ƏN BÖYÜK SƏHV HANSIDIR?

Belə bir kritik bir sual ortaya çıxır: həyatda insanın ən böyük səhvi nədir?...Hansı səhv, ən böyük və nəticəsi ən ağır səhvdir?..

Cavab: Həyatda insanın ən böyük səhvi, öz səhvini qəbul etməməsidir!..Bəli, bəli, ən böyük səhv, məhz budur!...Bütün səhvlərin başlanğıcı məhz, budur-öz səhvini qəbul etməmək və ya görməzdən gəlmək!...

İzah edək.


Tutaq ki məsələn mağazadan bir əşya almısan. Amma bu əşya, keyfiyyətsiz çıxıb...Və məlum olub ki sənin, tutaq ki texnologiya barədə biliklərin yetərli deyil...Amma bu, sənə xoş gəlmir...Yetərsiz olduğunu, savadının bu sahədə az olduğunu qəbul edə bilmirsən, deyirsən ki «yox e, mən hər şeyi bilirəm, həmçinin də texnologiyanı da..» Və öz yetərsizliyini də evdə belə əsaslandırırsan ki «bu əşya, özü zavodskiy defektdir, problem məndə deyil»…
Beləliklə sən, özünə xoş gəlmədiyinə görə, bu məlumatı(texnoloji biliklərinin zəif olduğunu) qəbul etmədiyin üçün, o biliyə, o informasiyaya, beynin bağlı olur...Və sən öz beyninə, texnoloji biliklərinin yetərli olduğunu inandırdığın üçün, nə bilmədiklərini öyrənmək istəyəcəksən, nə də bundan sonra yenə hansısa texnologiya məhsullarını alanda ehtiyatlı olacaqsan...Nəticədə nə olacaq?...Təbii ki yenidən texnoloji bir avadanlıq aldıqda yenə də məhsul zay çıxa bilər!...Məhsul yenidən zay çıxdıqda isə, artıq səndə, «suçluluq psixologiyası» yaranacaq...Çünki, sən keçmiş səhvindən nəticə çıxarmadığın üçün və səhvini davam etdirdiyin üçün bu vəziyyətlə yenidən qarşılaşmış olacaqsan və bu dəfə də, yenə də özünü günahkar bilməyəcəksən...Beynində isə təbi ki qarşılaşdığın bu xoşagəlməz situasiyanın günahkarını axtaracaqsan!...Və günhakar obrazına isə, qarşına çıxan-tamam başqa bir insanı oturdacaqsan!...Və böyük ehtimalla o, sənə açıq şəkildə etiraz edəcək və sənə əks-cavab verəcək!...Bu səfər, sən özünü inandırmağa çalışacaqsan ki «yox e, günahkar elə o idi»...Bundan sonra, onun sənə verdiyi əks-cavabın suçunu, tamam başqa insanın üstünə atmağa başlayacaqsan...Hər dəfə yeni səhvlər yarandıqca, yeni «suçlu axtarışı» meydana çıxacaq....Beləliklə insan, öz səhvini görməməyə davam etdikcə, yaranan yeni səhvlər üçün, yeni günahkarlar axtarışına çıxır...O vaxta kimi ki, öz səhvini görsün...Və səhvlərin də nəticəsi, hər dəfə daha da ağır olduqca, artıq beyin və ruh, yorulmağa başlayır… Və nəticədə insan getdikcə depressiyaya meyllənir...Belə...

Ya da məsələn elə başqa bir misalı götürək. Məsələn tutaq ki sən, sevgi məsələsində xoşagəlməz vəziyyətlə qarşılaşmısan...

