Menali sozler

Dostlarınla elə yaşa ki düşmən olduğunda haqqında söyləyəcək sözləri olmasın. Düşmənlərinlə elə yaşa ki dost olduğunda üzün qızarmasın. 
****************** 
Həyatın ən gözəl anı, hər şeydən imtina etdiyiniz zaman sizi həyata bağlayan biri olduğunu düşündüyünüz andır.
 ****************** 
Budaq, küləyi bağışlamışdır, amma qırılmışdır bir dəfə.
 ****************** 
Qucaqlamağa, qollarının çatmayacağı bir ağac, bir toxumla başlar. Ən uzun səfərlər bir addımla başlar. Gerçək sevgilər isə kiçik bir təbəssümlə başlar.
 ****************** 
Dəyər verdiyin insan sənə dəyər vermirsə, burax öz dəyəriylə qalsın. 
****************** Həyatda nəyin əhəmiyyətli olduğunu kəşf etmək üçün bir fəlakət gözləməmək lazımdır. ****************** 
Dostlar çay kimidir; kiminin suyu az, kiminin çox… kimində əllərin islanar yalnız, kimində ruhun yuyunar boydan boya. 
****************** 
Gülmək üçün xoşbəxtliyi gözləsən, təbəssüm belə edə bilmədən ölərsən. 
****************** 
Pessimist olmaq çətin deyil. Çətin olan fırtınadan sonra belə, göy qurşağı kimi gülümsəyə bilməkdir. 
****************** 
İgid dediyin, güləşdə rəqibini məğlub eden kimsə deyil, əsl igid, hirslendiyi zaman hirsini məğlub eden kimsədir. 
****************** 
Ən böyük zəfər düşməmək deyil, düşdüyün zaman ayağa yenidən qalxa bilməkdir

5 şərh

_Leman_
cox uzr isteyirem yazilar bir az qarisiq oldu(
Someone

Öyrənəcksiniz narahata olmayın :) Çətin heç nə yoxdur.

pascal
Someone, Paşa Paşayeviç demişkən, «Düzələr e, canik, düzələr!», Həə..?  ;) ))
Someone

Həə :)) Şəxsi təcrübəmdən bilirəm