On məsləhət I Deyl Karnegi

Deyl Karnegi1. Heç vaxt düşmənlərinizlə­ hesablaşmağa (qisas almağa) cəhd göstərməyin, bu onlardan daha çox sizə ziyan gətirəcək.

2. General Eyzenhaur kimi hərəkət edin: xoşunuz gəlməyən insanlar haqqında heç bircə dəqiqə belə düşünməyin.

3. Əgər siz xoşbəxtlik tapmaq istəyirsinizsə,­ onda minnətdarlıq və ya nankorluq haqqında düşünməyin, özünüzü fədakarlıqdan irəli gələn daxili sevinc hissinə həsr edin.

4. Tənqid, şikayət və heç kəsi mühakimə etməyin.

5. Yadda saxlayın ki, sizin həmsöhbətiniz tamamı ilə haqsız ola bilər. Amma o, belə fikirləşmir. Ona görə də onu mühakimə etməyin.

6. Əgər insan öz məqsədləri naminə səndən istifadə etməyə çalışırsa, onu öz tanışların siyahısından çıxar.

7. Əgər tale qarşına limon çıxarıbsa, ondan limonad hazırla.

8. Özünüzü digər insanın yerinə qoyub, sizə yox, məhz ona nə lazım olduğunu dərk etməyə çalışın. Əgər bunu edə bilsəniz, bütün dünya sizin tərəfinizdə olacaq.

9. Daima özünüzü məşğul edin, bu yer üzündəki ən ucuz və ən effektiv dərmanlardan biridir.

10. Özünü sanki artıq xoşbəxtsənmiş kimi apar və doğrudan da xoşbəxt olacaqsan. Heç kəsi təqlid etmə, heç kəsə bənzəməyə çalışma. Özünü tap və özün olaraq qal.
 
 

9 şərh

Medikamentoz
Gözəl və alqışlanmalı sözlərdir,səhv etmirəmsə onun kitablarının dilimizə tərcümələrindən birində müəllif ön sözə bu cümləni daxil etmişdi:Yazıçının qeydləri bizim reallığımızla uyğun olmaya bilər,çünki onun böyüdüyü Amerika cəmiyyəti bizimkindən olduqca fərqlidir.Stalinin sözü olmasın bu ya siyasi düzgünlük,tarixi səhvlikdir,ya da tarixi düzgünlük siyasi səhvlik,qərarı oxucuların öhdəsinə buraxmaq ən düzgünüdür.
azadmamedov90
ela yaziblar, ama deyl mellim bilmr ki region deyisdikce, insanlar deyisir, Azerbaycan ucun hec kim helede yeni fikirler demeyibler…
Medikamentoz
Azərbaycan üçün yalnız bunu deyə bilərəm ki,bura mədəniyyətin özü onun qəbulolunma psixologiyası gəlməmiş bizə «təşrif» buyurduğu üçün paradoksal cəmiyyət formalaşır.
DrELM
Vaxtilə oxuduğum, mənə çox təsir edici kitabları vardı. 10 ildir ki, bu prinsipləri unutmuram və əməl edirəm. Bütün gənclərə məsləhət görürəm.
Cavid
Maraqlı və faydalı 10 məsləhətdir,əgər tale qarşına limon çıxarıbsa, ondan limonad hazırla" biraz çətin məsələdir ancaq mümkünsüz deyil )
SHATENKA407
sevirəm də bu insanı...Deyl karneqinin kitabini her defe oxuduqca yeni bir şey kəşv edirəm özümcün
burhan
Əgər tale qarşına limon çıxarıbsa, ondan limonad hazırla. ən xoşuma gələni :) 
seyidova
Senden istifade edildiyini bilenden sonra onu siyahından çıxartsan ne olcaq ki?İstediyi edenden sonra menasızdı 
Diamonds
7. Əgər tale qarşına limon çıxarıbsa, ondan limonad hazırla.