinin temizliyinden hansi sohbet gede biler axi?!bir meclisde oturub araq icir kimse tost deyir elinde haram buyrulmuw bade ici dolu werabla sora diyirki `ALLAH bagiwlayar meni` Esas odurki ureyim duz olsun!!!!`ve yaxud diger misallar.Men bununla hec kimi tehqir etmek istemirem.sadece dimek istediyim budur ki fikir yazarken o fikrin arxasinda hansi munasibetin oldugunu duwunmek lazimdir.Buqeder.Hormetle BaKiNeC...

Kor Zabit
Əvvəla xoş gəlmisiniz, sizin fikirinizlə tam razıyam, amma camaatı da qınamıram, belə şeylərin çoxu cahillik və savadsızlığın nəticəsidir. Bəzi insanlarımız faydalı ve xeyirli işlərlə məşğul olmaqdansa mənasız və günah əməllərlə məşğul olurlar, və sonda hər şeyi "ürəyin təmizl olması" fikrinin üstünə yıxırlar. Ancaq yaxşıkı hələdə çoxlu sayda sağlam düşüncəli və savadlı gənclərimiz var.

P.S. gözün kor olmasının bir əhəmiyyəti yoxdur əsas odur ürəyin təmiz olsun :)
Voogar
Mənim bu postumun kinayə ilə yazıldığını başa düşmək bu qədər çətindi? :)
kulturoloq
Mövzu özluyundə aktuallığ kəsb edir.Amma orda milli mentalitet anlayışına çox tənqiq yanaşılmışdır
Voogar
Mənim bu postumun kinayə ilə yazıldığını başa düşmək bu qədər çətindi? :)