Oğlumun müəlliminə (Linkoln)

Öyrənməsini lazım bilirəm; bütün insanların dürüst və təmizqəlbli olmadığını... Lakin bunu da öyrət ona; hər alçağa qarşılıq bir qəhrəman, hər özünü fikirləşən siyasətçiyə qarşılıq özünü yaddan çıxaran bir lider var.
Hər düşmənə qarşılıq bir dost da olduğunu da öyrət ona! Uzun vaxt alacaq bilirəm, ancaq öyrədə bilsən, qazanılan bir dolların, tapılan beşindən daha dəyərli olduğunu öyrət. İtirməyi öyrənməsini öyrət!.. Və həm də qazanmaq sevincini, qısqanclıqlardan uzağa apar onu...
Əgər bacarsan, səssiz gülüşlərin sirlərini öyrət ona...Qoy əvvəldən öyrənsin, daha qüvvətlilərin görünüşdə qalib olduqlarını...
Əgər bacarsan, ona kitabların möcüzələrini öyrət. Ancaq ona səssiz vaxtlar da saxla. Göy üzündəki quşların, günəşin qarşısındakı arıların və yamyaşıl yamacdakı çiçəklərin ədəbi sirlərini düşünə biləcəyi... Məktəbdə səhv etməyin , bilib etməkdən çox daha qürurverici olduğunu öyrət ona...Ona öz fikirlərinə inanmasını öyrət. Hər kəsin ona səhv düşündüyünü deyəndə belə...
Mədəni insanlara qarşı mədəni, qəddar insanlara qarşı qəddar olmağı öyrət ona...
Hər kəs bir-birinə qoşulmuş eyni yolu gedərkən, kütlələri dalınca düşməyəcək gücü verməyə çalış oğluma! Bütün insanlara qulaq asmağı öyrət ona, ancaq bütün dinlədiklərini gerçəyin ələyindən keçirməyi və sadəcə yaxşı olanları həzm etməsini öyrət.
Əgər bacarsan, kədərlənəndə belə necə gülümsəməli olduğunu öyrət ona...Göz yaşlarında heç bir utancın olmadığını öyrət. Hər kəsin, sadəcə öz xeyri üçün çalışanlara, ağız büzdüyünü öyrət. Və həddən artıq marağa diqqət yetirməsini...
Ona, qüvvətini və beynini ən yüksək qiymət verənə satmasını, ancaq heç vaxt qəlbinə və ruhuna qiymət etiketi qoymamağı öyrət...Ulayan bir insan kütləsinə qarşı qulaqlarını tıxamağı öyrət. Və haqlı olduğuna inananda, dimdik dikilib savaşmağı öyrət. Ona mədəni davran, ancaq onu qucaqlama!..Çünki yalnız od poladı təmizləyir. Qoy səbirsiz olacaq qədər cəsarətə sahib olsun. Ona özü üçün dərin bir inanc daşımağı öyrət. Beləcə insanlara qarşı da dərin bir inanc daşımış olacaq...
Bu böyük bir tələbdir. Nə qədərini edə biləcəksən görək... O nə qədər balaca yaxşı insan. O mənim oğlumdur.

6 şərh

Silen_ce
Əla! Əsl həyat dərsidir.
Yucin
Lincoln həyatından nümunə götürüləsi şəxsiyyət olub.
marketoloq
Linkoln kimi valideynlər olsaydı müəllimlərin nə dərdi olardı?
bankir
Linkoln kimi valideynlər olsaydı uşaqların nə dərdi olardı?
MASON
Linkolndan valideynlere meslehet de demek de olar