Müsəlman dünyası Yeni il bayramını bayram kimi qeyd edə bilərmi?!

Səudiyyə Ərəbistanının hakimiyyət dairələri əhaliyə xəbərlarlıq edərək Yeni İlin istənilən formada bayram edilməsinin küfr və yasaq olduğunu bəyan edib.
"Okaz"ın verdiyi xəbərə görə, Yeni İl simvolikalı mallar satan dükanların hamısı çox böyük məbləğdə cərimələnəcək.
Səudiyyə Ərəbistanının Hallalığın Yayılması və Günahın Qarşısının Alınması Komitəsinin yaydığı bəyanatda bildirilir ki, ictimai yerlərdə Yeni İlin bayram edilməsinə yol verilməyəcək. Bundan başqa, Səudiyyə Ərəbistanına Yeni İl simvolikalı istənilən malların idxalı qadağan olunub.

Yeni İl tək Səudiyyə Ərəbistanında yasaq deyil.
Şəriət qaydalarının tətbiq edildiyi bütün yerlərdə Yeni İl haram və bica iş sayılır.
Əcəba, niyə?
İslam nə deyir?

Şəriət müsəlmanlara Allahdan savayı kimsəyə sitayiş etməməyi tapşırır. Qurani-Kərim də Allahdan böyük kimsənin olmadığını buyurur, Allaha edilməyən ibadəti böyük şirk, yəni Yaradana şərik qoşmaq və haram sayır. Şirk isə insanı birbaşa cəhənnəmin əbədi alovlarına doğru aparır.
İslam alim-üləmalarının qəti fikirlərinə görə, şirkin, yəni Allaha şərik qoşmağın bir yolu da Yeni İli bayram etməkdir.
İslamda "əqidə" adlanan anlama görə, Yeni İldə Allaha şərik qoşaraq kimlərdənsə yardım diləmək, həmd istəmək böyük günahdır.

"İllah da ki, kafirlər kimi spirtli içkilər içmək, sərxoş olaraq rəqs etmək və ağac bəzəyib ondan nə isə diləmək, təlxək paltarlı bir insanı "nişanə" sayıb onun yolunu gözləmək çox böyük, özü də rəzil günahdır. Xristianları anlamaq olar - bu, onların ənənəsidir. Bəs müsəlmanlara nə olub?! Kafir kimi davranmaq, spirtli içkilər düzülmüş masanın arxasında oturmaq, sonra da qadınlarla kişilərin məst olub rəqs etmələrini necə izah edək? Unutmayın ki, kafirlərin yolu ilə gedən və onlara bənzəmək istəyənin özü elə kafirdir", - məşhur İslam üləmalarından olan Şeyx Kərdavi deyir.

İslam üləmalarının dediklərinə görə, Yeni İli bayram edən müsəlmanlar günah işləməklə bahəm, yolka bəzəyib onun ətrafında dövrə vurmaqla "təvaf" edir ki, bu da şirkin bir növüdür.
Halbuki müsəlman üçün yeganə təvaf Kəbə ətrafındadır. Kəbədən savayı heç nəyin ətrafında ayini dövrə vurmaq olmaz.
Qurani-Kərimdə deyilir: "... Onlar qədim evin (Kəbənin) ətrafında dövrə vursunlar" ("Əl Həcc", 29).

Ona görə də Şəriətdə Kəbədən savayı ayrı bir nəsnənin - məzarın, ağacın, insanın və ya Yeni İl Yolkasının başına dolanmaq şirk və Şeytana ibadətdir.

Bundan başqa, Şəriətə görə, Yeni İl bayramında Şaxta Babanı çağırmaq və ondan hədiyyə gözləmək küfrdür. Çünki müsəlman olan kəs Allahdan savayı kimsəyə həmd etməməli, Allahdan savayı kimsədən yardım və hədiyyə gözləməməlidir.
Müsəlmanın inanc və inama əsaslanan "fitrə"si Allaha etiqadla möhkəmlənməli, bütpərəst nişanələrə yer olmamalıdır.

Bır sıra İslam alimlərinin fikrinə görə, istənilən ağacı əski, oyuncaqlar və s. ilə bəzəmək, üstəlik bu ağacın başına parlaq ulduz qoymaq şeytan əməlidir.
Yeni İlin girməsinə bir neçə dəqiqə qalmış arzu və diləkləri səsləndirmək, "Qoy Yeni ilimiz..." sözləriylə başlamaq da şeytana sitayişdir.
Çünki Allaha ünvanlanmamış istənilən arzu və ibadət haram, şeytana qulluq, cadugərlikdir.
Qurani-Kərimdə isə deyilir: "İnsanları cadugərliyə öyrədən şeytanlar kafirdilər" ("Əl Bəqərə", 102)

Və ən nəhayət, illərin müxtəlif heyvanlar üstündə təhvil edilməsinə inanmaq, "Qaban ili" və ya "Dovşan ili" kimi ifadalər işlədərək bu inanclara etibar etmək də şeytana qulluqdur.
İslam alimlərinin fikrincə, belə inancları olan müsəlmanlar yolundan azan adamlar, müşriklər, Allaha şərik qoşanlardır.

