İlahi fəlsəfə

Həzrət Əliyyibni Musər-Rizanın (ə) buyuruqlarında əqlin üstünlüyü və düşüncəyə təşviq
Qurani-kərimdə buyurulur ki, insanın yaradılışında əsas məqsəd ibadətdir.(“Zariyat” surəsi, ayə 56) Abid insan yaranış məqsədinə çatmış kəsdir. Əksinə, haqqı inkar edən və cinayətkar insan at oynadan əlacsız kimidir – o nə bir minik saxlamış, nə də məsafə qət etmişdir. İbadətin mərtəbələri vardir.Onun ən uca mərtəbəsi əşyaların mahiyyətini araşdırmaq, onların yaradılış və tədbir səbəbləri haqqında düşünməkdir. Necə ki, Həzrət Riza(ə)buyurur: “İbadət namaz və orucun çoxluğunda yox, uca ALLAHın işləri barədə təfəkkürdədir.
”(“Musnədi- İmam Rza (ə)”, c.1, səh. 3) Çünki məbud barəsində təfəkkür öz-özlüyündə əməli ibadəti arxasınca gətirir. Amma bu elm və onun arxasınca gələn əməl eyni dərəcədə qiymətli deyil. Çünki elm bünövrədir, əməl isə onun budağıdır.Elm Tuba ağacıdır, ibadət onun cismani meyvəsi. Necə ki, Həzrət Riza(ə)buyurur: “Elm qəlbləri cəhalətdən bayıra çıxarıb, onlara həyat bəxş edir və gözləri qaranlıqdan çıxarıb, onlara nur verir. Elm bəndələri zəiflik və bacarıqsızlıqdan azad edir, onlara güc bəxş edir. Elm bəndəni ləyaqətlilərin məqamına, yaxşı adamların məclisinə, dünya və axirətin ali dərəcələrinə çatdırır.”(“Musnədi-İmam Riza(ə), c.1, səh. 7) Elmi müzakirə oruc tutmağa, elmin tədrisi namaza bənzəyir. Elm vasitəsilə ALLAHa ibadət və itaət olunur. Elm vasitəsilə həqiqi sileyi-rəhm (yaxınları yoxlamaq), halal və haram tanınır. Elm əməlin təşəbbüsçüsü (qabaqcılı), əməl onun ardıcılıdır. Xoşbəxtlər elmdən bəhrə götürür, bədbəxtlər ondan məhrum olurlar. Xoş o adamın halına kı, ALLAH ona elmin bəhrəsini haram etməmişdir. Elmin gözəlliyinin bəyan səbəbi budur ki, insan vücüdunun əsası onun ağlıdır və elm insanın ağıllı olması səbəbidir. Buna görə də insan səadətinin əsası elmdir - elə bir əsas ki, insan ona çatmaladır. Necə ki, Həzrəti Riza (ə) buyurur: ”Elm insanın itirdiyi, vilayət bağında gizlənmiş həqiqətdir. Bu səbəbdən mömin itirdiyini tapmaq üçün o bağa getməlidir.”(“Musnədi-İmam Riza”, səh. 6) Yenə Həzrət Riza(ə) buyurur: ”ALLAH rəhmət etsin o kəsə ki, bizim əmrlərimizi canlandırıb.” Həzrətə ərz olundu: “Sizin əmrlərinizi necə canlandırmaq olar?” Həzrət Rza (ə) cavabında buyurdu: ”O kəs ki, bizim elmlərimizi oxuyub-öyrənə və onu camaata öyrədə, bizim əmrlərimizi canlandırmışdır. Çünki insanlar bizim sözlərimizdən xəbərdar olsalar, mütləq bizə itaət edəcəklər”(“Musnədi-İmam Riza”, c. 2,3, səh. 6) Bu hədisdə elm dedikdə ALLAH, Əsmaul- hüsna, mələklər, ilahi kitablar və onun peyğənbərləri haqqında elm nəzərdə tutulur. Həmçinin ALLAH-ın ”əvvəl”,”axır”, ”zahir” və ”batin”olmasından agahlıq bu elmdəndir. Elm ALLAh-ın hökm sahibi olmasını, bütün insanların qaydışının ona doğru olduğunu bilməkdir. Demək, bu məlumatlardan başqa nə varsa elm sayılmır. Çünki elm üç qismdir:
1. ALLAHı tanıma elmi; 
2. Əxlaqın təmizlənmə və islahı;
3. Şəri hökmlər
Məsum imamların əmrlərinin canlandırılmasında məqsəd budur;
İmamlardan bizə çatmış əsasları tanıyaq, başa düşək, onların budaqlarını və nəticələrini artırıb-əskiltmədən anlayaq. Demək, pak İmamların əmrllərını diriltmək yalnız onların sözlərini rəvayət etmək, onları bir yerdən başqa yerə köçürmək deyil. Necə ki, Həzrət Riza (ə) buyurur: ”Hədisləri dəqiq dərk edin, onları yalnız rəvayət etməyin. Bir hədisi dərk edib-anlamaq min hədisi rəvayət etməkdən daha yaxşıdır.”(“Musnədi-İmam Riza, səh.8)
ALLAHın işləri barədə təfəkkürü Həzrət Riza(ə) ibadətin əsli və məğzi adlandırır. Bu təfəkkür o zaman gerçəkləşir ki, ALLAHın “ənfusi” ayələri ilə bərabər onun digər ayələri tanınsın və bu yolla ALLAHın əmrləri aydın olsun. Az bir say uca ALLAHın övliyalarını onun öz vasitəsi ilə tanıyırlar. Bu cəhətdən onların tanınması üçün ənfusi ayələrə ehtiyac yoxdur və ondan başqasını da onun öz vasitəsilə tanıyırlar. ALLAHa nisbətdə onların tanınması ondan başqa bir şey vasitəsilə mümkünsüzdür. Çünki ALLAHa məxsus olan parlaqlıq heç bir şeydə yoxdur. Elə bir şey yoxdur ki, onun işığında ALLAH zuhur etsin. 
