Hikmətli nəsihətlər

*Sərtlik tələb olunduğu məqamlarda yumşaqlıq zərər gətirə bilər. Yumşaqlıqla düşməni dost eləyə bilməzsən, əksinə, onun iddialarına qol-qanad vermiş olarsan. (Sə'di)

*Alicənab insana ümumi hörmətin dalınca qaçmaq yaraşmaz, qoy hörmət öz-özünə gəlsin, heç istəmədiyi halda. O adam ki hörməti axtarır, o, öz əsl xasiyyətini üzə çıxarır.

*Cəmiyyətdə kar adamı bədbəxt hesab edirlər, amma niyə görə, o axı biz dediklərimizi eşitmir.

*Nə istəyərdim ki, əclaf adam tənbəl olaydı, sarsaq isə həmişə susaydı.

*Kamillik iki cürə olur — hamı tərəfindən qəbul edilmiş, digəri isə artdıqca ucaldan. Birinci — kor siçanın kamilliyi, ikinci — qartal kamilliyi bu isə ondan ibarətdir ki, həmin insan qorxmadan xasiyyətinə uyğun hərəkətləri edir və bundan çıxan bütün çətinlikləri və narahatçılığını qəbul edir.

*Ağıl — ədavətdir, amma lazımlı ədavətdir.

*Elə insanlar var ki, nəyin bahasına olursa-olsun birinci olmaq istəyirlər. Onlar həmişə gözə girməklə məşğuldurlar, lap belə bazarda çağıranlara da bənzəyirlərsə, o heç də vacib deyil, əsas özünə göz cəlb etmək və bundan ötəri səhnəyə, taxta, kötük parçasına baş qoymağa da hazırdırlar.

*Sarsaqlıq — ağılsızların şahzadəsidir.

*O gün ki insan gülməyib, deməli ən vacibsiz gün keçirib.

*Pisliyi başa düşəndə, ölümə nifrət edirsən, cəmiyyətin qüsurlarını başa düşəndə, həyata nifrət etməyə başlayırsan.

*İnsanda qaydalar yoxdursa, deməli onun xasiyyəti də yoxdur. Əgər onun xasiyyəti olsaydı, o, qaydaların vacibliyini hiss edərdi.

*Məşhur olmaq sadəcə olaraq səni tanımayan adamlara tanış olursan.
*H.Seyli «Həddindən artıq əllaməlik», yəni özünü «hər şeyi bilən» kimi göstərməyin təhlükəsindən, hər şeyi görməyə, hər yerə can atmağa cəhd eləmək adətindən tövsiyə edirdi.
*Cüneyd Bağdadidən soruşmuşlar: «İlahi bir bilgi olan mərifət nədir?» O, cavabında: «Mərifət, uca Allahın elmi yanında insanın öz cəhalətini başa düşməsidir.»
*Cəlaləddin Rumi demişdir: «Ya göründüyün kimi ol, ya olduğun kimi görün.» Böyük orta əsr mütəfəkkiri Əl-qəzəli demişdir: «İnsanlar da ağaclar və bitkilər kimidir. Bəzilərinin kölgəsi var, meyvəsi yox və yaxud meyvəsi var, kölgəsi yoxdur. Bəzilərinin şəm meyvəsi var, həm də kölgəsi var. Bəziləri isə qara tikan kimidirlər, nə meyvələri, nə də kölgələri var.»

Mənbə İlyas Həsənov,Ellada Həziyevanın Əslində onlar kimdir? kitabından

2 şərh

azadmamedov90
Bəzilərinin nə meyvəsi nə də kölgəsi var.
İnsanları tanıdıqca itlərə sevgim artır.
ShiringulMusayeva
Xoşum  gəldi.Həyatda  onlara  əməl  etmək  olsaydı…