Üləmaların fikrincə, belə insanlar Şaxta Baba və ya Santa Klaus barədə danışmaqla Taqutu vəsf edirlər.
Üstəlik, bütpərəst bayramı olan Yeni İldə artıq xərclər, "bayram masa"sını bəzəmək ərəb dilində "israf", yəni gərəksiz məsrəflər sayılır. Bu isə müsəlman üçün yolverilməz əməldir.
Qurani-Kərimdə deyilir: "And olsun zamana! Həqiqətən də insan itkilərdədir" ("Əsr" Surəsi).

Yeni İlin qanlı "tanrı"ları


Əslinə baxsaq, Qar Qızın sırf Rusiyanın rəvayət və nağıllarının, adət və ənənələrinin ayrılmaz ünsürü olduğunu düşünmək yanlışlıqdır.
Dindarların və İslam din xadimlərinin, habelə onların xristian həmkarlarının fikrincə, Qar Qız qara ruhlu, Şər məzmunlu simvol, yaşamın ən mənhus yönlərinin sakral təzahürüdür.
Yeni İlin digər simvollarının da sirli kökləri olduğu vurğulanır. Məsələn, Yeni ilin mütləq simvolu sayılan yolkalar kimi. Qədim ketlərdə küknar ağacı qanlı qurbanlar tələb edən meşə ruhunun sığınacağı sayılardı. Druidlər də ibadətlər zamanı küknar budaqlarından insan və heyvanların bağırsaq, mədə, ciyər və ürəklərini asardılar.

Xristianlıq yayılıb kilsə güclənəndən sonra isə Avropa xalqları küknar ağacından artıq mədə-bağırsaq yox, ağacdan hazırlanmış kürələr asdılar. Sonralar həmin kürələr şüşə oyuncaqlara çevrildi. Bağırsaqlar isə parça və kağızdan hazırlanmış "zəncir" ilə lentlərlə əvəzləndi.

Şaxta Baba və ya Sant-Klaus hardan peyda olub?

Şaxta Baba və onun Qərbdəki analoqu Sant-Klausa gəldikdə isə, onların ulu babası qəddar kelt tanrısı "Şimalın Böyük Qoca"sı, buz soyuqlar və çovğunların hökmdarıdır.
Böyük Qoca da belinə çuval ataraq evləri dolaşırdı. Amma o, Santa Klaus və ya Şaxta Baba kimi hədiyyə paylamır, insanların il ərzində vermədikləri qurbanları toplayardı.
Çuvallı qocanın gəlişi keltlərə yaxşı heç nə vəd etmirdi. Onun gedişindən sonra evdə donub buzlamış meyitlər qalardı. Kəndlərini, evlərini və özlərini bu mənhus qocadan qorumaq uçün keltlər qocaya umümi qurban verər, yeniyetmə yaşlarındakı bakirə qızı lüt soyundurub kəndin kənarındakı meşəliyin qənşərində ağaca bağlayardılar.

Özü də gecə, qışın sazağında.
Məhz o qızın donmuş, buzla örtülmüş cəsədi indi Şaxta Babanı müşayiət edən Qar Qızın "nənəsi" sayıla bilər.
Rusiyada isə Şaxta Baba ilk dəfə yalnız 1840-cı ildə, yazıçı və knyaz Vladimir Odoyevskinin "Moroz İvanoviç" nağılından sonra peyda oldu.

