Hikmətli sözlər

* Ən insani davranış bir insanın utanılacaq bir duruma düşməsinin qarşısını almaqdır.

* Böyük adamların xətaları günəş tutulmasına  bənzəyir. Onları hamı görür.

* Boş zaman yoxdur, boşa keçən zaman var.

* Keçmişimizə daş atmayaq ki, gələcəyimiz bizi topa tutmasın.

* Böyük insanlar hadisələri, dahi insanlar isə nəticələri düşünür.

* Dünyanı dəyişdirmək istəyirsinizsə, özünüzü dəyişdirin.

* Nə qədər az yüksəkdən uçsan, düşdüyün zaman az inciyərsən.

* Allahın gülü yaratdığına heyrət etdiyiniz yerdə, tikanlar arasında gül yaratdığına heyrətlənin.

* Dil sümükdən olmasa da çox sümükləri sındırır.

* Ağzından bal axan hər bir arının unutma ki, quyruğunda iynəsi vardır.

* Axmaq qabaqda durur ki, hamı onu görsün, ağıllı arxada durur ki, o hamını görsün.

* Ömür stansiyasız bir qatardır, nə vaxt dayanacağını heç kəs bilmir.

* Heç vaxt ona verdiyin qiyməti sənə verməyənlə dost olma:

* Sənin arxanca gülsələr, üzülmə… Təki, arxanca, ağlamasınlar..

* Bu qısa ömrü əbədi həyatmış kimi yaşamaq lazımdır.

* Böyük işlər görmək üçün elə yaşamalısan ki, sanki heç vaxt ölməyəcəksən.

* Maddi və mənəvi problemləri özünə dərd eləməyən insanın həyatı xoş keçər.

* Bir düşməni bağışlamaq bir dostu bağışlamaqdan daha asandır.                                                   

* Bir qadının üzündəki ifadə, əyninə geyindiyi paltardan daha önəmlidir.

* Bir davada birinci sən vur və sərt olsun.

* Biri şəni qucaqladığında ilk olaraq onun qollarını boşaltmasını gözlə.

* Kiməsə heç vaxt səni sevirəm demək fürsətini hes vaxt qaçırma.

* Heç vaxt özünüzə yaxşı deməyin, inanmazlar, heç vaxt pis deməyin, şişirdərlər.

* Bu qün həll edə bilmədiyiniz bir problemin səbəbi, dünən onu doğru etmək üçün vaxt ayırmamağınızdadır.

* Böcək olmağı qəbul edənlər, əziləndə şikayət etməməlidirlər.

* Böyük xoşbəxtliklər, böyük əziyyətlərin başı üstündədir.           

* Çarəsiz qaldığınızda bilin ki, yenə tək çarə özünüzsünüz!

* Cəsarət ölməklə yox, yaşamaqla ölçülür.

* Cəsur ol. Olmasan da elə görün. Heç kəs aradakı fərqi anlamaz.

* Nəhənglər kimi əsər vermək üçün qarışqalar kimi çalışmaq lazımdır.

* Dinləməyi öyrən. Bəzi fürsətlər qapını yavaşca tıqqıldadar.

* Dostu da sevərəm, düşməni də. Çünki dost gücüm, düşmən isə tapşırığımdır.

* Düşmənlərin ən böyüyü düşmənliyini gizlədəndir.

* Düşüncəniz nədirsə, həyatınız da odur, həyatınızın gedişini dəyişdirmək istəyirsinizsə, düşüncələrinizi dəyişdirin.

* Düşünmədən öyrənmək vaxt itirməkdir.

 

 

İmpuls.-2011.-  14 yanvar.- S.16.

3 şərh

aysel95
axmaq qabaqda dururkihamini onu gorsun agilli arxada dururki o,hamini gorsun
seyidova
Ən insani davranış bir insanın utanılacaq bir duruma düşməsinin qarşısını almaqdır......... Dünyanı dəyişdirmək istəyirsinizsə, özünüzü dəyişdirin.....Nə qədər az yüksəkdən uçsan, düşdüyün zaman az inciyərsən… TEWEKKÜRLER