DÜNYADA NƏ QƏDƏR MÜSƏLMAN VAR?


Tez-tez din əleyhinə deyilən bu arqumenti eşidirik:
"Əgər İslam dini, yaxşı dindirsə, bəs niyə dünyadakı müsəlmanlar, pis gündədirlər?"

Bu sualın, çox açıq və dəqiq cavabı var.
İzah edək.
Əvvəla kiminsə, özünü müsəlman hesab etməsi, hələ onun müsəlman olması demək deyil. Bu, sadəcə onun şəxsi subyektiv fikri də ola bilər. Əsas məsələ budur:
Ümumiyyətlə «müsəlman xalq» ifadəsi, özü, mübahisəli və subyektiv xarakter daşıyır.
Tutaq ki hansısa ölkənin statistika qurumu, çıxıb deyir ki məsələn bizim ölkənin, 99 faizi müsəlmandır...
Sual olunur: bunu, necə ölçüblər?...Axı, din, qəlblə bağlı bir şeydir?...
Bəlkə anadangəlmə, hər kəsə, «müsəlmanlıq vəsiqəsi» mi verilir ki vəssəlam bu adam, İslam dininin "üzvüdür"?...
Yoxsa bəlkə bu statistika idarəsində; yüksək irfan əhli olan, qeybdən xəbər verənlər ya da mələklərmi işləyir, xəbərimiz yoxdur?...
Necə bilirlər ki tutaq ki məsələn bizim ölkənin 95 faizi müsəlmandır?...Hansı şəkildə müəyyən edirlər bunu?...

Həqiqət budur ki istər Azərbaycan olsun ya da istər Türkiyə olsun, əhalinin müsəlman adlanması, heç bir real göstəriciyə və bilgiyə əsaslana bilməz(əslində bir tərəfdən bu, yaxşıdır ki bizim pasprotlarda, «Din» qrafası yoxdur, zatən bu, qeyri-ciddidir)
Dolayısıyla da, bir kərə, «dünyada müsəlman cəmiyyət varmı?»-sualı, haqlı olaraq meydana çıxır...
Çox kritik sualdır: gerçəkdən dünyada, müsəlman, yəni hamsı da olmasa, ən azından əksəriyyəti müsəlman olan bir toplum varmı?...
Biz baxsaq, statistikaya, məsəlçün; əhalisinin 90 faizə yaxınını, müsəlmanların təşkil etdiyi — İndoneziyaya...Belə çıxır ki bu ölkədə, 200 milyon müsəlman var...
Rəqəmə bax — 200 milyon!..Bu, bilirsiz nə deməkdir?..
Düşünək: madam ki İslam dini, ləyaqəti əmr edir və insanı; ağla, düşüncəyə, dərkə və fərqindəliyə çağırır və hər bir insanın, ya da hər insanın da olmasa ən azından, məsələn 50 insandan birinin; İbn Sina, Fərabi, Əl-Biruni ola biləcəyini söyləyir; bəs hanı, o İbn-Sinalar, Əl-Birunilər, İbn-Arabilər, İbn-Xaldunlar, Nəsirəddin Tusilər, İndoneziyada?...
Əgər İndoneziyada, 200 milyon bir kənara qalsın, heç olmazsa, 20 milyon həqiqi müsəlman olsaydı, bu dəqiqə İndonezya dünyada; elm, bilik, texnologiya, inkişaf, dəyər, ləyaqət mərkəzinə çevrilməliydi...Normal məntiqlə belə olmalıydı...
Nəinki 1 ölkədə 200 milyon, heç ümumiyyətlə bütün 7 milyardlıq bəşəriyyət içində, 200 milyon (həqiqi) müsəlman olsaydı, nələr olardı, təsəvvür etmək mümkünmü?..
Bu halda zatən dünyada İslam dini, gerçək din kimi qəbul görərdi; çünki İslamın; inkişafa, elmə, irəliyə aparan, ən doğru yol olduğu, hər kəsə, qəti şəkildə ayan olardı!...
200 milyonu da burax, sadəcə 20 milyon müsəlman olsaydı dünyada, o zaman da elm, düşüncə sahəsində, İslam barədə kimsə çıxıb demək durumunda olmazdı ki; "İslam gericilikdir!"...
Burax, 20 milyonu; əgər dünyada cəmi 2 milyon həqiqi müsəlman olsaydı, o zaman İslam dini, Suriya, İraq və s. yerlərdə, belə axmaq işlərlə yan-yana göstərilə bilinərdimi?...
Vallahi 2 milyonu burax; dünyada cəmi 200 min həqiqi müsəlman olsaydı, o zaman yenə də indikindən çox-çox yaxşı bir durum olardı, hər baxımdan...
200 mini də burax; cəmi 20 min həqiqi müsəlman varmı dünyada?..
Bu da inandırıcı görünmür...
Vallahi, Avropada, Amerikada; o müsəlman adlanan ölkələrdən, daha çox İslam var...Bu, gəlişigözəl bir söz deyil, mübaliğə deyil, həqiqətdir...
Əgər hansısa ölkə, doğrudan da müsəlman ölkəsi olsaydı və ya heç müsəlman ölkə olmayıb, orda heç olmazsa 100 min müsəlman yaşasaydı, şübhəsiz ki həmin ölkə, indi dünyanın hər baxımdan mərkəzi durumunda olmalıydı: həm siyasi, həm iqtisadi, həm elmi, həm də əxlaqi...
Amma faktdır ki bu dəqiqə, dünyanın mərkəzi olan ölkələr, müsəlman adlanan ölkələr deyil, daha çox xristian və ya yəhudi adlanan ölkələrdir...Burdan da bu nəticə çıxır:
DEMƏK Kİ, ABŞ, YAPONİYA, ALMANİYA, İSRAİL, DÜNYADAKI ƏN MÜSƏLMAN ÖLKƏLƏRDİR, DİGƏRLƏRİ İLƏ MÜQAYİSƏDƏ!..
Bəli, bu, şişirtmə deyil, həqiqətdir!...Demək onlarda; dinə əməl edən daha çox insan var...
Bax belə..
Odur ki dünyada, zatən müsəlman ölkə bir yana qalsın, heç 10 min müsəlmanın yaşadığı bir ölkə yoxdur; varsa da bu ölkə, ABŞ-dır, Yaponiyadır, Almaniyadır, İsraildir, Avstraliyadır, Kanadadır...
Məsələ budur...

Nəticə etibarilə, dünyada, müsəlman ölkə yoxdursa, o zaman; mövcud olmayan, xəyali “müsəlman ölkəni” ekvivalent alıb; "İslam dini pisdir!" demək, ağılsızlıqdan və özünü aldatmaqdan başqa bir anlam daşımır...
Müqayisə və ekvivalent üçün, yalnız fərdi olaraq tək-tək ayrı-ayrı müsəlmanları götürmək olar; ki, bu müsəlmanlar da çox-çox azdır zatən...

Amma əlbəttə özünü aldatmaq istəyən və “pisi leqallaşdırmaq” meyilində olan bir insan üçün, bunların heç bir önəmi yoxdur...Ona, ancaq öz mənfi seçimlərinə və  acıncaqlı durumuna qılıf uydurmaq lazımdır, vəssəalam!...


Yunis Dürüst

1 şərh

pascal
Yunus bəy, bu məqalə sizin özünüzündür?
Topik müəllifi şərh yazmağa qadağa qoyub