FEYSBUK, REAL BİR YERDİR YOXSA QEYRİ-REAL?

Biz sözdə feysbuka nə qədər virtual, qeyri-real aləm desək də əslində o, bizdə elə real həyat qədər təsir buraxır! Yəni ana səhifədə olarkən, çoxlu profilləri görərkən özümüzü heç də robotların arasında hiss etmirik elə insanların, real şəxslərin arasında hiss edirik! İndi sual edirəm: gündəlik yaşamda, real həyatda tanımadığımız, bilmədiyimiz bir kəsi bizə tanıdan şeylər nələrdir? Ən birinci onun görünüşü! Birinci görməliyik, gözümüzlə qavramalıyıq. İndi feysdə görünüş varmı? Bəli, var-şəkil! Daha sonra hansı amillər var, hansı ki tanımadığımız birisini bizə tanış edir? Onun haqqında olan məlumatlar! Adı, yaşı, işi, peşəsi, maraqları, bəyəndikləri....Bəs bunları feysbuk verə bilirmi? Bəli bunların hamsını elə feysbuk da verə bilir! Bir insanı tanımaq üçün üçün lazım olan bütün amillər feysbukda var!
Yəni insanların profillərinə daxil olub, onların şəkillərini gördükdə, onlar haqqında olan şəxsi infoları oxuduqda, həmçinin onların bəyəniləri, maraqları və paylaşımları ilə tanış olduqda, bütün bunların bizim beynimizdə olan təsəvvürü bu olur ki qarşında əməlli-başlı bir insan var, real bir şəxs var!
Düzdür indi etiraz edib deyə bilərsiz axı əvvəla feysbukda heç də hər kəsin şəkli yoxdur, ikincisi də heç də hər kəsin adı, real ad deyil(məsələn hansısa aktyorun ya da futbolçunun adını götürüb) üçüncüsü də özü barədə olan məlumatlar heç də həmişə tam və ətraflı olmur. Bəli elədir, hətta daha da artığını deyim ki bəzi
istifadəçilərin hətta paylaşımları, statusları da olmur ya da az olur(və ya paylaşımlarını camaata bağlı qoyur) hansı ki bu faktor da insanın kimliyini çözməyə, onu tanımağa təsir edir. Bəs onda bu halda vəziyyət necə olacaq? Yəni məsələn şəkli olmayan ya da haqqında yetərincə məlumat olmayan istifadəçiləri başqaları
necə qəbul edəcək: real insanmı yoxsa qeyri-realmı? Bax, bu, bir az qarmaqarışıq məsələ kimi görünür amma bir şey var: əgər bir profil mövcuddursa və onun adı real ad kimidirsə(məsələn Ramin Məmmədov) o zaman o profilin, real hesab edilmə faizi yüksəkdir. Çünki profil və ad-bu ikisi özlüyündə insanda təəssürat yarada bilir, bir təsir qoya bilir, yəni real kimlik effekti verə bilir. Yaxşı, bəs bu, necə baş verir? Sözügedən durumun əsas səbəbi budur; öncə də qeyd etdiyimiz kimi, insanın insanlara, başqalarına ehtiyacı var, insanın quruluşu belədir ki başqaları insan üçün önəmlidir. Beləliklə də insanın ətraf aləmdə axtardığı əsas şeylərdən biri də zatən elə insan obrazı olacaqdır. Yəni insanın hətta obrazı belə, insan üçün cəlbedicidir və beləliklə də sözünü etdiyimiz durumda, yəni bir insan, feysbukda sadəcə bir ad və profil gördüyü zaman, bu, ona öz ehtiyacını xatırlatdığı üçün, yəni ona insanı xatırlatdığı üçün, həmin adı, real kimlik olaraq qəbul etmə faizi də yüksək olacaqdır...
https://www.facebook.com/FeysbukunSirrleri/

Müəllif: Psixoloq Yunis Dürüst
 

0 şərh

Topik müəllifi şərh yazmağa qadağa qoyub