Güvəndiyin və səni sevdiyini düşündüyün insan, sənə xəyanət edib...Bu halda sən təbii ki artıq bu insanın necə birisi olduğunu dərk etməlisən və qəbul etməlisən ki bu insan, heç əvvəldən səni sevməyib; çünki sevsəydi sənə xəyanət etməzdi...Demək ki pis və ləyaqətsiz insandır ki sənə xəyanət edib...Ləyaqətli olsaydı bunu etməzdi...Sən bunu belə bilməli və bu həqiqəti qəbul etməlisən...Amma sən əgər bu həqiqəti qəbul etməsən; hələ də beynində, onun sənə niyə xəyanət etdiyini götür-qoy etməyə davam etsən, o zaman sən ancaq öz beynini aldatmış və azdırmış olacaqsan və beləliklə beyin, azdırıldığı üçün, həqiqətdən uzaqlaşdığı üçün, «zamekaniya» verəcək, yorulacaq...Yorulduqda isə sən depressiyaya düşəcəksən, əzab çəkəcəksən...Çünki beyin, daima həqiqəti almaq istər; sən onu həqiqətdən uzaqlaşdırsan, o pis vəziyyətə düşəcək...Yəni beyin, əslində bizdən ayrı bir vəziyyətdə mövcud olan və qorumamız gərəkən bir varlıqdır...Onu aldatsaq, onu azdırsaq, ona həqiqəti verməsək, o yorulacaq… Və bunun bədəlini də elə məhz özümüz ödəyəcəyik-depressiyaya düşməklə...Odur ki durum budur ki həqiqəti qəbul etməmək, beyini azdırır və nəticədə bundan biz ziyan çəkiri....Depressiya ya da stress də elə bu səbəbdən yaranır: beyinin azdırılmasından!...

Başa qayıdaq; beləliklə insanın həyatda ən böyük səhvi-məhz öz səhvini qəbul etməməsidir! İnsan-etdiyi hansısa səhvi ciddiyə almırsa və ya hətta səhv kimi qəbul etmirsə, o, təbii ki, həmin səhvi düzəltmək barədə düşünməyəcək və beləliklə, həmin səhv, davam edəcək və hətta, daha da böyük səhvlərin qapısı açılacaq...

Bütövlükdə, insanın öz səhvini qəbul etməməsinin 2 səbəbi ola bilər: ya həmin səhvin səhv olduğunu bilməmək; ya da səhv olduğunu bildiyi halda, öz eqosunun çox olması səbəbindən öz səhvini rədd eləmək...

Birinci halda, yəni fərqində olmadan edilən səhv durumunda, səhvdən dönmə ehtimalı heç də az deyil; ola bilsin səhvin fərqində olanda, onu etməyəcək!

Amma, bilə-bilə səhv etmək durumunda isə, artıq insan, ciddi olaraq böyük bir yanlışlıq içindədir demək!.. Öz səhvində israr edən, həmin səhvi düz kimi özünə təlqin edən insanın, o səhvdən dönmək ehtimalı olduqca azdır!..

Mahiyyət etibarilə, öz səhvində israr edən insan, əslində, özünün düşməninə çevrilmiş insandır!.. Çünki belə bir insan, yanlışlarını düzəltməkdə maraqlı olmadığı üçün, onun inkişaf etmə, qabağa getmə potensialı yoxdur!...

Unutmayaq ki, mükəmməl insan yoxdur! Kimsə, özünü mükəmməl, «bomba», «super» hesab etməklə, əslində, elə özünü aldatmış olur!

Ona görə də, bir faktı qeyd etmək lazımdır ki, həmişə dahi insanlar, özlərini yetərsiz hesab edirlər və yetərsiz hesab etdikləri üçün daima öz boşluqlarını doldurmağa çalışır, beləliklə də, inkişaf edirlər.

Cahil insanlar isə, hər zaman özlərini yetərli və «bomba» hesab edirlər, ona görə də, onlar inkişaf etməyə, çalışmağa ehtiyac görmürlər və beləliklə də, inkişafdan qalırlar, yeniyetməlik dövründə sahib olduqları ağlın üstünə demək olar ki, heç nə qoymayaraq, bu dünyanı elə cahil və yeniyetmə ağlında başa vururlar!..

Unutmayaq; əsil cahillik, bilməməzlik deyil, bilməməzlikdə dirənməkdir! Bilməmək eyib deyil; bilməməkdə dirənmək, bilmədiyini qəbul etməmək-eyibdir! Və hətta fəlakətdir!...
Psixoloq Yunis Dürüst


0 şərh

Topik müəllifi şərh yazmağa qadağa qoyub