Maraqlı hekayələr

Bir gün varlı bir adam bütüm dostlarının tanışlarının iştirak etdiyi bir parti hazırlayır. Hamı əylənir bütün sevdikləri onun yanında olur. Anidən bir səs eşidilir; Əcələ gedəcəksən. Və birdən özünü bütün dostlarını qızğın günəşin altında qumsalliqda tapır. Bu gənc adam bütün dostları və ailəsiylə dənizə getməyə başlayır. Bir az getdikdən sonra arxaya baxır və dostlarından heç kəsi görmur onunla qalan yalnız ailəsi olur. Qum daha da qızır və o arxaya baxanda cəmi üç insanın ayaq izini görür. O ayaq izlərindən biri özünün, biri anasının, biri isə atasının idi. Əcəlinə doğru getməyə davam edərkən qum daha çox qızmaya başlayır. Yerə baxır və orada cəmi iki insavıv ayaq izini görür. Biri özünün, biri isə anasının. İrəlilədikcə qum bir az da batmağa başlayır. Yerə baxır və orada bir insanın ayaq izini görür. O an ağlayaraq; Ey ALLAHIM bütün dostlarım, atam, rəhmətindən alan anam belə məni tərk etdi-deyir. O an qışqıraraq; Ana hardasan niyə məni buraxıb getdin? deyir. Bu zaman aşağıdan bir səs eşidilir; Qum çox qizdi dözə bilmədim. Aşağıya baxaraq anasının çiyinlərində olduğunu görür.
 

0 şərh