Mitranın Milada çevrilməsi
Qədim Roma İmperiyasında imperator Konstantin xristianların təqiblərinə son qoymaq qərarına gələndən sonra keşişlər azad oldular və istədikləri kimi ibadət edirdilər. Lakin onlar romalıların Yeni İl bayramını əvvəlki kimi bayramlaşdıqlarını gördüklərindən, həmin bayramı da xristianlaşdırmaq qərarına gəldilər.
O dönəmdəki Roma İmperiyasında Parsiyanın (çağdaş İran) səcdə etdiyi insan - Tanrı Mitranın, Günəşin təzahürlərindən birinin doğum günü geniş bayram edilirdi. Məhz Mitranın doğum günü qış və yay günlərinin qovuşuğu, dekabrın 25-i idi. Mitra səcdəliyində çörəyi şəraba batırıb dadmaq vardı. Bu ayində çörək - Mitranın vücudu, şərab isə Mitranın qanı idi. Romadakı yeni güclənməyə başlayan xristianlığın keşişləri də Mitraya sitayişlə bağlı bütpərəst inancı yox etmək üçün onun doğum gününü xristian bayramı, Milad elan etdilər.
Beləcə, Roma keşişləri 354-cü ildə Mitranın doğum gününü xüsusi fərmanla Milad Gününə çevirdilər.
Halbuki dekabrın 25-nin xristianlıq, İsa Məsih və ya səmavi dinlərlə heç bir əlaqəsi yoxdur.
"Milad bayravmı" da beləcə peyda oldu.

Küknarın və Santa Klausun tarixi

Yeni il bayramında küknar, yəni yolka bəzəməyə gəldikdə isə, bu ayinin də çox qədim tarixi var. Qədim Misir və Babilistanda Aturis məhsuldarlıq, bolluq və bərəkət tanrısı olan qadındır. Qədim hettlər isə Anura adlı qadın tanrıya sitayiş edərdilər ki, onun gənc məşuqu Attis qadının təqiblərindən yaxa qurtarmaq üçün küknar ağacının altında özünü axtalamışdı.
O vaxtdan bəri hettlər, babillər və misirlilərdə küknar ağacı bərəkət, uğur və məhsuldarlıq simvolu sayılırdı.

Qədim yunanlarla romalılar bu simvolu həmin xalqlardan əxz etdilər, sonra da küknar xristianlarda bərəkət və arzuların çin olmasının məcaz ünsürünə çevrildi.
Qərbdəki Şaxta Baba olan Santa Klausa gəldikdə isə, o, indiki Türkiyə ərazisində yerləşən Efes şəhərində yaşamış Müqəddəs Nikolaydır.
Yəni, Yeni İl bayramı hədiyyə gözləyən uşaqlar Şaxta Babanın gəlişini istəməklə əslində Müqəddəs Nikolaya səbirsizliklə dua edirlər.

Santanın ağ-qırmızı paltarını "Coca-Cola" şirkəti çox sonralar fikirləşdi, onun marallar qoşulmuş kirşəsini isə amerikalı rəssam Con Fencenrot çəkdi.
O vaxtdan bəri bütün dünya Santa-Klausu qırmızı paltarlı, saqqallı təsəvvür edir və düşünür ki, bu qoca marallar qoşulmuş kirşə ilə hərəkət edir.
Halbuki az öncə yazdığımız kimi, bütün bunlar sadəcə, mif, alleqoriyadır. Özü də cəmi iki əsr əvvəl uydurulmuş bir alleqoriya...

Amma...

Bütün bunlar aydındır. İslam alimlərini də başa düşmək olar, Şaxta Baba və ya Santa Klausun ulu babalarının, qədim əcdadlarının adamyeyən tanrıcıqlar və eybəcər xortdanlar olduqlarını söyləyən tarixçiləri də.
Fəqət, bu fani dünyada insanın ruhu, yaşamı və psixikası deyilən anlamlar var.
Hər yeni adət, təzə ənənə və ya davranış modelini istək olarsa, qədim Babilistandakı gil kitabələrə yazılmış zinalardan tutmuş, Finlandiyanın hansısa ucqar, yayda belə küknar ağaclarından qırov sallanan kəndindəki tanrıcıq inanclarına aparıb bağlamaq olar.
Yetər ki, buna istək olsun.

Sevinən simanı hüznlə qaraltmaq, gülən insanı ağlatmağa, şənlənəni incitməyə nə var ki.
Çətini ağlayanı sevindirməkdir.
Əfqanıstanın ucqar kəndində bir uşaq Santa Klaus papağı taxıb kasıb atasından hədiyyə gözləyirsə və ya Banqladeşdəki həsir daxmadakı qızcığaz Yeni İl gecəsi sinəsindən az qala pırtlayıb çıxan ümidi ilə hədiyyəni alacağı vaxtı az qala kəndirlə dartıb gətirmək istəyirsə - burada pis nə var?

