Dünya ölkələrində maraqlı adət və ənənələr

Indoneziyanın Roti adasında yeni doğulmuş uşağa ad qoymaq mühim məsələlərdən biri hesab olunur. Belə mərasimlərdə qohumlar mütləq iştirak etməlidirlər. Ad qoyan şəxs uşağın başı üstə dayanıb onun əcdadlarını sadalamağa başlayır. Uşağın valideynləri uşağa nəzarət edir, onun hər bir hərəkətinə göz qoyurlar. əgər uşaq adlar sadalanarkən ağlayırsa, deməli çağırılan ada layiqdir. Kişi adları eşidən körğə onların heç birini "bəyənmədikdə" ad qoyan qadın, adları yenə sadalamağa başlayır. əgər bütün sadalanan adlara öz qığıltısı ilə cavab vermirsə, demək heç bir ad xoşuna gəlmir. Onda oğlanı sadəcə olaraq Toy Beun (təzə kişi), qızı isə İna Beun (təzə qadın) adlandırırlar. Roti adasında qadın adlı kişilərə, kişi adlı qadınlara rast gəlmək mümkündür.
***
Hindistanın qərbindəki Bikaner şəhərində böyük bir toy mərasimi keçirilmişdir. Bu şənlikdə eyni zamanda 2 min gələcək ər- arvad iştirak etmişdir. Buna səbəb odur ki, qüvvədə olan daimi adətə görə evlənmək istəyən oğlan və qızlar kəbinlərini ancaq dörd ildən bir; özü də müəəyən olunmuş gündə kəsdirə bilərlər.
***
Yaponiyanın bəzi yerlərində boşanmaq istəyən ər və arvadı "qayalıq" yerə göndərirlər. Onlar orada qalırlar. Belə halda əlacsız qalmış ər və arvad barışmalı olur və yanlız bundan sonra onlar öz evlərinə qayıda bilərlər.
***
Flores, Benqukula, Kruye, Lampunqe adalarında ərlik qızlar satılır və qiyməti baha olduğu üçün gənc oğlanlar evlənə bilmirlər. Buna görədə bu yerlərdə ərə getməmiş qızlar çoxdur. 
***
Danışanda ən az söz işlədən xalq Mərkəzi afrikada yaşayanlardan biridir. Çünki onların dilində cəmi 26 söz var.
***
Yaponiyanın bəzi adətlərində adamın ad gününü doğulduğu gündən deyil, təzə ildən qeyd edirlər. Bu əyalətlərdə anadan dekarbr ayının 31-də doğulan uşağı yanvarın birində 1 yaşlı hesab edirlər.
***
adətən dueldə müxtəlif silahlardan istifadə edirlər. malakka yarımadasındakı Sakaya qəbiləsinin sakinləri isə duelə gələrkən tovuz quşunun lələklərindən istifadə edirlər. Şahidin (sekundantın) işarəsi ilə duelçilər ortaya çıxıb əllərindəki lələklərlə bir -birini qıdıqlayırlar. Ən mahir duelçi dörd saatdan artıq davam gətirməyib gülür. Kim daha tez gülərsə, onu məğlub hesab edirlər.
 

0 şərh