Mühüm odur ki, ALLAHa çatmaq üçün nəfsi tanıma yolu ən yaxşı yoldur. Necə ki, Hezrət Riza buyurur: ”O kəs ki, öz nəfsini hesaba çəksə, xeyir tapar və o kəs ki, nəfsindən qafil qalsa ziyan görər. Ən yaxşı ağıl odur ki, insan öz nəfsini tanıya.”(“Musnədi-İmam Riza”, c.1, səh. 302,304) Çünki zati sifət və əfal cəhətdən nəfsi tanımaq, ALLAHı tanımaq üçün yolaçan nərdivan kimidir. Ənfusi ayələri tanımaq yolu ilə ALLAHın işində təfəkkür, başqa əmrləri tanıma yolu ilə Onun işində təfəkkürdən daha yaxşıdır. Necə ki, nəfsi tanıyaraq itaət, başqa işlərə nisbət itaətdən daha yaxşıdır.
Əmrləri tanımada yeganə meyar, birinci zəruri elm, ya bədihi elmdir. Yəni bu elmi tamamlayan bir şey. Bədihi elm yalnız əql yolu ilə tanınır. Hiss və təcrübənin, nəql və rəvayətin onun tanınmasına rolu yoxdur. Həqiqi mərifət, xalis bir əqlin girovundadır. Bu barədə İBN SİKKİT HƏZRƏT RİZAdan (ə) soruşdu: “Bu gün ALLAHın xalqa höccəti nədir?” HƏZRƏT buyurdu: ”Ağıldır!Onunla düz danışan insan tanınır, onun doğruluğu sübut olur, həmçinin onunla yalançı tanınır, onun yalanı sübut olur.” İBN SİKKİT deyir, ALLAHa and olsun ki, bu tam bir cavab idi.” (“Kafi”, c.1, səh. 25, “Əql və cəhl” kitabı, c. 20) Çünki tək ALLAH, Əsmaul-hüsna,rübubiyyət və hidayət kölgəsində sadiq peyğəmbəri yalançı peyğəmbərdən seçmək olur. Amma ALLAHı tanıma yalnız xalis, pak və saf burhani (analitik) ağlın bərəkətindəndir. Çünki hissin ALLAHı tanımaq bacarığı yoxdur. Çünki O elə bir mövcuddur ki, gözlərdə onu dərk etmə bacarığı yoxdur. Bununla ki, O bütün gözləri görür. ALLAH lətif və xəbirdir.
Təfəkkür bəzən zənn və şübhə ilə birlikdədir, bəzən isə yəqin zirvəsinə çatır. İlahi maarifdə isə zənn qəbul edilmir. Zənn və güman insanı həqiqətə çatdırmır. Çünki güman nadanlığla birlikdədir və cəhalət yəqini tapmağa maneədir. Etiqadda yalnız yəqin etibarlıdır.