O uşaqdamı kafirdir və ya kiçik, ucuz gəlinciyi bağrına basıb yatan, yuxuda gülümsəyən qıvrımsaç bala da müşrikdir?
Günah uşaqları gülüş, sevinc və nəyəsə inanmaqdan məhrum etməkdi.
Kim deyib ki, Şaxta Babaya inanan uşaq böyüyəndə kafir və ya bütpərəst olasıdı?
Nəyə əsasən söylənir ki, çocuq yaşlarında yolkanın ətrafına dövrə vurub sevincdən gözləri işıldayan körpə böyüyəndə Kəbənin ətrafına təvaf etməyəcək və günlərin birində də, namusu, irzi və Vətəni təhlükədə olanda "Allahu Əkbər!" deyərək düşmən üzərinə atılmayacaq?

Bəlkə tam tərsidir?

Bəlkə uşaqlıq illərində sevinməyənlərdir insanların başlarına bəlalar açan, onları ağladan, göz yaşları içində boğub qanlar silməyə vadar edən?
Kim bilir...
 

26 şərh

2ral
Aşura gününü qeyd etmək olar,amma Yeni il bayramını yox?
İldə bir-iki dəfə əylənmək istəyirik,onda da deyirlər ki islam haram buyurub: Novruzda od qalamaq olmaz,Yeni ildə yolka olmaz və s. Yazıq Sabir düz deyuirmiş:
Ay dadaş, vallahi, billahi, tallahi,
Harda müsəlman görürəm, qorxuram!....
Tomris
Bayramı qeyd etmək lazımdır. Şaxta Babaya qurban kəsmirik ki. Adi bayramdır da.
bahar

Mən düşünmürəm ki, ağlı kəsən kimsə yolkanın ətrafında dövrə vurub ondan nəsə istəsin(təbii ki,müsəlmanlara aiddir).


Bu bayram insanları sevindirir.İnsanlar dərdlərini-qəmlərini keçmişdə qoymaq istəyirlər.Həyatlarındakı bir çox şeyi yeniləmək istəyirlər.

ekoibrahim
Bu yolka və yaxud da yeni il məsələsi Sovetlerden qalma bir şeydi hansı ki bizim nənələrimizə, babalarımıza və valideyinlərimizə aşılanıb. İndi artıq 19 ildi müstəqilik unuttuğumuz millətimizi və tazriximizi bərpa etmək istəyirik. Bu normaldı. Bu məqsədlə evdə yolka bəzəməyi qadağan etmişəm. Bir müddət sonra ( əgər aktiv təbliğat getsə ) yolka bəzəməkj məsələsi bizdə də azalacaq. Sonunda da bu məlumatlarə bilmirdim həqiqətən çox yaxşı məlumatlardı! Təşəkkürlər
hellshan
Çox gözəl yazıdır. Düzünü desəm xeyli vaxt idi ki kayzendəki xəbərləri izləyirdib bu xəbəri oxuyub qurtardıqdan sonra qərara gəldim qeydiyyatdan keçim))) Bu yeni ilin islama zidd olması söhbətləri də bu ildən moda minib deyəsən. İndiyə qədər eşitdiyim ən lazımsız müzakirədir ki bu «müsəlmanlar» başladıb. Mən də demirəm ki yeni il belə super bayramdır hər kəs keçirməlidir filan amma keçirməmək üçün də bu qədər mənasız arqument gətirmək özü də çox gülməlidir.
burla xatun
Qar Qız qara ruhlu, Şər məzmunlu simvol, yaşamın ən mənhus yönlərinin sakral təzahürüdür.
Yazıq Qar Qız:)
EHLI-BEYT ASIQI ALIM
İSLAM MƏNTİQİNDƏ BAYRAM HANSI GÜNDÜR?

“Bayram” sözü toplumumuzda çox işlədilir. İslam məntiqinə görə, bayram – o gün deyil ki, insan həmin gündə günah etsin, o gün deyil ki, içki içilsin. İslam məntiqində o gün bayramdır ki, həmin gün insan Allah dərgahında özünü tamamilə təslim edə bilsin. Həzrət Əlidən (ə) buyurulur: “Hansı gün ki, insan günah etmədi, o gün onun bayramıdır”.

Bayramın mahiyyəti — insanın varlıq olaraq öz kamalına yetişdiyi məqamla uzlaşır. İnsan, insan olaraq vücudən tətbiqat tapdıqda, təkamül yolunda önəmli addımlar atdıqda – qəlbin bayramı yetişir. İslam nəzərində insanın günah etmədiyi günə bayram deyilər. Mahiyyətində günah əməllər olan tarix, bayram sayıla bilməz. Bu, nonsensdir. İnsan iradəvi olaraq özünü əqli müstəvidən xaric olunan bir duruma salır, sərxoş olur, israfçılıq edir, tamamən maddiyyata tuşlanmış bir vəziyyətə endirir – amma nədənsə bunun “bayram” kimi bir fenomenlə ehtiva olunmasının absurdluğunun fərqinə varmır.

