Danışır Konfutsi

Oxudum, unutdum, gordum, xatırladım, etdim, oyrəndim.Dərin olan quyu deyil, qısa olan ipdir.

Düşünmədən öyrənmək faydasız, öyrənmədən düşünmək təhlükəlidir.

Ehtiyatlı adamlar az hallarda səhv edir.

Ədalət qütb ulduzu kimi yerində dayanar və geri qalan hər şey onun ətrafında dönər.

Əgər qüsurların varsa, onlardan xilas olmağa çalışmalısan və bundan qorxmamalısan.

Ətraflı çalış, doğru şəkildə, diqqətli düşün, düşündüklərini nəzərdən keçir, ciddi və səmimi şəkildə tətbiq et.

Heç kim uğur nərdivanını əlləri cibində çıxmayıb.

Hər şey bir gözəlliyə malikdir, lakin bunu hər kəs görməz.

İnsanlar məni tanımır deyə üzülməyəcəyəm; insanları tanımıram deyə üzüləcəyəm.

İnsanlar sahib olduqlarını kiçik hesab edir, sahib ola bilmədiklərini isə böyüdür.

Ac mədənin cəzasını yorğun ayaqlar çəkər.

Ağılla hərəkət etmək üçün insanın üç yolu var: birinci ən nəcib yol — düşüncə, ikinci ən asan yol- təqlid, üçüncü ən acı yol — təcrübədir.

İnsanları nə üçün öldürürsünüz, bir az gözləyin, onsuz da öləcəklər.

Bildiyini bilənin arxasından gedin, bildiyini bilməyəni xəbərdar edin, bilmədiyini bilənə öyrədin, bilmədiyini bilməyəndən qaçın.

İnsanların ümidləriylə oynama, bəlkə də tək sahib olduqları şey odur.

Bir insan səhər doğru yoldadırsa, axşam saatlarında da elə qalacaq və bundan peşman olmayacaq.

Nə axtardıgını bilməyən tapdıgını anlaya bilməz.Kiçik üstünlüklərin arxasından qaçarkən böyük uğurları qaçıra bilərsiniz.

Qaranlığı lənətləməkdənsə, dur bir şam yandır.

Bilgi insanı şübhədən, yaxşılıq acı çəkməkdən, qərarlı olmaq qorxudan qurtarar.

Ağıllı insan heç kimlə yarışmaz, beləcə heç kim onunla yarışa bilməz.

Bir milləti kölə etmək istəsəniz, onun musiqisini məhv edin.

Almaz yonulmazsa, insan yanılmazsa mükəmməlləşməz.

Bir adama yaxşılıq etmək istəyirsənsə, ona balıq vermə, balıq tutmağı öyrət.

Nə axtardığını bilməyən tapdığını anlaya bilməz.

O yerdə ki, hökmdar hökmdardır, təbəə təbəədir, ata atadır, oğul oğuldur, orda qayda qanun var, əmin-amanlıq var.

Oxudum, unutdum, gördüm, xatırladım, etdim, öyrəndim.

Öyrətmək iki dəfə öyrənmək deməkdir.

Vəfa və səmimiyyət ilk prinsipləriniz olmalıdır.

Ya bir yol tap, ya bir yol aç, ya da yoldan çəkil.

Bir yerdə kiçik insanların böyük kölgələri varsa, o yerdə günəş batır.

 

8 şərh

salehs
Bir çoxu lazımlı məsləhətlərdir. Bildiyin bilmədiyin qismini redaktə etsən yaxşı olar bir az qarışdırmısan…
Apollon
Fikir Konfutsiyə məxsusdu, ancaq o readtə edə bilər. Amma anlaşılmayacaq fikir deyil və redaktəyə də ehtiyac yoxdu.
salehs
Bilmədiyini bilənə öyrədin. O zaman bu fikri zəhmər olmasa izah edin...
Məncə ya olmalı idi bilmədiyini biləndən öyrənin və ya bilmədiyini bilməyənə öyrədin…
azadmamedov90
yox, yeni ki. men bilmediyimi bilirem, му oyrenmek isteyirem- му meni oyredin! menasi budur.
azadmamedov90
ela sozlerdiler...mence o TEKCE KUNG FU deyil, bir yeni heyat, yayarli bir sey fikirlesib insanlar ucun.
pascal
Gözəl sözlərdir. Hər bir fikir haqqında ayrı-ayrılıqda bir kitab söz danışmaq olar. Çox tərbiyəvi əhəmiyyətli və hikmət dolu sözlərdi. Belə olduğu halda bəzən bir yığın aforizmi birdəfəlik oxucuya «yedizdirmək» düzgün deyil, deyə, düşünürəm. Az-az, həzm edə-edə «vermək» lazımdı ki, boğazda ilişib qalmasın. Məsələn, elə bu söz kimi:
"Bildiyini bilənin arxasından gedin, bildiyini bilməyəni xəbərdar edin, bilmədiyini bilənə öyrədin, bilmədiyini bilməyəndən qaçın."  fikri, dərin düşüncəli sözdür. Bir az diqqətlə oxumaq lazımdır. Mənim yadıma bir müdrikin sözün xatırlatdı bu söz:
«O adam ki, bilmir və bilmir ki, bilmir… həmişə cəhalətdə qalacaqdır.»  Sözün müəllifinin kimə aid olduğunu təəssüf ki, bilmirəm, amma Konfutsinin fikrinə oxşar mənalı sözdür. 
Konfutsinin bu fikrini tez anlamaqçün qarşısına «O adam ki, bildiyini bilir...» kimi sözləri əlavə olunsaydı, daha tez başa düşülərdi, məncə.
Bir iş də var ki, belə kəlamların oxucu tərəfindən daha rahat və aydınlatıcı qəbul edilməsi üçün tərcüməçilərdən böyük səriştə tələb edir. 
azadmamedov90
felsefeni hami anlamir, bu aydindir. cunki hami her seyi tam anlaya bilmez.
eger ele olsaydi insanlar insanlara gonderilan ilahi kitablari anlayib nese deyiserdiler oz heyatlarinda…
Jameliah
Bir yerdə kiçik insanların böyük kölgələri varsa, o yerdə günəş batır..(y)