Çox düşündürücü hekayə

Bir gün bütün duyğular bir yerə yığılıb gizlənqaç oynayırdılar. Yəni Düşüncəsizlik, Xoşbəxtlik, Kədər və Eşq. Danışırlar ki kim birinci axtaracaq? Düşüncəsizlik heç düşünmədən deyir mən və saymağa başlayır. 98, 99, 100 açır. Hamı gizlənmişdi. Xoşbəxtlik suyun içinə girmişdi. Kədər ağaca çıxmışdı, Eşq özünə yer tapa bilmirdi. Artıq gec olduğunu görüb özünü tikanlığa atır. Düşüncəsizlik gözünü açır, xoşbəxtlik xoşbəxtlikdən suyun içindən çıxır tapılır, Kədər isə o qədər üzülür ki, ağacda dayana bilmir tapılır. Sıra gəlir Eşqə, çox axtarırlar Eşqi. Birdən bir qışqırıq səsi eşidirlər, hamısı qorxurlar, görürlər ki, səs tikanlıqdan gəlir. Hamısı qaçırlar tikanlığa tərəf. Görürlər ki, tikanlıqdan çıxan Eşqin gözlərindən qan gəlir, təmiz qanın içindədi. Nə oldu deyə soruşanda? Eşq: Tikan batdı deyə cavab verir. Düşüncəsizlik, düşünmədən deyir ki, mən sənin gözün olaram. Elə o zamandan Eşqin gözü kor olur, Düşüncəsizlik isə Eşq-in gözü olur. Ona gorə də insan çox zaman düşünmədən Aşiq olur.

10 şərh

kentavr
Eladir,ellerinize sagliq!
məryam
Düşünerek ve bilerek aşiq olmağın mümkün opmadığını bilmirdim. Teşekkürler.
puma

«Təhminə»filminə yəqin ki,hamınız baxmısınız.Ən çox sevdıyım filmlerden biridir. Orda da anası Zaura düşünərək,yəni mentiqle ''awiq'' olmagi ''meslehet '' görür.Zaursa bunu bacarmır.Amma anasi sonunda isteyine nail olur.Düşünərək sevmək mümkünmü? Elə bilirem yox.Ancaq, severek düşünmek olar.Elə Zaurda sonda bele edir.Tehminenin '' heddinden cox'' olan kiwi dostlari Zauru duwunerek sevmeye  vadar edir.Halbuki,onun sevgisi ''duwunmeden'' başlamışdı, ''duwunerek''bitdi,hem de aci sonluqla.Orda guzel bir soz deyir Tehmine (oldugu kimi yazmiram bir az pis cixar deye,ancaq baxan bilecek hansi sozlerdir) Esil kiwi odurki, ''exlaqsizi'' qadin eliye.Men burda kiwi sozunu sevgı sozu ile evez etmek isteyirem.Son fikrim ise  -severek duwunmekle- düwunerek sevmek arasinda sonu facielerle biten boyuk ferqler var.Odur ki, heyatda her insan '''istediyi''' kimi sevir.

məryam
Puma məlumatına görə, teşekkürler. Amma təəssüf olsun ki, Azərbaycanın bir neçə xalq filminə baxmışam. Təxminə-yə baxmamışam.
Shabnam_Ilham

Sadəcə super :) Təşəkkürlər :)


 

Unknown

mueyyen mentiqe esaslanan munasibetlerde saf sevgiden sohbet getmesi mene gore sadece guluncdur)

kocharli
Salam.Cox beyendim.Tesekkur.
Rene
Maraqlı idi…
elshad

kayzen.az/blog/4270/eşqin-gözü-kordur.html


təkrar .