Bəli, aydın olur ki, dekabrın 31-dən 1-nə keçən gün – nə bizim milli-mənəvi dəyərlərə, nə əqlaniyyətə, nə milli folklora uyğun gəlir.

Əgər bunu Həmrəylik günü bayramı ilə əlaqələndirirlərsə, çox gözəl! Azərbaycanın Həmrəylik anlamı çar imperiyasının bizə gətirdiyi xurafatlar üzərində qurulmalıdır? Bəs necə olur ki, Dünya Azərbaycanlılarının Həmrəylik günü tamamilə çar imperiyasından gəlmə “novıy qod”un ritualları üzərində əks olunur? Bütün dünyada azərbaycanlılarının həmrəy olduğu əsas iki məsələ varsa – bunlardan biri Aşura günü, bir də Novruz bayramıdır. Ana dili fundamental məsələ olaraq, öz yerində, amma bu iki məfhumdan başqa, dünyanın harasında olmasından asılı olmayaraq azərbaycanlıların duyğularını müəyyən edən üçüncü məsələ yoxdur. Dünyanın harasında olurlarsa-olsunlar, azərbaycanlılar Məhərrəm-Səfər əyyamını və Novruz bayramını yaşadır. Məhərrəm-Səfər əyyamında azərbaycanlılar dünyanın hansı yerində olsalar da toy etməzlər. Beləliklə, kimliyimizdə “novıy qod” adında bir şey yoxdur.

Allahım, xalqımızı bəşər ailəsində layiqli yerdə olanlardan qərar ver! İnsanlarımızın bütün növ xurafatlardan təmizlənməsini nəsib et!

Allahım, bizləri sənin dinini, Peyğəmbərini (s) və Əhli-beytini (ə) tanımaq lütfündə olanlardan qərar ver! Amin!
EHLI-BEYT ASIQI ALIM
AŞURA və MİLADIN QƏHRƏMANLARI EYNİ HƏDƏF UĞRUNDA ÇALIŞIB

Musa Sədrin Milad və Aşura ilə bağlı bir önəmli buyuruşunda qeyd edir: “Hər 30 il ki, keçir — tarix bir olur. İndiyədək düşündünüzmü İmam Hüseyn (ə) ilə Həzrət İsa (ə) arasında olan bağlantı haqqında? Bu iki əziz insane, bir-birinə Xilaskarın (ə.f.) zühurunda qovuşar. Həzrət Məhdi (ə.f) Hüseynin (ə) qanının intiqamını almaq üçün gələr və Həzrət Məsih də (ə) onunla qayıdar. Məryəm balasının və Zəhra balasının nə qədər oxşarlığı var! Bu kəsişmə tarixdə olacaq”. Yəni zühur dönəmində İmam Hüseyn (ə) ilə Həzrət İsanın (ə) yollarının bir-birinə qovuşması olacaq. Həzrət Hüseynin (ə) qanının intiqamının alınması işində Həzrət Məsih də iştirak edəcək. Bu mənada Zəhra balası ilə, Məryəm balasının çox oxşarlığı var.