Hər bir əqidənin özünəməxsus prinsipləri və mənbələri vardır. O əsaslar ki, əqidənin həqiqilik zəminəsini hazırlayır, o, xüsusi əqidədən başqa, hər şeyin həqiqiliyinin qarşısını alır. Bu cəhətdən əqidənin yaranışında icbarın təsiri yoxdur və heç bir əqidəyə zənn və güman dairəsinə tabeliklə çatmaq olmaz. Əqidəni tapmağa kömək edən yalnız və yalnız əqli dəlillər yolu ilə yaranan yəqindir. Beləliklə yəqinə çatmaq, əqlin tərəzi girovundadır. Bu cəhətdən insanları yəqin dərəcəsinə çatmaq üçün təşviq həqiqətdə onları düşüncəyə təşviq etmədir. Həzrət İmam Riza (ə) buyurur: ”Yəqin mərtəbəsi təqvadan bir dərəcə üstündür və camaat arasında ən az paylanmış ruzu yəqindir.”(“Musnədi-İmam Rza(ə), c.1, səh. 258) Yəqin və yəqin əhlinin az olmasının sirri odur ki, camaatın çoxunun istinadı hisslərədir.Yəni onların dərrakə dairəsi hissi əmrlərdə məhdudlaşmışdır. Aydındır ki, hissin, qeyb və qeybi işləri dərketmə qabiliyyəti yoxdur. Necə ki, hissiyyata qapılan insanların qeybi maarif əldə etmək bacarıqları yoxdur. Həmin səbəbdəndir ki, Həzrət Riza (ə) buyurur: ”ALLAH adəm övladlarına yəqindən uca bir şey əta etməmişdir.”(“Musnədi-İmam Riza (ə), c.1, səh. 284). Demək, hər kəs yəqin məqamına çatsa, əlində öz ALLAHından parlağlıq nişanəsi var.Yəqin əhlində elə bir nemət var ki, ondan böyük nemət yoxdur. O kəs ki, yəqindən bəhrələnməyib, azğınlığ, həlakət və şəkdə batmışdır. Buna görə də o vaxta qədər ki, Mutəal ALLAHın əmrləri barədə təfəkkür etməyib və yəqinə çatmayıb, onu hər şey Mütəal ALLAHı yad etməkdən saxlaya bilər. Bir nəfər Həzrət Rizadan (ə) rəzil yol azanlar barəsində soruşduqda, cavabında İmam belə buyurdu: ”Hər kəsdə onu ALLAHı yad etməkdən qaflətdə saxlayan bir şey var.”(“Musnədi-İmam Rza(ə), c.1, səh. 285)
Deyilənlərdən aydın olur ki;
1.İnsanların yaranışında hədəf, uca ALLAHın əmrləri barədə təfəkkürdür və mütəfəkkir insan öz xilqətinin hədəfinə çatmış insandır. Amma o kəs ki, böyük ALLAH barəsində təfəkkürdən üz döndərib, yalnız dünya yaşayışı istəyir və elm öyrənməkdə hədəfi həmən dünyəvi yaşayışdır, o, həmən batil və bihudə insandır ki, öz əsl müqəddəratından qırılmış, öz son hədəfinə çatmaqdan məhrum olmuşdur.
2.Təfəkkürün son həddi ALLAHa və Əsmaul-hüsnaya olan elmdir. Möminin itkisi olan elm son həddə olan, insanın axtardığı elmdir. Amma əgər bir kəs bu son həddə çatmaq üçün mövcud olan elmi yolu axtarmasa və bu elmə (ALLAH və Əsmaul- hüsnaya olan elmə) üz tutmasa möminlər zümrəsindən olmamalıdır.
3.Əql, təfəkkür və elm üçün yeganə ölçü və meyardır. Əql bir mövcuddur ki, haqdan başqa heç nə qarşısında əyilmir və haqdan başqa heç bir şeyə tabe olmur. Çünki əqlə etimad verən yəqindir. Şəkkin razılığ və xəyalın ixtiyar mövzusuna səbəb olan sənn əqlin istinadgahı deyil.
Bütün bu nöqtələrdən istifadə etməklə Həzrət Rizanın (ə) Peyğəmbərdən nəql etdiyi hədisin sirri aşkar olur.”Hər kəsin dostu onun ağlı, düşməni onun cəhlidir.”(“Musnədi- İmam Rza (ə), c. 1, səh. 3) Həmçinin Mütəal ALLAHın “İsra” surəsinin 72-ci ayəsində buyurduğunun təfsirində Həzrəti Riza buyurur: ”Bu ayədə məqsəd odur ki, hər kəs bu dünyanın həqiqətlərinə kor olsa, axirətə də kor gələr.”(“Tövidi-Səduq”, səh. 438)

Hacı Abgül
www.BIRLIK.az
 

3 şərh

Dior
Bilirsiz,məni bir sual maraqlandırır.Məsələn bir insan ibadət edir,ALLAHa bütün varlığı ilə inanır.Ancaq onun xeyir əməlləri azdır.
Başqa bir insansa,namaz qılmır.Lakin o da ALLAHa bütün varlığı ilə inanır.Və onun xeyir əməlləri o namaz qılan insandan daha çoxdur.Sizcə onların hansının ALLAH yanında hörməti daha çoxdur?
IDEAL
Məncə əsas dərk etmədədi. İnsan cəhənnəmə gedəcəyindən qorxduğu üçün namaz qılırsa və ALLAHı dərk etməyi bacarmırsa
inanmıram faydası olsun. Bu səbəbdən «Bir gün elm öyrənmək 60 il ibadət etməkdən yaxşıdı» diyilib. ALLAHın bizim ibadətmizə
ehtiyacı yoxdu. İbadət bizim kamilləşməyimiz üçün faydalıdır deyə namaz buyurulub. Lakin 
elə bir gün yaşaya bilərik ki, nələri isə dərk edərik və bir azda olsun kamilləşərik bununlada ALLAHa doğru bir addım atarıq. 
inanmıram ki hər hansı bir ibadət belə bir günün bir anından daha dəyərli olsun. Bunlar mənim şəxsi fikrimdi.
fidan
IDEAL,şərhi yazmamışdan əvvəl öncəbaxış funksiyasını yoxla.