Benim Dünyam



Filmi izləməyim üzərindən 2 aydan çox keçib,yəni film haqqında yazmağa gecikmiş ola bilərəm.Uğur Yücelin çəkdiyi və Beren Saatla birlikdə baş rolda oynadığı Benim Dünyam filmi, iki yaşında olarkən keçirdiyi amansız bir xəstəlik səbəbi ilə görmə eşitmə bacarığını itirən Elanın həyat hekayəsini və müəllimi Mahir Hoca ilə olan münasibəti çox cəlbedici bir üsulla göstərilir. Rejissorların,afişlərin deyildiyi kimi film Hind filmi olan “Black” filmindən götürülüb.Filmin ssenarisindən deyil də, daha çox oyuncuların bacarıqları haqqında yazmaq istəyirəm.



Məsələn,Beren Saat. Türkiyənin son illərdəki ən başarılı qadın oyuncusudur. İstər dizilərdə,istər reklamlarda istərsə də digər filmlərdə. Yer aldığı bütün proyektlər uğurlu olub və özünü göstərib. Amma,Benim Dünyam Beren Saatın sinemadakı ən böyük uğuru oldu məncə. Həm kor,həm də sağır birini oynamaq və bunun doğru olub olmadığını bizlərdə sual altında qoymamaq çox böyük bir uğurdur. Əslində elə Beren Saat ya da başqa sağlam biri yox,həqiqətən kor və sağır biri bu filmdə oynasaydı bəlkə də insan heç bu qədər təsirlənməzdi.


 Filmdə Berenin yəni Elanın uşaqlığını canlandıran Melis Mutluç var bir də. Ən az Beren qədər uğurlu… Melisi bu filmdən tanımışam,hətta film əsnasında onun həqiqətən kor olub olmadığı haqqında fikirləşmişdim ki əslində elə deyilmiş.

 
Uğur Yüceldən də yazmamaq olmaz. Mən bu filmdəki Mahir Hocanı çox sevdim. Hər şeydən hətta özündən belə ümidini kəsmiş bir adamın kor və dilsiz bir uşaqğın əlindən tutmağı və onu qaranlıqdan işığa çıxartması,aralarındakı o inanılmaz münasibət, möcüzələrlə dolu yolculuq… Əslində “möcüzə” dediyimiz hər şey mümkündür… Mahir Hoca da, Elaya bütün kəlimələri öyrətmiş mənalarını izah etmişdi,bircə “İMKANSIZ” sözündən başqa.. Çünki Ela imkansız kəliməsini öyrənməməliydi..



Film qurtaranda fərqinə vardım ki 100 dəqiqə müddətində bir dəfə də olsun saata baxmamışdım.Əslində dizidə bir başarı hekayəsi var idi.Məncə sinemanın elə gözəl yanı burasıdır:bizə insan olduğumuzu xatırlatmaq,bizi təsirləndirmək. Bizi uzaq olduğumuz həyatlarda yolculuğa çıxarmaq və nə götürə biliriksə onu özümüzə qatmaq.Bir sözlə,son vaxtların ən yaxşı Türk filminin Benim Dünyam olduğunu düşünürəm. Filmdə əməyi keçən hər kəsi təbrik edirəm. Mütləq gedin,izləyin. Belə gözəl hekayələri görməyə hamımızın ehtiyacı var.

 

1 şərh

Diamonds
«Black» filmini izləmişəm.Təsirldir. Deyilənlərə görə, türklərin çəkdiyi film daha uğurludur. İnşallah izləyəcəm. Əllərinizə sağlıq. Çox sağ olun.