Bu il də bu iki tarix kəsişib. Yenə də alicənab insanlar bu iki tarixə qarşı-qarşıya deyil, eyni mahiyyətli İlahi nura yönəlik nəzər salırlar. Misal üçün, İraq məsihiləri öz ədəb və ehtiramlarını ortalığa qoyublar və bildiriblər ki İmam Hüseynin (ə) Aşura dönəmi olduğundan, bu il Milad bayramlarını həmişə olduğu kimi qeyd etməyəcəklər. Onlar ortalığa bir nümunə qoyublar. Deyirlər, İmam Hüseynin (ə) Aşura dönəmində Milad şənlikləri keçirməyimiz ayıbdır. Bəzən məmləkətimizdə müsəlman insana başa salırsan, deyir, indi biz ildə bir dəfə “novıy qod”umuzu keçirtməyək? İnsanın bunları anlaması bir mədəniyyət məsələsidir. İraq məsihiləri bu mənada bir dərs qoyurlar.
MaksiMuS
Tam oxumadim,çünki ifrat xurafatciliq sezdim.Mentiqsiz eraslandirmalarla dolu topike menden (-) yolka bele geldi,waxta baba bele getdi.Men hecvaxt onlara inanmamiwam.Evde alib bezemiwem yolka+ waxta baba.he indi onlar menim inanc yerimdi?Sen menim canim etimi tokme.Menim tek penah ve inanc yerim Allahdi.yolka+waxta babani bezek olaraq almiwam.Xurafatciligin bu qederi de olmaz.Duzdu,bunu duwunme qabiliyeti formalawmamiw insan oxuyan kimi qebul edecek.O ki qaldi israfa?Tek pul ele bele weylere getsin,daha dava dermana,ziyan,zerere yox.
bahar
Necə minusladın Maksimus müddət bitib
EHLI-BEYT ASIQI ALIM
SENE BELLI DEYIL OMRUN QIYMETI
ODUR KI,SEVIRSEN EYSI-ISRETI
OMUR DEDIKLERI DEYERLI QOVHER
QOYMA KI,ISRETLE MEHV OLSUN HEDER
SƏDİ SİRAZİ
MaksiMuS
Bahar werhi yazib minuslayacaqdimki alinmadi:D
EHLI-BEYT ASIQI ALIM
BENDE ALLAHİN SEVMEDİYİNİ SEVMEYİNCE VE ALLAHİN SEVMEDİYİNE NİFRET ETMEYİNCE İMANİ KAMİLLESMEZŞİMAM ELİ(S)
MaksiMuS
Sen Mollaliq eleme.Senin Allahin neyi sevib neyi sevmediyini bilmeyive hele cooox var.Öz adindan daniw mümkünse. p.s söhbet bu mövzudan gedir
DiplomatkA
Bu topikde qebul etdiyim yegane fikirler Qurani-Kerimden goturulmus surelerdir,bir de sonluq.qalanlar ise...Dinsunaslar hemise dinin heddinden artiq derinliyine gedirler.Kim deye biler ki onlar sureleri dogru anlayiblar?bundan elave yolka ve saxta baba bizim inanc yerimiz deyil.Agli kesen her bir normal insan yalniz Allaha dua etmeli oldugunu bilir.31 dekabr il erzinde heyatimizda deyisik kecen bir nece gunden biridi.insanin gununu xos kecirmesinde pis olan ne var ki?!Allahin bize nesib etdiyi nemetleri sufreye duzmeyin neyi pisdi?!Eger bize ruzi bereket verilirse biz ondan niye yararlanmamaliyiq?!Eger biz ximislik edib verilen ruzunu gizletsek bes bu gunah olmazmi?Bayram erefesinde qocalar evine,usaq evine hediyyeler aparilir.insanlari sevindirirler.Hemise gozu yolda olan birini sevindirmekden daha gozel ne ola biler ki?!(kas menim de elimde bele bir imkan olaydi en boyuk arzumu heyata kecirerdim)
EHLI-BEYT ASIQI ALIM


EY MaksiMuS MEN BILMIREM SEN KIMSEN HEC BILMEKDE ISTEMIREM .SEN GEL BASINDAN BOYUK DANISMA .MENIM ALLAHI DERK ETMEYIM ELE BU SOHBETLERI NECE QEBUL ETMEYIMDEN GORUNUR.ALLAHI DERK EDEN INSAN BIRINCI ALLAHIN BUYURDUQLARINI EMEL EDER .VE ALLAHIN PAK QERAR VERDIYI BENDELERE HORMETLE YANASAR.CUNKI PEYGEMBER(S) DEMISDIR MENIM SIZE DEDIKLERIMIN QARSILIGINDA HEC BIR SEY ISTEMIREM YALNIZ EHLIBEYTIME HORMET ISTEYIREM.VE BU GUNLERDE EHLI BEYTE NECE HORMET QOYULDUGUNU GORURUK.INDI AYDIN OLDU MEN NE QEDER ALLAHI DERK EDIREM.Həzrət Əli (ə) buyurur:“Yaxşı işlər istisna olmaqla, bütün işlərdə ifrat etməkpisdir.”Həzrət Əli (ə) buyurur:“O adam mənfəəttapar ki, dünyasını axirətinə sata və əvəzində axirəti ala.”Həzrət Əli (ə) buyurur:“HeçkimözRəbbindənsavayı başqasına ümidvar olmamalı və yalnız özgünahlarından qorxmalıdır.”



EHLI-BEYT ASIQI ALIM


Həzrət Əli (ə) buyurur:“Susubhəqiqəti gizləməkdəheçbirxeyiryoxdur(pisdir). Necə ki, nadanlıq üzündən danışmaq yaxşı deyildir.”



