Fatimə

Fatimə 
O, mənim həm yoldaşım,
Həm də gözəl bacımdır.
O, mənim həm sirdaşım,
Həm də qaşlı tacımdır.



Mübahisə etsək də,
Onu çox sevirəm mən.
Mən onu incitsəm də,
Ayrıla bilmərəm mən. 


Mən bacım Fatiməyə
Yazıram bu şeiri.
Dünyada ən göyçəyə
Yazıram bu şeiri.



Müəllif: Bağırova Zəhra 

5 şərh

acqarik
Ad günümüzdə əkiz bacıma hədiyyə etmişdim bu şeiri. Sizinlə də paylaşmaq istədim.
Ferbara
Həə… fatos2001 demək sizin bacınızdı.
Bəs mahira2001 kimdi? Üçəmsiniz? :)
acqarik
O da ən yaxın dostumdur. Onu da bacım qədər çox sevirəm.
FATULI
mənim adım dA fatomədir :D.