Eleanor Ruzveltin həyat prinsipləri

1. Xarakterin formalaşması uşaqlıq illərindən başlayır və insanın öldüyü ana qədər davam edir.

2. Ürəyin nəyi əmr edirsə onu et. Onsuz da hər bir halda səni tənqid edəcəklər. Sən bunu etsən də, səni mühakimə edəcəklər, etməsən də. 

3. İnsanın özü ilə dostluq etməsi çox vacib amildir. Əgər özünlə dostluq etməsən, başqa heç kimlə də dostluq edə bilməyəcəksən.

4. Dahi ağıllar ideyaları, orta ağıllar hadisələri, alçaq səviyyəli ağıllar isə insanları müzakirə edir.

5. Xoşbəxtlik – həyatımızın əsas məqsədi olmalı deyil.

6. Mənə elə gəlir ki, bir ana uşağını dünyaya gətirdiyi an övladı üçün diləyəcəyi yeganə şey “hər şeyə maraq göstərməsi” olar.

7. Qaranlığı lənətləməkdənsə, bir şam yandırın.

8. Heç kim sənin özünün razılığı olmadan səni alçalda bilməz.

9. Həmişə bir şeyi yadda saxla ki, sənin şəxsiyyət olmağa haqqın yoxdur. Bu sənin öhdəliyindir.

10. Mən həmişə yoldaşıma deyirəm ki, mənə nəyisə başa sala bilsən, onda səni hər kəs  dəqiqliklə başa düşəcək.

0 şərh