MaksiMuS

Sən məni çoxdan tanımısan.Azı 1 dəfə profilimə girməklə.! Mən başımdan böyük danışmıram.Sadəcə mən dini ağlımın süzgəcindən keçirib qəbul edirəm. Daha sən qarışıq çoxları kimi kor koranə yox.! Ona qalsa musiqi dinləmək də dində (guya) günahdı.Sən musiqiyə qulaq asmırsan? Yoxsa səndə hansısa qondarma dini təşkilatın üzvü tək insanların beynin doldurmaqla məşğulsan? ƏSlində bura Azərbaycandı burda hər təriqətdən, dindən, cərəyandan, etnik qrupdan adam var.Hərəsinin ağzından bir avaz gəlir. Gül kimi dinimizi hərəsi bir yöndə yozaraq insanların (daha doğrusu imanı zəif, başı boş) mənəvi azadlığını buxovlayırsınız. MƏn bilmirəm sənin islam savadın nə qədərdir.Ama mənim Bu ölkədə savadına, imanına, şəxsiyyətinə hörmət etdiyim insanlardan biri də Vasim Məmmədəliyevdir.ONdan çox bilirsən? Hələ onun dilindən Yeni ilin müsəlmançün haram olduğunu nə eşitməmişəm nə də oxumamışam.Sən və sənin kimilər hansısa mənbə — saytdan oxuduqlarını necə gəldi qəbul edərək insanlar arasında yaymaqla nəyəsə nail olacağınızı düşünürsünzsə tamamilə yanılırsınız. Boş baş sahibləri qoy elə hamısı sizin olsun. Başında nəsə olanlar onsuzda bu yazılanları oxuyacaq, AMA QƏBUL ETMİYƏCƏKLƏR.! Hər halda topikə yazılan şərhlərdən belə aydın olurki ƏLhəmdullah Kayzen əhlinin əksəriyyətinin başında nəsə var.


Cümləndən çıxarış: VE ALLAHIN PAK QERAR VERDIYI BENDELERE HORMETLE YANASAR
Əvvəla mən müsəlmanam. O ki qaldı əhli beytə, lap xırdalasaq mən şiəyəm.Düzdü bu bölgünü mən istəməzdim qeyd edəm, ama vadar olundum. Aşura günü mən də MƏSCidə gedib mollanın dediklərini dinlədim, hətta ağladım, nəzir verdim.Borclarım yadıma düşmədiyee, İmam Hüseyn (ə) haqqında moizə deyirdi, onun halına məndə şərik oldum.Yeri gəlsə bəlkə məndə iman səndən güclüdü.Düzdü bunu Uca YAradan bilir. Sözümün canı ondadı ki, Məhərrəmlik ayı, İmam Hüseynin hüznünə məndə şərikəm.Ama bunun bayramla heç bir əlaqəsi yoxdu.Malı mala qatma.Pis çıxmasın heç doğma babamın il dönümlərində ağlamıram, ama Aşura günü hüznlənir, hətta məsciddə ağlamışam. Bİlməm başa sala bildimmi?

EHLI-BEYT ASIQI ALIM
eziz qardas mende ALLAHA SUKUR SIEYEM.QALDI VASIM MEMMEDELIYEVE SEN GET ONDAN SORUS EGER O SENE DESE KI BU BAYRAM HALAL BAYRAMDI MEN SOZLERIMI GERI GOTUREREM.QALDI KI KIMIN IMANI KIMDEN USTUNDUR ONU YALNIZ ALLAH BILIR.SEN EGER DEYIRSEN KI IMAM HUSEYNE(S) AGLAMISAN BUNUN MENE HEC BIR DEXLI YOXDU SERT ONDADIRKI ONU DER EDESEN .MEN SENE BIR DUNYAVI MISAL CEKECEM INSALLAH NETICE CIXARARSAN.TUTAQKI BIRININ VALIDEYNI REHMETE GEDIB.SENECE O EVINDE BAYRAM KECIRDER.ELLBETDE KI YOX CUNKI O DEYECEK AYIB DI AXI CAMAAT MENE NE DEYER. HELE BU SECILMIS INSAN DEYIL .BU CUR HORMET GORUR BES NIR
YE BIZ IMAMLARIMIZA(S) HORMET QOYMAYAQ.EGER BELE IMAN SAHIBIYIKSE.SERT GEREK IMAM HUSEYN(S)-I VE ONUN ASURASINI DERK EDESEN.YOXAS HAMI DEYIR ALLAH VAR QIYEMET VAR AMMA IBADET ETMIR ALLAHIN BUYURDUGLARINI ETMIR.YALNIZ DILDE DEYIR.BES BURDA FERQ NEDEDIR?FIKIRLES ALLAH KOMEYIN OLSUN .BU DUNYA COXLARINI ALDADIB.GEREK NEFSIMIZE HAKIM OLAQ KI ALLAHIN YANINDA HASISA MEQAMA MALIK OLAQ.
EHLI-BEYT ASIQI ALIM

SEN YEQIN KUFELILER HAQQINDA ISITMISEN ONLAR DA DEYIRDI BIZ IMAMI(S) DESTEKLEYIRIK AMMA AXIRDA ONA KOMEK ETMEDILER.VE CEHENNEME VASIL OLDULAR. CUNKI OLAR YALNIZ DILDE DINDAR IDILER.HELE IMAMI(S) DERK ETMEMISDILER.EGER BIZDE BU GUNLERDE BELE OLSAQ AXIRIMIZ HEC DE YAXSI OLMAYACAQ .EGER SUAL VERSEN KI SEN NE BILIRSEN AXIRIMIZ NECE OLACAQ SENE CAVAB EGER HUNDUR DAGDAN INSAN OZUNU ATSA AXIRININ OLUM OLDUGU GULKIMI AYDIN OLDUGU UCUN BU DA GUL KIMI AYDINDIR.ALLAH BIZDERI ESIL SIELERDEN QERAR VERSIN.

EHLI-BEYT ASIQI ALIM


İmamHüseynəleyhissəlamınəqidəvi-siyasivəsiyyətnaməsi


İmamHüseyn(əleyhissəlam) MədinədənhərəkətetməzdənəvvəlqardaşıMəhəmmədHənəfiyyəyəbirvəsiyyətnaməyazdı. Vəsiyyətnamədəİmamözinqilabınınsəbəbiniİslamümmətininislahedilməsi,əmrbe-rufnəhyəz-münkərcəddiPeyğəmbər(səlləllahuəleyhialih), atasıƏliəleyhissəlamınsünnəsinindirçəldilməsiolduğunubildirmişdir. İmamHüseyn(əleyhissəlam) buvəsiyyətnamədəözününtövhid,nübüvvətməadaolanəqidəsinibildirdikdənsonrabeləyazmışdır:


«...MənMədinədənözümüqorumağa,azğınlığa,həvayi-nəfsətabeolmağa, fəsadzülmtörətməyəgörəçıxmıram. Mənimbuhərəkətdənməqsədimcəddiminümmətininfəsadınıislah,əmrbe-rufnəhyəz-münkəriicraetməkdir. Məncəddiminatamınsünnəsiiləhərəkətetməkistəyirəm. Kimhaqqınhörmətiniqorumaqxatirinəbuyoldamənəqoşularsa, mənözyolumlahərəkətedəcəyəm. QoyAllahmənimləbuqövmarasındahakimolsun. HəqiqətənO,hakimlərinənyaxşısıdır[1]





[1]Biharül-ənvar, c.44,səh.329.




 

EHLI-BEYT ASIQI ALIM
2ral sene yalvaran yoxdu ki  meremlik qeyd ele bu insanin oz icinden gelsin gerek eger serf etmirse sene meheremilik hec onun haqqinda da danisma .get bayramivi qeyd ele .eger duz yol tapmaq isteyirsense bir zehmet menim yazdiglarimi oxu.qaldi ki tonqala hec kim demir ki tonqal yandirma
get dini meseleleri oyren sonra muzakire et.qaldiki sabirin bu dediyi soze gor sene men ne deyecem
Həzrət Əli (ə) buyurur:“Zülm və fəsad yolundan çəkinib itaət yolunu tutun ki, axirətdə xoşbəxt olasınız.”
Həzrət Məhəmməd (s) buyurur:“Hər kəs sübhedə, lakinmüsəlmanların işinə yarımaya,müsəlman deyildir.”
azadmamedov90
Zənnimcə belə kiçik məsələləri böyütmək və mübahisə edib eyni qan və soykökdən ibarət olan __Bir-birimizi qırmağa dəyməz. Eyni çardaq, çadır, (krışa) altında, yığışıb eyni ideallar uğrunda mübarizə aparmaq lazımdır, məncə bu sayədə nəyəsə nail olmaq olar. Heç kəs eqoistlik eməsə, və yanındakını düşünüb özünü unutsa, onda bəlkə insanlıq nicat tapar…
Sadeadam
He eziz müselmanlar indi yadınıza düşdü müselmanlıq belke burda yazanların çoxu harama el atanlardir o hansi ki yeni ili haram buyuram erebistan alimi yuxusunda peygemberi gördüyünü iddiya edir ve peyğemberin adi ile çirkin emellerini reallaşdıran o yeni ili qadağan eden bezi müselman dövletleri o hansi ki silah alveri narkotik alveri edenler he?? Besdirin cahillik etmeyin pullu memurlari hergün bahalı içkiler içib qadınlarla kef eden müselman devletleri he cahillik etmeyin 
Sadeadam
İnsanlara dini başqı vermeyin